Ardını oxu...
Mədəniyyət Nazirliyinin Daxili Audit Şöbəsi Mingəçevir Teatrında araşdırmalara başlayıb.

DİA.AZ-ın Bakupost.az-a istinadən məlumatına görə, araşdırmalara Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Vüsal Mehrəliyevin teatrın direktoru Anar Quliyevin vəzifəsindən sui-istifadə edərək, teatrı şəxsi biznesi kimi idarə etməsi ilə bağlı şikayəti səbəb olub.

Qeyd edək ki, ötən gün Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Vüsal Mehrəliyev tanınmış jurnalist İntiqam Valehoğluna verdiyi açıqlamada teatrda10-12 nəfər “ölü can”ın olduğunu bildirib. İddiaya görə, adı ştat cədvəlində olan bu şəxslər işə çıxmır, onlara yazılan maaş isə rəhbərlik tərəfindən mənimsənilir.

Rejissorun teatrın canlanması üçün ştatda olub fəaliyyəti olmayan şəxsləri çıxarıb yerinə yeni aktyorlar dəvət etmək təklifinə Anar Quliyevin “Mədəniyyət Nazirliyi, konkret olaraq Anar Kərimov icazə verib, mən də bildiyimi edirəm” deyə cavab verdiyi bildirilir.

Fotoda: Mingəçevir Dövlət Dram Teatrının direktoru Anar Quliyev

Ardını oxu...

Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Vüsal Mehrəliyev

Ardını oxu...

Ardını oxu...
Bәrdә rayonu Adil Süleymanov adına Şorәlli kәnd tam orta mәktәb direktorunun müəllimdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb.

DİA.AZ xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.

Direktor Əliyeva Gülnarə Qanboy qızının müəllimdən müxtəlif vaxtlarda pul tələb etməsi iddia edilib.

Şikayətçi - adı çəkilən məktəbin müəllimi Babayeva Dursun BAKU.WS-ə bildirib ki, direktor ondan hər ay 165 manat rüşvət alıb:

"11-ci sinfin 5 saat riyaziyyat dərsini və sinif rəhbərliyini mənə verdi. Dedi ki, uşaqlar dərsə gəlmir, o dərsin jurnalını yazacaqsan, hər bir şeyini sən edəcəksən, summativlərini sən aparacaqsan. Amma pulunu mənə verəcəksən. Hər ay məndən 165 manat aldı. Bundan öncəki il isə 10-cu sinif üçün hər ay 150 manat vermişdim".

Babayeva Dursun məktəb direktoru Əliyeva Gülnarə barəsindəki iddialarını sübut etmək üçün redaksiyamıza səs yazısı da göndərib. O deyib ki, səs yazısında məktəb direktoru Əliyeva Gülnarə, onun müavini Əliyev Mayil və özünün rüşvətlə bağlı danışığı öz əksini tapıb.

Ardını oxu...

Məsələ ilə bağlı direktor Əliyeva Gülnarə ilə əlaqə saxladıq və barəsində olan iddialara münasibət öyrənməyə çalışdıq. Direktor BAKU.WS-ə bildirdi ki, hazırda dərsə girir və yarım saat sonra danışa biləcək. Lakin deyilən müddətdən sonra bir neçə dəfə onunla əlaqə saxlasaq da, telefona cavab vermədi.

Direktor, müavini və müəllim arasındakı səsyazısını olduğu kimi təqdim edirik:

VİDEO BURADA: http://baku.tv/embed/61569
 
Ardını oxu...
Artıq bir neçə dəfədir ki, Şamaxı rayonunun Muğanlı kəndində yaşayan və 2014-cü ildən üz-üzə qaldıqları ədalətsizliyə, hər cür haqsızlığa, özbaşınalığa tab gətirə bilmədiyi üçün, bu ilin avqust ayında dünyasını dəyişən mərhum Rəcəbov Yadigar Ağadadaş oğlunun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problemi ölkə gündəminə çıxartmışıq. Təəssüflər olsun ki, bugünə kimi nə qədər tənqidi məqalələr yazsaq da, problemlərin mahiyyətini qabartsaq da, tərəfimizdən aidiyyatı dövlət qurumlarına sorğu məktubları ünvanlasaq da, qeyd olunan problem həll olunmur ki, olunmur. Bu da onu söyləməyə əsas verir ki, cənab Kəmaləddin Heydərovun rəhbərlik etdiyi FHN-nin tabeli qurumlarında, ələlxüsus Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində anarxiya, nəzarətsizlik, xaos, hərcmərclik və s. hökm sürməkdədir. Əgər bu belə olmasaydı, o halda deryaz.az saytının redaksiyasından göndərilən məktublara vaxtlı-vaxtında cavab verilərdi, ünvanladığımız suallar doğru-düzgün cavablandırılardı. Qeyd edək ki, Yadigar Rəcəbovun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı bu ilin aprel ayında FHN-nə ünvanladığımız məktuba, 01 iyul 2022-ci il tarixdə Agentliyinin rəis müavini Elxan Əsədovun imzası ilə təsdiq olunmuş cavab verilib. Yaşanan problemlə bağlı 08 iyulda FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanladığımız təkrar məktuba isə, uzun çəkçevirdən, günlərlə etdiyimiz telefon zənglərimizdən, müəyyən giley-güzardan sonra sentyabr ayının əvvəllərində cavab əldə edə bildik. Qeyd edək ki, istər aprel ayında, istərsə də 08 iyulda ünvanladığımız məktublara, bu Agentliyinin rəis müavini Elxan Əsədovun imzası ilə təsdiq olunmuş eyni məzmunlu cavablar verilib. Hər iki məktubun məzmunu eynidir, sadəcə olaraq tarix və nömrələr dəyişdirilib. Hansı ki, iyul ayının əvvəlində göndərdiyimiz məktubda bir neçə sual yazıb, baş verən problemlərlə bağlı konkret cavab əldə etmək istəyimizi qarşı tərəfə bildirmişdik. Çox təəssüflər olsun ki, geniş ictimaiyyət arasında kifayət qədər nüfuz sahibi olan Kəmaləddin Heydərovun rəhbərlik etdiyi FHN-nin tabeli qurumlarından birində, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində bu cür idarəçilik, bu cür yanaşma mövcuddur. Baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, bu Nazirliyin tabeli qurumunda çəkilişi həyata keçirilmiş və bir neçə gün bundan öncə yayımlanmış intim olaylarına adi baxmaq gərəkdir. Çünki yuxarıda qeyd etdiyimiz kimi, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində anarxiya, hərcmərclik, nəzarətsizlik, xaos və s. hökm sürməkdədir. Ona görə də, Nazirliyin tabeli qurumlarında baş verən qanunsuzluqları, özbaşınalıqları və s., bir növ adi məişət məsələlərindən biri hesab etmək qənaətinə də gəlmək olar.

İndi isə yaşanan olayların xronikasını hər kəsin diqqətinə çatdıraq. Əvvəla onu qeyd edək ki, 2012-ci ilin mart ayında Şamaxı rayonunun Muğanlı kəndi ərazisində torpaq sürüşməsi hadisəsi baş verir və hadisə nəticəsində 62 ailənin yaşadığı fərdi yaşayış evləri və həyətyanı torpaq sahələri yararsız vəziyyətə düşür. Hadisədən sonra bu kəndin ərazisinə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə birlikdə baxış keçirirlər və yarasız vəziyyətə düşmüş evlərlə, həyətyanı torpaq sahələri ilə bağlı akt da tərtib edirlər. Həmin vaxt 47 ailəyə məxsus fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin yararsız vəziyyətə düşməsi müəyyən edilir və bununla bağlı akt da tərtib olunur. Hətta, tərtib olunmuş akt əsasında 47 ailəyə daha təhlükəsiz ərazidə yeni fərdi yaşayış evlərinin tikilməsi üçün “Azərinşaatlayihə” İnstituna layihə-smeta sənədlərinin hazırlanması barədə göstəriş də verilir. Az sonra yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 47 ailədə yaşayan şəxslərin ümumi siyahısı dəqiqləşdirilir və hər ailədə yaşayanların sayı barədə məlumatlar aidiyyatı üzrə dövlət qurumlarına təqdim olunur. Qeyd edək ki, 2012-ci ildə baş verən torpaq sürüşməsi hadisəsindən sonra Muğanlı kəndində evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən ailələrə bağlı tərtib olunmuş siyahıda Yadigar Rəcəbovun ailə üzvləri 46-cı sırada (7 nəfər olmaqla) olurlar. Çox keçmir ki, Muğanlı kəndinin daha təhlükəsiz ərazisində yeni fərdi yaşayış evlərinin inşaasına başlanılır və büdcə vəsaitiləri hesabına tikilən evlər 2014-cü ildə zərərçəkən ailələrə paylanılır. Tərtib olunmuş siyahıda Yadigar Rəcəbovun 7 nəfərdən ibarət ailə üzvləri 46-cı sırada olsalar da, son anda Şamaxı RİH əməkdaşları bu ailə üçün inşa olunmuş evi onlara deyil, məhz başqa bir ailəyə təhfil verirlər. Belə olan halda Yadigar Rəcəbov ailə üzvləri adından möhtərəm Prezidentə, FHN-nə, Şamaxı RİH Aparatına şikayət ərizələri göndərir və bu cür ədalətsiz yanaşma ilə bağlı aidiyyatı dövlət qurumlarını da məlumatlandırır. Diqqəti cəlb edən hal o olur ki, Rəcəbovlar ailəsinə verilməli olan evə yerləşdirilmiş ailə, üç gündən sonra Şamaxı RİH əməkdaşlarının iştirakı ilə həmin evdən çıxarılır və ev ötən 8 il ərzində boş qalır. Redaksiyamıza daxil olan məlumatlara görə, Rəcəbovlar ailəsinə verilməli olan evdən çıxarılmış ailə, son 10-15 gündür ki, hansısa qüvvələrin himayədarlığı sayəsində gecə saatlarında təkrar həmin evə yerləşdirilib.

Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, Muğanlı kəndində torpaq sürüşməsi hadisəsi 2012-ci ilin mart ayında baş verir və tərtib olunmuş siyahı əsasında inşa olunmuş fərdi yaşayış evləri 2014-cü ildə zərərçəkən ailələrə paylanılır və həmin vaxt Yadigar Rəcəbovun ailəsinə ev almaq nəsib olmur. Çünki, istər bu şəxsin özü tərəfindən, istərsə də redaksiyamız tərəfindən müxtəlif dövlət qurumlarına, ələlxüsus FHN-nə ünvanlanan məktublara verilən cavablarda qeyd olunur ki, “Evlər paylanana qədər sizə (Yadigar Rəcəbovgilə) məxsus fərdi yaşayış evinizlə bağlı Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri tərəfindən akt tərtib olunmamışdır. Bu yöndə akt tərtib olunmadığından ilkin siyahıda adınızın olmasına baxmayaraq, sonradan adınız siyahıdan çıxarılmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə fərdi yaşayış evinizə viziual texniki baxış keçirilmiş və 03 mart 2014-cü il tarixdə müvafiq akt tərtib edilmiş və həmin aktda fərdi yaşayış evinizin qəzalı vəziyyətdə olması qeyd olunmuşdur. Sizin fərdi yaşayış evinizlə bağlı akt tərtib olunana qədər yeni tikilmiş evlər vətəndaşlara paylanılmışdır”. Verilmiş belə bir cavabdan sonra ortaya düşündürücü sual çıxır ki, axı torpaq sürüşməsi hadisəsi 2012-ci ilin mart ayında baş verib? Həmin vaxtlarda hansı səbəbdən Yadigar Rəcəbovgilin yaşadıqları evin sağ-sol hissəsində yaşayan qonşuların evlərinə baxış keçirilib akt tərtib olunur, amma bu şəxsin evinə vizual baxış keçirib akt tərtib etmək 03 mart 2014-cü il tarixə saxlanılır? Deməli, bu cür cavabın verilməsinin arxasında hansısa “qaranlıq məqamlar” var.

Ünvanlanladığımız məktublara FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən yuxarıda qeyd olunan məzmunda cavablar verildiyindən, biz məsələnin mahiyyətini araşdırmağa və əsl həqiqətləri üzə çıxarmağa çalışdıq. Bu məqsədlə bir neçə suallar tərtib edib FHN-nə rəsmi məktub ünvanlasaq da, yenə də lazım olan cavabı əldə edə bilmədik. Bu da onu söyləməyə əsas verir ki, əgər FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ünvanladığımız suallara doğru-düzgün cavab verərsə, o halda qol qoyulan fırıldaq əməllərini aşkara çıxarmış olar. Onu da qeyd edək ki, FHN-nin bu tabeli qurumudan lazımi cavabı əldə etməyi heç cür bacara bilmədiyimizdən, son anda məcbur olub problemin həllinə köməklik göstərilməsi məqsədilə, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə və digər dövlət qurumlarının rəhbər şəxslərinə məktubla müraciət etməli olduq. Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra, ən azından cənab

Kəmaləddin Heydərov problemin araşdırılması yöndə, məhz tabeliyində olan vəzifə sahiblərinə lazımi tapşırıqlarını verəcək. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq. Bizi izləyin.

Deryaz.az
Ardını oxu...
Bildiririk ki,  "Kanal14" YouTube kanalında canlı efir başladığından bəri də efirə bağlanıb, canlı yayımda şikayət və müraciətlərini ictimailəşdirmək istəyən vətəndaşların sayı daha da artıb.

Belə ki, "Kamalın zamanı" proqramına zəng edərək, canlı yayıma bağlanan və oğlunun işsiz, eyni zamanda, 44 günlük vətən müharibəsi zamanı döyüşdə aldığı qəlpə yaraları, həmçinin ciddi psixoloji sarsıntılarından dolayı səhhətindəki bütün problemlərdən və müalicəsi üçün maddi imkanlarının olmadığından danışan ananı yəqin ki, izləmisiniz.

Xatırlatmaq üçün, qeyd edirik ki, ana deyir, "Mingəçevir şəhərində yaşayırıq. Oğlum - Babayev Rasim Asim oğlu müharibə iştirakçısıdır. Müharibə zamanı qəlpə yaraları və kəllə-beyin travması alıb, üstəlik də döyüş zamanı keçirdiyi psixoloji sarsıntılar onu məhv edir. Müalicə etdirmək imkanım yoxdur. Təzə yaralananda xəstəxanada həkim ona sakitləşdirici dərmanlar yazmışdı və demişdi ki, "Həmişə bu dərmanlardan istifadə etsin". Onu da nə vaxt içirirəm, uşaq saatlarca yatır. Nə vaxta qədər yatacaq bu?!.

Maddi sıxıntılar da bir yandan sıxır. Düşündüm, bəlkə bir işdə işləsə həm başı qarışar, həm ən azından maddi sıxıntıları qismən azalmış olar. Odur ki, dəfələrlə mən də, oğlum özü də iş üçün Məşğulluq mərkəzinə, Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Elə deyirlər "iş yoxdur, olanda deyərik". Amma, görürəm, eşidirəm işdən çıxanlar, işə alınanlar o qədər var ki."



Yayım efirə getdikdən az sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsi yayımın şərh bölməsində cavab verdi ki, "Rasim Babayev Məşğulluq mərkəzində işsiz kimi qeydiyyatdadır və 178-ci sıradadır."

Bəli, bu 178-i iki il gözləyən Rasimin bundan sonra daha nə qədər gözləyəcəyini adəm övladlarından kimsə bilmir.

Yeri gəlmişkən, qəhrəman oğul yetişdirən ananın ardından daha bir Mingəçevir şəhər sakini Sərdar Əsgərov, həmçinin Elçin Həsənzadə redaksiyamıza zəng edib, canlı yayıma qoşulmaq istədiklərini bildirdilər.
Hər iki şəxs sosial durumu və işsizlikdən gileylənir.

Qeyd edək ki, Elçin Həsənzadə əvvəllər mediada çalışıb. Özünün dediyinə görə, Sumqayıt şəhərinin keçmiş İcra başçısı, həmçinin Mingəçevir şəhər İcra başçısı haqqında faktlar və tənqidi yazılar yazdığına görə həbs olunub. Həbsdən çıxdıqdan sonra bilib ki, həbsdə olduğu müddətdə onu rəsmi qeydiyyatda olduğu Sumqayıt şəhərində qeydiyyatdan çıxarıblar. Sonra çox çətinliklə Sumqayıt şəhərində qohumunun evinə müvəqqəti qeydiyyata düşüb.

Özü də ailəsi və azyaşlı övladıyla maddi sıxıntıları, həmçinin işsizlik problemi ilə çarpışır.
Məşğulluq mərkəzində qeydiyyatda olsa da hələ də heç bir işlə təmin olunmayıb.

Sərdar Əsgərov.

Bu şəxs də Mingəçevir şəhər sakinidir. İki oğul övladı var.
Əsgər atasıdır.
Bildirir ki, "İşsizəm. Səhhətimdə olan problemimdən dolayı az məbləğdə sosial müavinət alıram. Lakin, məbləğ heç özümü idarə etməyə yetmir, o ki qaldı ailəmi dolandırmaq.

Mingəçevir şəhərində iş üçün müraciət etmədiyim istər dövlət olsun, istər özəl müəssisə qalmayıb.
Məşğulluq mərkəzi də elə deyir "iş yoxdur". Amma, mən də bu şəhərdə yaşayıram, mənə iş yoxdur deyə-deyə kimləri haralarda, hansı şərtlərlə işə götürürlər görürəm, eşidirəm."



Yeri gəlmişkən, Mingəçevir şəhər Sakinləri tərəfindən redaksiyamıza daha bir ilginc məlumat daxil olub.

Bildiyimiz kimi bu günlərdə erməni təxribatı nəticəsində 70-dən çox şəhid verdik.
Bu "Azərbaycanlıyam" deyən hər kəsin acısıdır.

Lakin, sakinlərin redaksiyamıza bildirdiyinə görə, "Evlərə şəhid gəldiyi bir vaxtda, İcra başçısı İlham İsmayılovun çox yaxın qohumu - iş adamı Ağahəsən Şükürovun sahibi olduğu "Billur" və "Zümrüd" şadlıq saraylarında hər gün "vur çatlasın" imiş. Toylar, doğum günləri və sair..."

Bildiririk ki, İlham İsmayılovun bu qohumunun oğlu Taryel Şükürov da Şəhər İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi işləyir.

Qeyd edək ki, şəhər bələdiyyəsinin sədri Ramiz Əliyevin də İlham İsmayılovla "kirvə" olduğu və hətta onu hazırkı vəzifəsinə İlham İsmayılovun "seçdiyi' deyilir.

Eyni zamanda, Başçının əmisi oğlu Nəriman İsmayılovun "az-Qress" qəsəbəsi adlanan ərazidə İcra nümayəndəsi vəzifəsini icra etdiyi də əldə etdiyimiz məlumatlara daxildir.

Deyilənə görə, hələ bu da hamısı deyil.
Bunun da nə anlama gəldiyi hər kəsə aydındır əlbəttə.

P.S: Qeyd edilənlərlə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
   
Ardını oxu...
Bakı Dövlət Universitetinin tələbəsi Nərgiz Şərifzadə ali təhsil müəssisəsini sərt tənqid edib.

AzToday.az xəbər verir ki, tələbə sosial şəbəkə hesabında yazdığı statusda universitetdəki mövcud vəziyyəti və qanunsuzluqları ictimailəşdirib.

Həmin statusu təqdim edirik:

"Artıq 4-cü ildi ki, Bakı Dövlət Universitetində hüquq "təhsili” alırıq. Universitetin illik təhsil haqqı ( hüquq fakültəsi üçün) 4500 AZN təşkil edir. Bu məbləği 1-2 nəfər vermir, 300 nəfərdən 100-ü ödənişli oxuyursa toplanılan məbləği hesablamaq çətin deyil.

Bəs yaxşı bu məbləğin qarşılığında necə təhsil alırıq?

1. Sinif otaqlarında smart lövhələr əvəzinə sıradan lövhələr var hansı ki, heç istifadə olunmur, çünki istifadəsi bizə kifayət etmir.
2. Hava isti olanda özümüzü dəftərlə yelləməkdən dərsə fokuslana bilmirik. Otaqlarda kondisioner yoxdu, olanlardan da istifadə olunmur.
3. Tələbələr universitet tərəfindən kitabla təmin olunmur. Kitabları məcbur özümüz tapmalı oluruq (elektron yaxud ksereks). Tapmaq qalsın bir qırağa bəzi müəllimlər məcburi kitab aldırır. Əgər bir fəndən iki müəllim dərs deyirsə hər ikisinin kitabını almaq lazımdı. Keçən il bir müəllim hər dərsin yarım saatını öz kitabının reklamına ayırırdı. Hər dəfə də gözucu yoxlayırdı ki görsün kim kitab almayıb.
Bütün bunları ümumiləşdirib bir sual vermək istəyirəm, #4500haragedir?

P.S bunlar sadəcə maddi məsələlərlə bağlı problemlərdir, hamısını saymalı olsaq aldığımız təhsildə problemlər daha çoxdur”.
 
Ardını oxu...
RealMedia.az xəbər verir ki, artıq bununla ikinci dəfədir ki, icra başçısı yaşadığı (kirayə qaldığı) evi dəyişir. Xatırladaq ki, icra başçısı son günlərə qədər Beyləqanlı iş adamı kimi tanınan Q. Qəhrəmanova məxsus evdə kirayə qalıb. Və iş adamı ilə də yaxın münasibətləri olub. RealMedia.az-ı məlumatlandıran mənbə iddia edir ki, bu dəfə icra başçısının evdən çıx(arıl)ması bir qədər sensasialıdır.
Bildirilir ki, son vaxtlar Baş prokurorluq (KQMBİ) tərəfindən daxil olmuş şikayət əsasında Beyləqan rayonunda apardığı araşdırmalar və bu araşdırmalar zamanı aşkarlanmış korrupsiya cinayətləri ilə faktı ilə bağlı Beyləqan rayon icra hakimiyyətinin başçısına və ayrı-ayrı vəzifəli şəxsləri barədə başlanılmış cinayət işi ilə əlaqədardır. Belə ki, Baş prokurorluq tərəfindən icra başçısına və ayrı-ayrı vəzifəli şəxslər barəsində açılmış cinayət işindən sonra ev sahibi Q. Qəhrəmanov icra başçısını ona məxsus kirayə yaşadığı evdən qovub.
Məsələnin maraqlı tərəfi isə ondan ibarətdir ki, sən demə, icra başçısı Asif Ağayev həm də qaldığı mənzilin kirayə haqqını da vermirmiş. Bunu isə icra başçısına yaxın şəxslər bildirirlər.
Və qeyd olunur ki, bir aydan sonra Asif Ağayevin Beyləqana icra başçısı təyin olunmasının 4 ili tamam olacaq. İcra başçısı kirayə qaldığı müddətlərdə bir dəfə də olsun kirayə haqqını ödəməyib. İcra başçısının 23500 manat kirayə pulu borclu olduğu da bildirilir. Bilgilərə görə icra başçsı ayı 500 manata kirayə qalırmış.
Mənbə iddia edir ki, hazırda icra başçısı köçmək istədiyi yeni evi təmir etdirir.
Diqqətimizi çəkən məqam isə icra başçısının hansı məhləyə, məhz nə üçün o məhləyə köç etməsidir. Bu barədə isə eksklüziv olaraq növbəti günlərdə yazacağıq.
RealMedia.az
 

Ardını oxu...
Redaksiyamıza Bakı şəhəri, Masazır qəsəbəsi 59 ünvanında yaşayan A. A.İsgəndərlinin şikayət məktubu daxil olub.

Şikayətçi 1 sentyabr 2022-ci ildə İcbari Sığorta Bürosunun əməkdaşı Ə.Rüstəmova tərəfindən təhqir olunduğunu yazır.

1-ci qrup əlil və ağır miopatiya – əzələ xəstəsi olduğunu bildirən A.İsgəndərlinin sözlərinə görə, həmin gün yaxın qohumları ilə gün ərzində üç dəfə İcbari Sığorta Bürosunun binasına gəlib: “Hər dəfə də İcbari Sığorta Bürosunun müştəri xidmətləri şöbəsinin işçisi Əfsanə Rüstəmova məni qəbul etməyib. Birinci gəlişimdə panikür-pedikürlə məşğul idi, dedi, vaxtım yoxdu. İkinci dəfə gələndə özünün xüsusi pəhriz yeməyini iş yerində – müstəri xidmətləri göstərməli olduğu stolun üstündə yeyirdi. Hər dəfə də bu mənzərəni 10-15 müstəri dayanıb təəccüb içində seyr edirdi. Üçüncü dəfə gələndə mənim əsəblərim dözmədi. Çünki Masazırda yaşayıram, hər dəfə gəlib-getməyə taksiyə pul verirəm. Səbrim çatmadı, etirazımı bildirdim ki, müstərilərə bu cür xidmət göstərilmir. Mən Əfsanə Rüstəmovaya dedim ki, siz müştərilərə yox, özünüzə xidmət edirsiniz. Bundan sonra o, ayağa qalxdı, stula təpik vurdu və mənə ağır təhqirlər yağdırdı. Mən ona dedim ki, sizin mənimlə bu tonda danışmağa ixtiyarınız yoxdur, mən sizin rəhbərliyə və Mərkəzi Banka şikayət edəcəyəm. O qışqıra-qışqıra ayağa qalxdı, stolun üstündəki sənədləri götürüb göyə səpələdi, dedi ki, “qələt edir bizim rəhbərlik də, Mərkəzi Bank da, sən də, mən sənə nəinki xidmət göstərəcəm, heç səninlə danışmaq belə istəmirəm, çıx rədd ol burdan çölə!”

Orada dayanan digər müştərilər də təəccüb içərisində deyindilər ki, bura necə idarədir, adamla necə rəftar edirlər, işçi vətəndaşları adam yerinə qoymur, bildiyini eləyir. Müştərilər bildirdilər ki, bu Əfsanə Rüstəmovanın birinci hərəkəti deyil, o dəfələrlə insanlara qarşı bu cür kobud hərəkətlər edib, müştərilərə qəbz-zad da vermir, mühasibatlıq işləri bərbad gündədir, belə ki, o, müdiri saymadığından sənədləşmə işlərini düzgün aparmır. Əlbəttə, sənədləşmə işlərində bu cür özbaşınalığın olması Əfsanə Rüstəmovanın özünə xeyirdir, çünki o bu özbaşınalıqdan sui-istifadə edir.

Dediyim kimi, mən birinci qrup ömürlük miopatiya xəstəsiyəm. Maraqlanarkan üzə çıxdı ki, bu işçi ilə heç İcbari Sığorta Bürosunun rəhbərliyi özü belə bacarmır.

Mən İcbari Sığorta Bürosunun rəhbərliyindən, Mərkəzi Bankdan və Milli Məclisdən xahiş edirəm ki, Əfsanə Rüstəmova barəsində müvafiq tədbirlər görülsün. O cümlədən, prokurorluq orqanlarından xahiş edirəm ki, İcbari Sığorta Bürosunda həmin gün mənimlə işçi Əfsanə Rüstəmova arasında yaşanmış qalmaqalın, mübahisənin videogörtüntülərini götürsünlər, məsələyə hüquqi müstəvidə qiymət versinlər. Eyni zamanda, Vergilər Nazirliyindən xahiş edirəm ki, İcbari Sığorta Bürosunda sənədləşməni yoxlasınlar, onda görəcəklər ki, nə qədər neqativ hallar və vergidən yayınmalar ortalığa çıxır”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, maraqlı tərəfləri də dinləməyə hazırıq.
 //tezadlar.az//

Ardını oxu...
Goranboy rayonunda məktəb direktoru müəllimə xəsarət yetirib.

DİA.AZ xəbər verir ki, hadisə rayonun Kələk kənd tam orta məktəbində baş verib.

Belə ki, Goranboy rayon Kələk kənd Qafqaz Məmmədov adına tam orta məktəbin direktoru ilə müəllimlərdən biri ilə mübahisə yaranıb. Nəticədə direktor müəllimi döyüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a bildirib ki, hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə artıq müraciət daxil olub:

“Əməkdaşlar hadisə yerinə gediblər. Araşdırmanın nəticəsində asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən isə bildirilib ki, məsələ araşdırılır.
 
Ardını oxu...
DİA.AZ: - Goranboy rayonu Səfikürd kəndinin Qaş məhəlləsi sakinləri adından
Prezident İlham Əliyevə müraciət ünvanlanıb.
Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Möhtərəm cənab Prezidentimiz.
Bizim yaşadığımız Goranboy rayonu Səfikürd kəndi Qaş məhəlləsi uzun illərdir ki, susuzluqdan,
xüsusən də suvarma suyu çatışmamazlığından əziyyət çəkir. Həyətyanı, pay və əkin torpaqlarımızı
suvarmağa su tapa bilmirik, məhlələrimizdə meyvə ağaclarımız quruyub, əkinlərimizdə taxılımız batıb. Ulu
Öndərimizin bizlərə hədiyyə etdiyi pay torpaqlarımızı susuzluqdan becərə bilmirik.
Siz, hər il rayonumuza onlarla subartezian quyularının qazılması üçün Sərəncamlar imzalayırsız.
Amma Sizin Sərəncamlarınız və dövlət vəsaiti hesabına qazılan həmin quyuları rayonumuzda İcra
Başçısı və əlaltıları satır. Melorasiya və Su Təsərrüfatı ASC-dən gələn siyahını Başçı senzuradan keçirir
və pul aldığı adamın adını təsdiqləyir, qalanlarını isə silir-təsdiqləmir.(hamıya açıqca məlumdur ki, hər
quyunun qiyməti 12-15 min manatdır.)
Bildiririk ki, biz də 2 il əvvəl kollektiv müraciət etmişdik və Meliorasiya və Su Təsərrüfatı ASC-dən
nümayəndələr gəlib yerində baxış keçirdilər və 1 ədəd subartezian quyusunun qazılması üçün yer
müəyyən edildi, kordinatı vuruldu, qeydiyyata alındı. 2021-ci ilin sentyabr ayında həmin məsul yoldaşlar
bizə zəng vuraraq bildirdilər ki, rayonunuza 5 quyu təyin olunub və o quyunun da biri sizin məhəllədə
qazılacaq-adınız siyahıda rayon İcra Hakimiyyətinə və yerli idarəmizə göndərilib. Biz də rayon Suvarma
Sistemləri idarəsindən maraqlandıq, dedilər ki, düzdü, adınız var və 2022-ci ilin yazında aprel-may
aylarında qazılacaq.
Ancaq bu yaz keçdi və gəlib qazmadılar. ASC-nə zəng vurduq dedilər ki, biz sizin adınızı
qeydiyyata salıb göndərmişdik və quyu qazılmalıydı, yəqin rayondan siliblər. Biz də rayon Suvarma
Sistemləri idarəsinə zəng vurduq və bizə ordan məsul şəxs dedi ki, 2021-ci ilin payızında gələn 5
quyunun içərisində sizin də adınız vardı və Başçı sizin adınızı təsdiqləmədi, ona görə də sizə nəzərdə
tutlmuş quyunu başqasına verdilər. Bu il üçün isə 31 quyu göndərilib və burada da rayon İcra Hakimiyyəti
adınızı salmayıb. Hətta bununla bağlı, Meliorasiya və Su Təsərrüfatı ASC-dən (sədr müavini
Z.Quliyevin imzası ilə) bizə göndərilən 05.08.2022-ci il tarixli rəsmi məktubda da qeyd edilir ki,
“2021-ci ilinn sentyabr ayında Səfikürd sakini Hüseynov Nahid Fazil oğlunun yaşayış evinin
yanında 1 ədəd subartezian quyusunun qazılması ASC tərəfindən təsdiq edilərək rayon İcra
Hakimiyyətinə göndərilmiş, lakin Başçı təsdiq etməmiş və həmin quyunu siyahıdan çıxarmışdır. (
həmin məktubun surətini də əlavə edirik.)
Əziz Prezidentimiz.
Gördüyünüz kimi, Goranboyda İcra Başçısı Sizin biz vətəndaşlara verdiyiniz suyu-subartezian
quyularını özü kimə istəyir satır-Yezidlik edir. Sizin Sərəncamınızdan sui istifadə edib pul qazanır, rüşvət
yığır, korrupsiya ilə məşğul olur. Bu başçının marağı nədir ki, Sizin kasıblara, dinc əhaliyə hədiyyə
etdiyiniz, dövlətin büdcəsi hesabına qazılan və adımıza qeyddiyyata salınan, qazılması planlaşdırılan
subartezian quyusunu başqa yerə saldırır.??? -Təbii ki, burda bir maraq var—o da rüşvət. Və bir də
kasıb, zəhmətkeş, dinc sakinləri Sizdən narazı salmaqdır!!!"
İddia olunanlarla bağlı dia.az olaraq bütün maaqlı tərəfləri dinləməyə hazırıq...

Dünyapress TV

Xəbər lenti