"Bildiyimiz kimi, hörmətli prezidentimiz İlham Əliyevin 28 iyul 2022-ci il tarixli fərmanı ilə Elm və Təhsil nazirliyinin yanında Elm və Ali təhsil üzrə dövlət agentliyi yaradılmış və AMEA-nın bəzi müəsisə və təşkilatları Elm və Təhsil nazirliyinin tabeliliyinə verilmişdir. Bu fərman alimlərin böyük sevincinə səbəb oldu. Belə hesab edirdik ki, Elm və Təhsil bir-birinin inteqrasiyasını təmin edəcək". Dia-az.İnfo-nun məlumatına görə, bu barədə bir qrup EMA işçisi adından Prezidentə edilən müraciətdə deyilir. Müraciət müəllifləri daha sonra gileylərində deyirlər: "Lakin AMEA-dan uzunillərdən bəri qalmış köklü problemlərdə öz növbəsində agentliyin tabeliliyinə verilmiş institutlarda hələdə qalmaqdadır. Belə ki, bayramlarda (ildə 6-7dəfə) işçilərə verilən pul mükafatlarını özləri istədikləri kimi idarəetməklə, yaxın ətraflarına 100-200 faiz, qalan işçilərə isə 50- 100 manat arası cüzi təhqiredici pul mükafatları verilir. Hətta bütün cəmiyyət bilirki, alimlərin əmək haqqı dözülməz formada çox aşağıdır. İnstitut rəhbərlərinin çirkin əməlləri bununla bitmir. Beləki, bir neçə gündür agentliyin direktoru Ülkər xanımın adından institutların rəhbərlərinin adına məktub daxil olub. Belə ki, beynəlxalq impakt faktorlu jurnallarda çap olunan məqaləsayına görə (SCOPUS, impakt balı və istinad balı nəzərə alınmaqla) aylıq ödənişlərin ödənilməsi nəzərdə tutulan məlum məktub bəzi institutlarda işçilərə bildirilsədə bir çoxunda belə bir qərarın olmadığını bildirirlər. Bu da alimlər arasında çaşqınlıq yaradır. Bütün bunlarla yanaşı bəzi institutlarda iclas keçirilib bu məktub haqqında məlumat verilsə belə, institut direktorları və müavinləri məqalələrə görə veriləcək əlavə pulların məhdud sayda alimlərə veriləcəyini bildirirlər. Lakin Ülkər xanımın adından institutlara daxil olan məktubda müəyyən kriteriyaları ödəyən şəxslərə, müvafiq balları toplayan alimlərə hər ay müvafiq olaraq 650, 1000 və 1300 manat olmaqla aylıq ödənişin verilməsinə dair müvafiq rəsmləşdirmələrin aparılmasını xahiş etmişdir. Lakin institut rəhbərləri bu məktubdan irəli gələn məsələləri həll etmək əvəzinə belə bir məktubun gəlmədiyini və yaxud gəlsə belə özlərinə yaxın ətraflarına bildirməklə məsələni gizli şəkildə həll edərək veriləcək pulları öz aralarında bölmək istəyirlər. Halbuki agentlik tərəfindən daxil olan məktubdakı kriteriyaları onlarla alim ödəsədə onlara bu ödənişləri verməmək üçün müxtəlif təziq vasitələrindən istifadə edirlər. Belə ki, veriləcək əlavə pul vəsaitlərinin akademik, AMEA-nın müxbir üzvlərinə, İnstitutların baş direktorları və icraçı direktorlara şamil olunmaması onları bərk "dilxor" edib. Halbuki onlar illərlə işçilərə bayramlarda verilən pul mükafatlarını mənimsəyiblər. İşçilərə isə 30-40-50 azn pul verməklə işçilərin bayram pullarını mənimsəyiblər. Təssüflər olsun ki, bu institutlar Elm və Təhsil nazirliyinin tabelliyinə veriləndən sonra da baş və icraçı direktorlar çirkin əməllərindən əl çəkməyiblər. Alimlərin Elm və Təhsil nazirliyinə o cümlədən agentliyə ümidləri böyükdür. Onsuz da uzun illar institut rəhbərləri ölü canlar, cari təmir, saxta müdafiələr, saxta dissertasiyalardan və bayramlarda verilən pul mükafatlarının mənimsənilməsi hesabına instituları əməlli başlı dağıdıblar. İnstutlara cihaz və avadanlıqlar almaq üçün ayrılan milyonlarla pulu mənimsəməklə böyük sərvət toplayıblar. İndi də əllərinə girəvə, düşüb agentlik tərəfindən alimlərin rifah halını yüksəltmək üçün məqalələrə görə verilməsi nəzərdə tutulan pul vəsaitlərinə gözlərini dikiblər. Burda da maxinasiya ilə məşğuldurlar, agentlik tərəfindən qoyulan kriteriyaları ödəyən alimlərə mane olurlar. İmkan vermirlər ki, məqalələrinə görə veriləcək əlavə pulu alsınlar. Özləridə bilirlər ki, işçilərin sosial vəziyyəti həddən artıq ağırdı. Lakin işçilərə hədə-qorxu gələrək bildirirlər ki, "Nə olsun ki, agentlik tərəfindən qoyulan kriteriyaları ödəyirsiz, dəxli yoxdur... pul vəsaiti azdır, kimə istəyirik, ona da verəcəyik..." Burdan belə nəticəyə gəlmək olarki, mükafatların bölüşdürülməsini institut direktorlarının öhdəsinə buraxmaq olmaz. Çünki uzun illərdi işçilərin sosial müdafiəsinə biaganə yanaşılır. Eyni zamanda institut rəhbərliyi səviyyəsində hegomonluq, mənəm-mənəmlik uzun müddətdir kök salıb. Ona görə də qaldırdığımız məsələlərə obyektiv baxılması üçün müvafiq göstəriş verməyinizi xahiş edirik".