Xəzər rayonunda nə işlər çevrilir...
Ölkənin ictimai-siyasi həyatında baş verən dəyişiklikləri və həmin dəyişiklikləri şərh edən kütləvi informasiyaları izləyən vətəndaşlar yaxşı başa düşürlər ki, uzun illər Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Gülağa İslamov 2019-cu ilin fevralında öz kreslosunu birinci müavini Elşən Salahova təhvil verəndə daha əvvəl Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi sədri vəzifəsinə gətirdiyi qardaşı Böyükağa İslamovu sələfinə “bərk-bərk” tapşırmış, Şüvəlanda bələdiyyə sədri işləyən oğlu İlham İslamova da “toxunulmçazlıq statusu” qazandırmışdı. Sadiq oxucularımız xatırlayarlar, bu mövzuda əvvəllər qələmə aldığımız “Böyükağa İslamov zibili “Seyid Məhəmməd əli ilə” pula çevirir” sərlövhəli məqaləmizdə yada salmışdıq ki, hazırki icra başçısı Elşən Salahovla Böyükağa İslamovun işbirliyi çoxdan var və bu gün də davam edir: “Əvvəllər bu birlik rayon ərazisində boş torpaq sahələrinin satılmasına və qanunsuz tikililərin rəsmiləşdirilməsinə nəzarət edirdilər. İndi isə Xəzər rayonu ərazisində satılası torpaq sahəsi qalmadığından, onlar dövlət vəsaitlərinin çıxdaş edilməsi ilə məşğuldurlar. Böyükağa İslamovun rəhbəri olduğu Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi hər il satınalmalar yolu ilə Xəzər rayonunda asfalt örtüyünün təmir işlərinə, maşın və mexanizmlərin, xüsusi texnikaların, avadanlıqların, təsərrüfat mallarının satınalınmasına və abadlaşdırma işlərinin görülməsinə külli miqdarda dövlət vəsaiti ayırır”.

Ötən məqalədə hətta 2020-2021-ci illərdə baş tutmuş bəzi satınalma sövdələşmələrini sadalayıb Böyükağa İslamovun tender qutularından qalib çıxarılan işbaz ortaqları sırasında keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, hazırda oliqarx Füzuli Ələkbərovun “İmprotex” Şirkətlər Qrupuna aid olan firmaların çoxluq təşkil etməsinin altı cızılmışdı.

Bir halda ki, yazılanlar, deyilənlər əsasında hüquq-mühafizə, cinayət təqibi orqanları tərəfindən heç bir tədbir görülmədiyindən, Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən xidmət olunan ərazilərdən yığılaraq daşınan məişət tullantılarının və çirkab mayenin həcminin “şişirdilməsi”, zibil meydançalarıın ətrafının mişar daşı ilə hörülməsi, əhəng məhlulu ilə ağardılması, konteynerlərin təmiri işlərinə artıq pul silinməsi davam etdirilir. Küçələrdəki yaşıllıq zolağının ərazisində bulaqların ventilləri istismar müddəti bitmədən sıradan çıxmış kimi göstərilərək kağız üzərində tez-tez yenisi ilə “dəyişdirilir”. MKTB-nin işçilərinə alınmış kimi göstərilən və toplam dəyəri iri məbləğlərlə ölçülən müxtəlif ləvazimatlar, avadanlıqlar və xüsusi geyimlər heç də onların hamısına paylanılmır. Birliyin su maşınları ilə хidməti ərazilərin, məcburi köçkünlərin, idarə və təşkilatların on minlərlə ton içməli su ilə təmin edildiyi göstərilsə də, yayda aparılan müşahidələrdən bəlli olub ki, çox vaxt su maşınlarla satılır. Birliyin balansında olan çoxmənzilli hündürmərtəbəli yaşayış binalarının dam örtüklərinin “əsaslı təmiri”, binaların girişlərində “təmir-bərpa işləri”, binaların fasadının, girişlərinin və pilləkən qəfəslərinin “emulsiya ilə rənglənməsi”, hər birinin giriş qapılarının və pilləkən qəfəslərindəki pəncərələrin “yenisi ilə əvəz olunması”, pillələrin “aqlay daşı ilə üzlənməsi”, “alaq otlarının təmizlənməsi”, “ağacların gövdələrinin ağardılması”, “mənzillərin tüstü bacalarının və havadəyişmə kanallarının təmizlənməsi” adı altında xeyli vəsait “xırıd edilir”. Qeyri-qanuni bağ-bağçaların, kiçik torpaq sahələrinin, inşa edilmiş qaraj və kiçik ölçülü tikililər sökülməsində də vətəndaşlara münasibətdə ayrı-seçkilik edilir, rüşvət aldıqları şəxslərin qanunsuz tikililərinə əl vurmurlar.

Böyükağa İslamovun bu müstəvidə işlərinin rəvan getməsi üçün “əldən – ayaqdan gedən” əsas əlaltısı isə MKTB-nin sanitar-təmizlik sahəsinin rəisi Mirzə Məhəmməddir. Yeri gəlmişkən, hər iki vəzifəli şəxsin binada kabinetləri üz-üzədir. Bu sadaladığımız və digər məsələlərlə bağlı suallara aydınlıq gətirmək üçün hər ikisinin qəbuluna düşüb münasibətlərini öyrənməyə çalışmışıq. Sahə rəisi faktlara izahat verməkdənsə, gileylənməyə, daha əvvəlki kimi qazancın omadığından şikayətləndi: “Mən kiməm ki, pul da yeyəm? Mənə düşən qəpik-quruşdu” dedi və sonra da Böyükağa İslamovun qərar tutduğu üzbəüz kabinetin qapısını göstərdi. Qəbuluna düşdüyümüz Böyükağa İslamov özündənrazı halda kreslosunu yerində sağa-sola fırlatmaqla bir daha ədalı tərzdə nümayiş etdirmiş oldu ki, vəzifə ona qardaşından, qardaşına isə sanki atalarından miras qalıb. Bununla belə o da “ay keçən əyyam, olasan indilər” əhvalı ilə əvvəlki daha gəlirli dövranı nostalji hisslərlə xatırlayıb daha böyük tikələri həzm edən “yuxarıdakıların” qarasına deyindi.

Mövzuya qayıdacağıq.

Deryaz.az
 

Bölmənin digər xəbərləri

06 Fevral 2025 Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO
06 Fevral 2025 FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
06 Fevral 2025 Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu – Foto
06 Fevral 2025 Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..

Dünyapress TV

Xəbər lenti