Abşeron-Xızı Regional Təhsil İdarəsi bu VİDEO ilə ifşa oldu - FAKT
Abşeron - Xızı Regional Təhsil İdarəsi (RTİ) bu günlərdə-ya göndərdiyi yazılı açıqlamada rusdilli uşaq Babaxanov Əlixan Babaxan oğlununun niyə rus bölməsinə qəbul edilməməsini əsaslandırmağa çalışmışdı. Rəsmi izahda qeyd olunurdu ki, guya uşaq qabiliyyət imtahanından kəsilib və rus sektorunda təhsil almaq hüququndan da buna görə məhrum edilib. Əlbəttə ki, verilən cavabın gülünc tərəfi rusdilli uşağın rus dili bölməsinə necə qəbul edilməməsi idi. Başqa bir tərəfdən, Abşeron ərazisindəki məktəblərdə rus bölmələrinə qəbul edilmiş şagirdlər arasında xeyli nümunə tapmaq olar ki, onlar rus dilini primitiv səviyyədə belə bilmirlər. Ancaq nə kəramətdirsə, Abşeron-Xızı RTİ onları qabiliyyətli "görüb" imtahandan keçirib. Lakin Əlixan tam rusdilli, Azərbaycan dilində demək olar bilmədiyi halda uşaq rus sektorunda oxuya bilmir. Hələ bu da ayrı qanun pozuntusudur ki, uşaq təhsil almaq hüququndan məhrum edilib. Bütün bu özbaşınalıqlara və regional təhsil idarəsinin verdiyi rəsmi açıqlamaya cavan olaraq, Babaxanovlar ailəsi Əlixanın rus dilini hansı səviyyədə bildiyini əks etdirən video material yayıblar. Youtube sosial platformasında yerləşdirilən həmin videoda balaca Əlixanla rus dilində sorğu-sual edilir. O da suallara yaşına uyğun olaraq yaxşı cavab verir. Yəni həmin video material da sübut edir ki, Əlixan rusdillidir, qabiliyyət imtahanından keçmək gücü də var, sadəcə Abşeron-Xızı RTİ və onun rəhbəri İlhamə Abdullayeva bu faktı görməzdən gəlir. Hələ bu hadisəyə don geyindirmək üçün rəsmi izah da verməyə cəhd ediblər. Təhsil İdarəsi rəhbərliyi yaxşı olar ki, Abşeron ərazisində imtahanın necə və kimlər tərəfindən götürüldüyünü araşdırsın. Bu təftiş bir çox qanunsuz halları aşkarlayacaq. Eyni zamanda, rus bölmələrində olan uşaqların Əlixandan nədə fərqləndiklərini sübut etsinlər ki, bu vəziyyətlə razılaşmaq olsun. Görünür ki, Abşeron RTİ haqsız bir addım atdığını anlayıb, indi problemi düzəltməyi bilmir. Amma həmin video materiala baxanda əsl reallıqla tanış ola biləcəklər.

Anaxeber.info
 

Bölmənin digər xəbərləri

06 Fevral 2025 Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO
06 Fevral 2025 FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
06 Fevral 2025 Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu – Foto
06 Fevral 2025 Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..

Dünyapress TV

Xəbər lenti