Yeni rəhbərlik ÖZÜNÜ DOĞRULTMADI...
DİA.AZ: - “Görəsən, Bakı-Balakən, Bakı-Astara, Bakı-Yalama və s. qatarlar nə zaman işə düşəcək? “Azərbaycan Dəmir Yolları” QSC (ADY) açıqlama yayıb ki, cari il ərzində neçəsə milyon sərnişin daşıyıb, artım olub və s. Maraqlıdır ki, ADY bu rəqəmləri bütün daxili reyslərin işlədiyi bir neçə il əvvəlki dövrlə deyil, pandemiyadan sonrakı dövrlə müqayisə edib. Yəni “Azərbaycan Dəmir Yolları” QSC cəmiyyətin gözləntisini doğrultmur”. DİA.AZ-ın məlumatına görə, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, cəmiyyəti maraqlandıran sual budur ki, nə zaman bütün ölkə üzrə sərnişindaşıma bərpa olunacaq, nə zaman 4 il əvvəlki rəqəmlərə çata biləcəyik, nə zaman 4 il ərzində işləməyən Bakı-Balakən, Bakı-Astara, Bakı-Yalama və s. qatarlar işə düşəcək?

Forum prezidenti bildirib ki, son zamanlar ADY rəhbərliyinin Bakı-Gəncə və bu xətt üzrə bir neçə digər bölgələrə, Bakı-Qəbələ, Bakıətrafı istiqamətlərə sərnişindaşınma ilə bağlı səyləri təqdirəlayiqdir: "Təəssüf edirəm ki, hələlik ADY-nin yeni rəhbərliyi digər bir neçə vacib daxili istiqamətlər üzrə açıqlamalar verməkdə maraqlı görünmür. Hələ də ölkədaxili qatarların hərəkətinin nə zaman bərpa ediləcəyi qeyri-müəyyəndir.

Əvvəllər deyirdilər ki, qatar yoxdur, gah deyirlər, dəyişən cərəyanı sabit cərəyana çeviririk, gah da deyirlər, dəmir yollar bərpa olunur. Ağlabatan bir açıqlama verilmir. İndi isə görünən budur ki, bu tip nağılları yeni rəhbərlik təkrarlamaq istəmir, amma ağlabatan bir açıqlama da ortada yoxdur”.

O. Gündüz əlavə edib ki, təbii inhisar subyekti hesab olunan qurumun ağlabatan bir əsas olmadan daxili istiqamətlərin çox hissəsi üzrə fəaliyyətini dayandırması antiinhisar qurumunu da narahat etmir: “Hətta Antiinhisar Xidmətinin bu qurumda apardığı yoxlamaların da nəticəsi məlum olmadı. Eyni zamanda, gözlənilirdi ki, yeni rəhbərlik Azərbaycan prezidentinin ADY-nin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı 7 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq hökumətdən subsidiya alacaq və gələn ilin əvvəli daxili istiqamətlərdə qatarlar işləyəcək. Görəsən, hökumətdən yardım ayrıldımı, qatarlar alındımı, yaxud alınırmı, baxımsız vəziyyətdə olan dəmir yolları və stansiyalar bərpa olunurmu, adıçəkilən istiqamətlərə sərnişindaşımanın nə vaxt bərpa olunacağı nəzərdə tutulur?”.

Forum prezidenti haqlı olaraq sual verir ki, vətəndaşlar biznes, turizm sektoru işlərini necə nizamlasınlar?

O, cəmiyyətin ADY-dən məhz bu istiqamətdə açıqlamalar gözlədiyini deyib və ümid edir ki, ADY-nin yeni rəhbərliyi də bunların fərqindədir.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 

Bölmənin digər xəbərləri

06 Fevral 2025 FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
06 Fevral 2025 Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu – Foto
06 Fevral 2025 Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb

Dünyapress TV

Xəbər lenti