b_400_300_16777215_00_https___gundemxeber.az_uploads_posts_2023-08_medium_1691063581_untitled-1-1.jpg

Xəbər verdiyimiz kimi müğənni Roza Zərgərli sosial şəbəkə hesabında açdığı canlı yayımda   “German Hospital”dan şikayət edib. O bildirib ki, həkim səhvi nəticəsində onun səhhətində ciddi problemlər yaranıb:

"Mayın 2-də məni və yaxınımı əməliyyata saldılar. Əməliyyatdan sonra  məlum oldu ki, əməliyyat vaxtı dalaq və mədəaltı vəzimi zədələyiblər. Aslan Abdullayev və klinikanın rəhbəri İlham Əliyev insan öldürənlərdir”.

Bitməyən şikəyətlər

Nəzərə alaq ki, “German Hospital”dan ilk şikayət edən Roza Zərgərli deyil. Son vaxtlar bu tibbi mərkəzindən çoxsaylı şikayətlər olur. Onlardan bir çoxu yerli media tərəfindən də işıqlandırılıb.

Məsələn Yusif Sadiyev adlı vətəndaş 2018-ci ildə, “German Hospital”da əkiz uşaqlarının dünyaya gəldiyini deyib:

“Hospitaldan doğulan uşaqların yaxşı olduğunu bildirdilər. Lakin, bizə heç bir rəsmi analizin cavabı göstərilmədi. 3 gün sonra isə həkimlər bizə bildirdilər ki, uşaqlardan biri ölü doğulub”. 

Başqa bir şikayətçi, paytaxt sakini Türkan Bayramova ötən ilin aprelində yerli mətbuata bildirib ki, “German Hospital”ın həkimi Zeynəb Şaqidulinanın səhlənkarlığı nəticəsində həyatı, demək olar ki, məhv olub:“Mən ana olmaq imkanından məhrum olunmuşam, sağlamlığıma ağır zərər vurulub”

Digər bir şikayətçi isə Vüsal Zeynalovdur. O, iyunun 25-də “German Hospital”ın qarşısında canlı yayım açaraq göz görə-görə həyat yoldaşını bu hospitalda ölümə sürükləndiyini deyib.

“German Hospital” kimə məxsusdur?

Araşdırmalar nəticəsində bəlli olub ki, bu tibb müəssisəsi PA-nın sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevə məxsusdur. Araşdırma zamanı onu müəyyənləşib ki, bu şirkətin külli miqdarda vergi borcu var.

Məlumata görə, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin hazırda "German Hospital” adı altında fəaliyyət göstərən Astoriya Tibb Mərkəzinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 60 min manatdan çox vergi borcu yaranıb.

Bir il əvvəl Ramiz Mehdiyevin kürəkəninə məxsus şirkətlərin dövlətə 4 milyon manatdan çox vergi borcu olub. O, borcun xeyli hissəsini ödəsə də, hazırda yenə də dövlətə vergi borcu qalmaqdadır.

Qeyd edək ki, İlham Əliyevin hazırda "Qala-R.L” MTK, "NLT” MMC, "Premium Store” MMC, "Servis” Mənzil-Tikinti Kooperativi, "E&S” MMC, "Aqua Safe”, "Dry Tech”, "Aqua Safe H2O” MMC və digər adlı şirkətlərinin olduğu bildirilir.

Xatırladaq ki, İlham Əliyev 2010-2020-ci illərdə Milli Məclisin deputatı olub. O, 2020-ci ilin avqustunda, pandemiya dönəmində qadağanı pozaraq, qızına toy etdiyinə görə 15 sutka həbs olunmuşdu.

Gundemxeber.az

Bölmənin digər xəbərləri

06 Fevral 2025 Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO
06 Fevral 2025 FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
06 Fevral 2025 Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu – Foto
06 Fevral 2025 Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..

Dünyapress TV

Xəbər lenti