Ardını oxu...
Teref.az olaraq poçtumuza daxil olmuş şikayət məktubunu təqdim edirik:
Göyçay rayonu Qaraməryəm kənd sakini Babayev Arzu Vidadi oğlu tərəfindən

ŞİKAYƏT

Göyçay Xəstəxanasının Polikilinika şöbəsinin müdiri Arzu Burcalıyev daha bir qanunsuz "Uğura" imza ataraq polikilinika şöbəsinin tabeliyində “SS-Butik” geyim mağazası açaraq həmin obyektdə xadimə vəzifəsindən qeydiyyat bölməsinin müdiri vəzifəsinə təyin etdirdiyi Səidə xanımı rəhbər təyin etmişdir.Belə ki, Arzu Burcalıyev rəhbərlik etdiyi Polikilinikaya bitişik olan,dövlət torpağnı qanunsuz olaraq zəbt etmiş,yanğın təhlükəsizliyi qaydalarına və rayonun memarlıq üslubunun pozulmasına,eləcə də insanların və avtomobillərin normal hərəkətinə maneə olan yerdə və göstərilən qaydalara riayət etmədən sözü gedən obyekti inşa etdirmişdir.Bu həmin Arzu Burcalıyevdir ki,rayonda hərbi xidmətdən ruhi əsəb xəstəsi kimi yayınanlara, eləcə də gözdən əlillərə sağlamlıq sənədi satmaqla məşhurlaşıb.Eyni zamanda Arzu Burcalıyev özünün həyat yoldaşını sənəd üzərində ankoloji xəstə edərək 10 ildən artıqdır ki, ikinci qrup əlillik dərəcəsi təyin etdirərək dövlət büdcəsindən oğurluq edir.Həmin “SS-Butik” geyim evinin işıq xətti Polikilinikadan götürülmüş, işıq pulunu da dövlətə ödətdirmişdir.
Polikilinikanın baş həkimi Arzu Burcaliyevin bu korrupsiya əməllərinin araşdırlaraq ciddi tədbirlər görülməsinə zərurət var.

 
 
 
Ardını oxu...
 
 

 
Ağcabədi rayonu, Boyat kəndində yerləşən uşaq musiqi məktəbində özbaşınalıq var. DİA.AZ bildirir ki, bu barədə sözügedən məktəbdə xadimə işləyən Qarayeva Sücayət Salam qızı giley edir.

 

30 ildən artıqdır ki, Boyat kəndindəki məktəbdə xadimə işlədiyini bildirən və 140 manat maaş aldığını bildirən narazı vətəndaş qeyd edir ki, onun başqa gəlir yeri olmasa da, məktəbin direktoru onu işdən çıxarıb.

Narazı vətəndaş Prezidentə xitab edərək kömək istəyir.

Daha ətraflı aşağıdakı videoda:

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

 

XalqXeber.Az

Ardını oxu...
Azərbaycanda ölkə rəhbərliyinin qətiyyəti hesabına aparılan korrupsiyaya qarşı mübarizə tədbirləri son illər dövlətimizin talanaraq mənimsənilmiş xeyli vəsaitinin yenidən büdcəyə qaytarılmasına səbəb olub. Talan faktlarının üzə çıxarılması işinə KİV də öz əhəmiyyətli töhfələrini verib. “Dəryaz” qəzeti də bu mənada istisna deyil və jurnalist kollektivimiz qanunsuzluqların bütün növ təzahürləri ilə mübarizə işində hökumətə etibarlı tərəf müqabili kimi çıxış edir, gərəkən informasiya dəstəyi verir.

Dəryaz qəzetinin redaksiyasına daxil olmuş məlumata görə, dövlət qulluğunda “fərqlənmiş” auditor Firsənd Qurbanov 1998-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Səbail rayon Maliyyə idarəsinin rəisi vəzifəsində işlədiyi vaxt Maliyyə Nazirliyində idarə rəisi olan tələbəlik dostu Səlim Müslümovun instruktajı ilə 157 milyard pulu (indiki nominalla 5 milyon manatdan çox) Badamdar qəsəbəsinin abadlaşdırılrması təyinatı ilə tikinti materialları alınması adı ilə Səbail RİH-nin Badamdar qəsəbə nümayəndəliyinin hesabına köçürdərək sonradan nağdalaşdırıb, o vaxt Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru işləyən tələbəlik dostu Heydər Əsədovla birləşərək mənimsəyib. Həmin vaxt qalmaqallı korrupsiya araşdırması getsə də, hətta H.Əsədov dindirilməyə cəlb olunsa da, sonradan sərbəst buraxıldı. Necə oldusa, hamısı məsuliyyətə cəlb olunmaq əvəzinə irəli çəkildilər: H.Əsədov Maliyyə nazirinin müavini — maliyyə-uçot idarəsinin rəisi vəzifəsinə, sonradan Hesablama Palatasına sədr, Firsənd Qurbanov isə Hesablama Palatasında Təhsil, elm, səhiyyə və mədəniyyət xərclərinə nəzarət şöbəsinin müdiri vəzifəsinə getdi. Hazırda isə Maliyyə Nazirliyində sənayenin maliyyələşdirilməsi şöbəsinin rəisidir. Bir sözlə, bircə Səlim Müslümov istisna olmaqla, digər adları çəkilən iki iqtisadçı alimin bəxti yeyin oldu.

İnanırıq ki, Firsənd Qurbanovun Səbail rayon Maliyyə İdarəsinin rəisi olduğu dövrdə Badamdar qəsəbəsinin abadlaşdırılmasına yönəlik xərclərin təyinatı üzrə xərclənib-xərclənmədiyinin yenidən yoxlanılarsa, ortaya büdcə vəsaitlərinin ciddi mənimsənilməsi faktları çıxacaq. Adları çəkilən şəxslərin təqsiri sübuta yetirilərsə, vurduqları ziyanı ödəmələri üçün hər cür imkanları – çoxsaylı villa və mənzilləri, bahalı avtomobilləri, gəlirli obyektləri vardır.

Qarşı tərəf kimi mövqeyini öyrənmək üçün Firsənd Qurbanova zəng etdikdə o, əvvəlcə koronavirusa yoluxduğunu bildirsə də, ertəsi gün telefon danışığımızda artıq sağaldığını dedi, lakin suallarınmızı Maliyyə Nazirliyinin mətbuat xidmətinə ünvanlamağımızı məsləhət gördü. O,bildirdi ki, «məsələ ilə əlaqədar Nazirliyin mətbuat xidmətinin rəisi Mais Piriyevə zeng edin Xahis edirəm məni narahat etməyin Tel 4044787 is»

Növbəti addımımızla Maliyyə Nazirliyinə və Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədova sorğu məktubları göndərdik. Təəssüf ki, adresatların cavabları hələ də ləngiyir.

Firsənd müəllimin qeyd etdiyi nazirliyin 012 4044787 nömrəsinə etdiyimiz zəngə isə cavab verən olmadı.

Mövzunu davam etdirəcəyik.

Deryaz.az

Ardını oxu...

Astara rayonunda məktəb direktoru və müəllimi arasında mübahisə baş verib.

Bu barədə Astara rayonu Bəxtiyar Rüstəmov adına Asxanakəran kənd tam orta məktəbinin müəllimi, Birinci Qarabağ müharibəsinin şəhidi Sarvan Qurbanovun qardaşı Rizvan Qurbanovun müraciətində deyilir.

O bildirib ki, məktəbin direktoru Əlican Hacıyev ədalətli şəkildə dərs bölgüsü aparmır:

“Mən direktora bildirdim ki, digər müəllimlərə nisbətdə mənə cəmi 16 saat dərs bölgüsü edilib. Xahiş etdim ki, bu bölgü azdır və boş qalan dərslərdən əlavə edilsin. O mənə bildirdi ki, bu məsələ onluq deyil. Məsələ barədə Lənkəran-Astara Regional Təhsil İdarəsinə müraciət etdim. Orada bildirildi ki, mənə əlavə iki saat dərs veriləcək.

Bundan xəbər tutan direktor məni təhqir etdi və: “Sən kimsən ki, özbaşına gedib, dərs bölgüsü alasan?” - dedi. O mənə bildirdi ki, dərs bölgüsündəki iki saatı pul aldığı musiqi müəllimi İbrahim Həsənzadəyə verib”.

R.Qurbanov deyir ki, direktor onu otağına çağırıb və zor tətbiq edib:

“Otağa daxil olanda gördüm ki, direktor, musiqi müəllimi İbrahim, atası, əmisi oradadırlar. Həmin vaxt İbrahimin atası yaxamdan yapışdı və şəhid qardaşımı təhqir etdi, nalayiq ifadələr işlətdi. Mən məsələ barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə müraciət etdim və polis izahatımı aldı. Bir müddət sonra İbrahim Həsənzadənin ailəsi evimə gəldi, şəhid qardaşımı təhqir etdiyi üçün üzr istədi. Eyni zamanda, şikayəti də geri çəkməyimi istədilər. Mən şikayətimi geri götürmədim. İstəyirəm, hər kəs cəzasını alsın”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib ki, həmin şəxsin müraciəti əsasında Astara Rayon Polis Şöbəsində ilkin araşdırma aparılıb:

“Araşdırmanın davam etdirilməsindən ötrü toplanmış material rayon prokurorluğuna göndərilib”.
 
 
Ardını oxu...
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müqavilə bağladığı DİN hospitalına göndəriş vermir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı publik hüquqi şəxs Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) başlıca məqsədi əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini və keyfiyyətli xidmət göstərilməsini təmin etməkdir. Gerçəkdə isə TƏBİB -in insanların sağlamlığına qadağa qoyması üzə çıxır. Belə təəssürat yaranır ki, tibb müəssisələri, özəlliklə poliklinikalar, təcili yardım xidməti həkimlik əvəzinə bürokratik xidmətlə məşğuldur. Təsəvvür edin, polis şöbəsində , həbs yerlərində tibbi yardıma ehtiyacı olan şəxsə xidmət göstərilməsi polis şöbəsinin, həbs yerinin rəhbərinin icazəsi ilə mümkündür , tibbi xidmət personalı xəstəyə yox, polis rəisinin ağzına baxır. Elə bilirsiniz şişirdirəm?
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin tam şəxsi heyətinin “yüksək “bespredel” peşəkarlığı” ilə 9 qabırğasını sındırdığı, ağ ciyərində hematoma əmələ gətirdiyi 1-ci dərəcəli DİN-in Qarabağ qazisinə 2022-ci ilin 3 sentyabrında gecə saatlarında şöbəyə çağırılan təcili tibbi yardım personalı xidmət göstərilməsindən imtina edib! (?) Imtina Nizami RPİ-nin müvəqqəti saxlama kamerasında da qüvvədə olub! Yalnız bir halal süd əmmiş həkim heyəti qospitalizasiyaya çalışıb, ona da polis icazə verməyib. Hətta Sabunçu xəstəxanasında qoluqandallı rentgen müayinəsi ilə pasiyentin 9 qabırğasının sındığını müəyyən edən həkim də xəstəxana palatısını yox , işgəncə kamerasını seçib. Bəs İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, tabeliyindəki TƏBİB həkim vicdanının belə sarsılmağına niyə hüquqi qiymət verilməsini təmin etmir? Nə vaxtadək tibb xidməti işgəncə “xidməti”nin qulluğunda vicdan alveri ilə məşğul olacaq?
İbrətamiz faktı diqqətə çatdıraq, 29 il öncə Qubadlı rayonundan düşmən girovluğuna yaralı halda düşən Əvəz adlı müəllimi həkimin əməliyyat otağında öldürmək istəyəndə, həkim uşaq, qadın, qoca, xəstə qatillərinə meşəni şeçməyi təklif etmişdi: “HƏKİM OTAĞINDA QƏRARI HƏKİM VERİR, QATİL – QULDUR YOX!” Beləcə həkimin xilas etdiyi həmin şəxs hələ də həyatdadır.
Bizim həkimlər isə özlərini tibb işçiləri kimi yox, qəssab kimi aparır. İşi - peşəsi arayış satmaq olan poliklinikalardansa heç danışmağa dəyməz. 30 ildir DİN -in tibbi uçotunda olan, daim DİN hospitalında müalicə ilə şəfa tapan 1-ci dərəcəli Qarabağ qazisinə ərazi poliklinikası göndəriş verməkdən imtina edir ki, TƏBİB icazə vermir. Niyə? İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 çağrı mərkəzi TƏBİB -in yalnız dövlət tibb müəssisələrinə göndəriş verdiyini, DİN-in hospitalının təsərrüfat hesablı olmasına görə, dövlət müəssisəsi sayılmadığını bildirməkdən doymur. Bəs İcbari Tibbi Sığorta (İTS ) üzrə Dövlət Agentliyi ilə DİN Hospitalı arasında bağlanan müqavilə nəyə xidmət edir? İTS müqavilə bağladığı tibb müəssisələrinə niyə göndəriş verməkdən imtina edir? Onda bu müqavilə nəyə görə bağlanıb? Özbaşınalığa baxın, DİN Tibb xidməti tabeliyində olan hospitalda müalicə üçün ərazi poliklinikasının göndərişini istəyir, TƏBİB isə qərəzlə göndəriş verməkdən imtina edir. Arada isə xəstənin canı gedir.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 916 çağrı mərkəzi də bir həftədir şikayəti qəbul etsə də, təcili qospitalizasiyaya ehtiyacı olan DİN -in 1-ci dərəcəli Qarabağ əlilinə adi bir göndərişi də qıymırlar. Belədə hansı tibbi xidmətdən, hansı sağlamlığın qorunmasından, hansı insan, əlil-qazi hüquqlarından danışmaq olar?
Bəyəm İTS, TƏBİB, poliklinikalar bilmir ki, xəstəyə müalicə lazımdır, bürokratik “həkimlik” yox?
Məğrur Bədəlsoy
Teref.az
 

Ardını oxu...
Ağsu rayon sakini Cabir Cəfərov özünün feysbuk səhifəsində bərbad vəziyyətdə olan Ağsu rayon məktəblərindən birini paylaşaraq, Təhsil Nazirliyinin və aidiyyəti qurumların məsələyə diqqət göstərməsini istəyib.

DİA.AZ sozcu.az saytına istinadla, Cabir Cəfərovun həmin yazısını olduğu kimi təqdim edir:

“Gördüyünüz bu fotolar qaniçən Bəşər Əsəd və Vladimir Putinin bombaladığı Hələb və Mariupol şəhərlərində olan məktəblərdir. Ümid edirəm ki, hökumətimiz bu acınacaqlı vəziyyətə biganə qalmayıb,bu şəhərlərdə yeni məktəb binasının tikintisinə maliyyə vəsaiti ayıracaq.

Ardını oxu...

Əşşşşi zarafat edirəm, bu fotolar Ağsu şəhərində yerləşən Şəhid Soltan Umbayev adına 2 saylı tam orta məktəbindir. Bu məktəbdə ölüm-itim olmadan keçirilən hər gün üçün nəzir-niyaz paylanılmalıdır. Bina tam olaraq qəzalı vəziyyətdədir,siniflər get-gedə uçur,tavan yerə tökülür və s. Təsəvvür edin ki,neçə illərdir ki, vəziyyət belədir. Və vəziyyət belə ola-ola 2017-ci ilin sentyabr-oktyabr aylarında məktəbin dam örtüyü söküldü ki,guya yenisini vuracaqlar. Bəli,bütün yayı gözləyib ,payızda sökdülər və həmin ərəfədə də 2-3 gün elə bir güclü yağış yağdı ki,necə deyərlər “tut ucundan göyə çıx”. Deməli,binanın üstü tam açıq,güclü yağış …

Məktəbin birinci mərtəbəsində əməlli-başlı sel axırdı. Dəhşətdir,nə var ki,hər hansı bir korrupsiya şəbəkəsi pul yeyəcəkdi,məktəb kollektivi, şagird və valideynlərlər zülm çəkdi ,zülm. O yağışdan sonra məktəbin kitabı tamamilə bağlandı ,məktəbdə məktəblik qalmadı. Məktəbin 3-cü mərtəbəsi tam olaraq sıradan çıxdı,digər mərtəbələr də yararsız vəziyyətə düşdü. Amma bu kiminsə vecinə oldu? Əsla! Nə icra hakimiyyəti,nə təhsil şöbəsi bir dəfə məsələ qaldırmadı ki,2 saylı məktəb bu vəziyyətdədir. Şəxsən mən bu vəziyyətlə bağlı ölkə başçısına bir neçə dəfə məktubla müraciət etmişəm(yenə yazacam), müxtəlif xəbər saytlarında ,sosial şəbəkədə işıqlandırmışam,amma nə faydası, köhnə hamam,köhnə tas. Ağsuda 5 şəhər məktəbi var,bunların 4-ü təmir olub,bir qalıb 2 saylı məktəb. Bu məktəbin də lobbisi zəifdir deyə qalıb belə”.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Ardını oxu...

 

Məlum olduğu kimi Ölkə Rəhbəri sahibkarların hüquqlarının qorunmasını dövlət orqanları qarşısında başlıca vəzifələrdən biri kimi müəyyən edib.

Bu mövzuda dəfələrlə Ölkə Rəhbərinin qətiyyətinin şahidi olmuşuq.
Bəzən iri sahibkarlar hüquq mühafizə orqanlarının haqlı-haqsız hədəfinə çevrilir.
Hələ 2022-ci ilin əvvəlində
Baş Prokurorluğun əməkdaşları Milli Məclisin sabiq deputatı, iri vergi ödəyicisi olan məşhur “Ştutqart” şəbəkəsinin sahibi iş adamı Nəriman Əliyevin Bakının Nərimanov rayonu ərazisində ağacları qanunsuz kəsdirməsi əsası ilə araşdırmalar başlamışdı. Həmin araşdırmalar Nəriman Əliyevin nədəsə günahının olmaması ilə yekunlaşdı.
Sonra mətbuatda məlumat yaydılar ki, həmin araşdırmada məlum olub ki, sən demə onun öz işçilərinə vaxtında maaş vermədiyi faktları aşkarlanıb.
İndi isə bir ayrı mövzu Nəriman Əliyevin mənbəyi məlum olmayan külli miqdarda ziyan ödəməli olduğu barədə cinayət işi başladılıb.
Sahibkara qarşı bu cinayət işini aparan Baş Prokurorluğun əməkdaşı Nazim Rəşidovdur.
Maraqlıdır ki, Nazim Rəşidovu elə araşdırma subyekti elədiyi yerliləri çox yaxşı tanıyır.
Belə ki, onun bir qardaşı Habil Rəşidov ölkədə narkotika dövriyyəsinin təşkilinə görə təzəlikcə cinayət başında tutulub, artıq neçənci residiv həbsini yaşıyır.
Digər qardaşı Rövşən Rəşidov Lənkəranda polis əməkdaşı kimi məşhur “Rektor” işində rüşvət qalmaqalına görə işdən uzaqlaşdırılmış, hazırda hüquqşunas kimi başqalarının hüquqlarını müdafiə edir.
Sual yaranır ki, residiv narkotika tacirinin qardaşının başqalarında günah axtarmağı, məsuliyyətə cəlb etməyi nə dərəcədə düzgündür?!
Araşdırmalarımız davam edir. Mövzu ilə bağlı əlavə məlumatları dəqiqləşdirdikdən sonra ictimaiyyətə təqdim edəcəyik.
Rəsmi mövqeni dərc etməyə hazırıq.

bakudays.com

 
 
Ardını oxu...
 
Şəmkir rayonu Çinarlı qəsəbəsi Natiq Süleymanov adına 2i sayılı orta məktəbin ibtidai sinif müəllimi Məmmədova Sədaqət Yolçu qızı tərəfindən saytımiza onun əsassız olaraq sinifinin əlindən alınması ilə bağlı şikayəti daxil olub.

Belə ki, şikayətçi qeyd edir ki, onun 18 illik müəllimlik təcrübəsi var, iki diplomu var, müəllimlərin diaqnostik qiymətləndirilməsindən keçib və onun sinifi əsassız olaraq əlindən alınaraq başqa müəllimə verilməyə çalışılır. Şikayətçi qeyd edir ki, məsələ ilə bağlı Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Qüdrət Əliyevə bu vəziyyətə aydınlıq gətirməsini tələb edib, o isə onluq bir şey olmadığını bildirib. Regional Təhsil İdarəsinə müraciət etməsini deyib. Regional Təhsil İdarəsi isə onlarlıq bir şey olmadığını bildiriblər. Bir sözlə aidiyyatı qurumlar müəllimə doğru-düzgün izahat verə bilmir. Şikayətçi Məmmədova Sədaqət Yolçu qızı çarəsiz vəziyyətdə bu özbaşınalığa aydınlıq gətirilməsini və Elm və Təhsil Nazirliyini bu məsələyə diqqət ayırmasını xaihiş edir.

Dunyaninsesi.Az

 

XalqXeber.Az

Dünyapress TV

Xəbər lenti