Mübariz Əlmədətovun SƏRHƏDSİZ İMKANLARI... -
"Sizə kimdən deyək, kimdən danışaq, gənc yaşlarında bəxt üzünə gülən bir məmurdan. O məmurdan ki, aldığı maaşla Bakıda heç bir otaqlı mənzil ala bilməzdi. Ancaq indi, necə deyərlər göz dəyməsin, bağ-bağat, malikanə, 40 sot torpaq....Halbuki tutduğu vəzifədə məvacib də bir o qədər yüksək olmaz". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Söhbət Bakı şəhər İcra Hakimiyyətində Ərazinin planlaşdırılması və inkişafı şöbəsindən gedir. Adı qulağa xoş gəlsə də, fəaliyyəti bəlli olmayan bu şöbənin müdiri Mübariz Əlmədətovdur. Mübariz Əlmədətov məmurlar içində gizlənərək öz işini görən biridir. O, həmişə diqqət mərkəzindən yayınmağa, gündəmə gəlməməyə çalışıb,özü hər zaman ona himayəçilik edən vəzifəli şəxsin diqqətində olub. Əslində çözmək olmur ki, ona havadarlıq edilməsinin səbəbi nədir. Lakin nə sirri-xudadırsa, paytaxtın Sabunçu rayon İcra başçısı Adil Vəliyevin sevimli adamı kimi adı hallanır.

Mediada səslənən iddialardan məlum olur ki, BŞİH-də şöbə müdiri olan Mübariz Əlmədətov hansısa xidmətlərinə görə Sabunçu icra başçısını sevindirib. Belə olmasaydı, icra başçısı Əlmədətova 40 sot torpaq bağışlamaz, həyat yoldaşını Sabunçuda 195 saylı uşaq bağçasına direktor təyin etməzdi. Vəliyev heç də Əlmədətovun "qara qaşına-gözünə aşiq olmayıb", iddialar var ki, şöbə müdiri vəzifəsində səlahiyyətlərindən istifadə edir. Görünür ki, Sabunçu İH başçısının hansısa işlərini aşırmaqda Əlmədətovun böyük rolu olub.

Təbii ki, şöbə müdiri təkcə Sabunçu hakimi-mütləqinə lazım olmur, ilk növbədə elə BŞİH rəhbərliyi üçün əziz kadrlardan biridir. Əlmədətovu əziz edən isə onun vasitəsi ilə imzalanan sənədlər, görülən işlər, verilən razılıqlardır. Görün Mübariz Əlmədətov nə qədər lazımlı bir məmurdur ki, daha yüksək vəzifə tutan şəxslər onun əli ilə işlər həyata keçirirlər. Elə bunun nəticəsidir ki, mükafatsız qoymayıblar - 40 sot torpaq, bağça müdirəliyi...

İddialar var ki, bununla məhdudlaşmır onun sərvətləri, var-dövləti. Əlmədətovun villası, obyektləri, maşınları olduğu deyilir. Bir sözlə, Əlmədətovun sirli əli onu məmurlar üçün cəlbedici bir fiqura çevirib. Elə ,,Bir qalanın sirri'' filimində olduqu kimi..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Bölmənin digər xəbərləri

06 Fevral 2025 Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO
06 Fevral 2025 FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
06 Fevral 2025 Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu – Foto
06 Fevral 2025 Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..

Dünyapress TV

Xəbər lenti