İstilik sistemi, pəncərəsi və qapısı olmayan, sinifləri qaranlıq təhsil ocağından - FOTOLAR
İstilik sistemi normal işləmir, pəncərələr sınıq-salxaq, sanitar qovşaqda isə su yoxdur. Təsəvvür edin ki, 21-ci əsrdə Azərbaycanda bu vəziyyətdə olan elm, təhsil ocağı- orta məktəb mövcuddur.

Hurriyyet.Az xəbər verir ki, bu barədə tanınmış ictimai fəal Elyar İslamoğlu özünün Facebook səhifəsində məlumat paylaşıb. O bildirib ki, sözügedən acınacaqlı vəziyyət Şəmkir rayon Əhməd Cavad adına şəhər orta məktəbində hökm sürür: “Hazırda məktəbdə təxminən 1080 şagird təhsil alır. Pəncərə şüşələri sındığı üçün taxta və zeştlə bağlanıb deyə siniflər yarımqaranlıqdır. Döşəmə bərbad vəziyyətdədir, istilik sistemi normal işləmədiyi üçün siniflər elektrik sobasıyla qızdırılır. Siniflərin qapısı sınıqdır, şagirdlərə qışda soyuq olmasın deyə pəncərələrə politelen vurulub” – Elyar İslamoğlu vurğulayıb.

O əlavə edib ki, məktəbin içərisində cəmi bir ədəd sanitar qovşaq (tualet) var: “Bura həm müəllimlər, həm də oğlan və qız şagirdlər üçün nəzərdə tutulub. Amma sanitar qovşaqda su yoxdur, yalnız aftafadan istifadə edilir. Xadimə qablarla su daşıyıb gətirir” – ictimai fəal bildirib.

“21-ci əsrdə, Şəmkirin mərkəzində belə bir bərbad vəziyyətdə məktəbin olması utancvericidir. Ümid edirəm ki, aidiyyatı qurumların bu məktəbin vəziyyətindən xəbəri yoxdur, yoxsa indiyədək təmir edilərdi. Təmir üçün vəsait yoxdursa, Şəmkirin sabiq icra başçısı Alimpaşa müəllimin marallarını satıb məktəbi ən müasir şəkildə təmir etmək olar” – deyə Elyar islamoğlu fikirlərini tamamlayıb.
1691434239_2.jpg
1691434239_3.jpg
1691434240_4.jpg
1691434240_5.jpg
1691434240_6.jpg
1691434240_7.jpg
1691434241_8.jpg
1691434241_9.jpg
1691434241_10.jpg
1691434241_11.jpg
 

Bölmənin digər xəbərləri

06 Fevral 2025 Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO
06 Fevral 2025 FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
06 Fevral 2025 Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu – Foto
06 Fevral 2025 Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..

Dünyapress TV

Xəbər lenti