GDU-da "ölülər" elmi işlərini davam etdirir -
Gəncə Dövlət Universitetindən nə qədər şikayət olunsa da, əlaqədar qurumlar heç bir tədbir görmədiyinə görə rektor Yusif Yusibovun özbaşınalığı pik həddə çatıb. Rektor beş il tamam olmamış qardaşının hesabına Maliyyə Nazirliyinin Yoxlama Komissiyasını gətirib öz korrupsiya əməllərini qanuniləşdirir.

Bu iddialar GUNDEMİNFO.AZ-a daxil olan şikayətlərdəndir.

Bir qrup müəllim tərəfindən redaksiyamıza gömndərilən iddialarla bağlı yazını bir sıra qeyri-etik məqamlarını ixtisar etməklə sizlərə təqdim edirik.


- Rektor işçiləri şənbə və bazar günləri də işə gəlməyə məcbur edir, həmin günlər işə gəlməyən əməkdaşları yoxlatdırıb maaşlarını kəsdirir.

Universitetin əməkdaşlarının maaşı ən aşağı səviyyədədir. Gəncə Dövlət Unversitetinin tələbələrinin sayı Gəncədəki digər universitetlərin tələbələrindən çoxdur. Buna baxmayaraq Gəncədəki digər universitetlərdə olan əmək haqqı GDU-dan qat-qat çoxdur. Alt qruplarda yığılan milyonlarla pulun hara getdiyi naməlumdur.

Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir, universitetdə adi dəftərxana ləvazimatları, kağız, marker belə verilmir, bu məqsədlə ayrılan pullar mənimsənilir. Dərslərdə markeri tələbələr pul yığıb özləri alırlar. Universitetin keçirdiyi tenderlər qanuni şəkildə yoxlansa bu universitetin respublikada ən böyük korrupsiya yuvası olduğu aşkar olunar.

Müəllimlərin maaşları artırılmır, universitetdə heç kim öz işi ilə məşğul deyil. Hərə əlinə bir siyahı alıb yoxlama aparır, bir dərsdə beş altı dəfə müxtəlif adamlar girib yoxlama aparır, tədris prosesi tam iflic vəziyyətindədir.

Təsəvvür edin ki, professorun dərsinin keyfiyyətini, onun sənədlərini 7000-10000 manat civarında rüşvət müqabilində işə təzə götürülmüş uşaqlar yoxlayır.
75 yaşlı, işə çəkələtlə gələn prorektor Gülsüm Fətəliyeva dərsin ortasında dərsə girir, əlindəki siyahı üzrə höcələyə-höcələyə adları oxuyub tələbələri adba-ad yoxlayır. Dərsin də bütün vaxtı gedir. Görəsən qrup nümayəndəsi, tyutor, dekan müavini nə üçündür?

Rektor qorxur ki, birdən prorektor Şahin Xurşudov və dekanlar ondan xəlvət tələbələri aylığa buraxar, pul məsələsində rektoru aldadarlar. Ona görə qoca prorektoru göndərib təkrar-təkrar yoxlatdırır ki,onu haqq-hesabda aldatmasınlar. Rektorun qəbul saatı yoxdur, heç bir əməkdaş rektoru görə bilmir, çünki əməkdaşları qəbul etmir. Kabinetdən çölə çıxmır.

Vasif Həsənov hələ də universitetdə at oynadır, prorektorları belə saymır. Digər qardaşı isə Bərdə rayonunda qeyri-hökumət təşkilatlarının birində yüksək vəzifədə işləyir,amma buna baxmayaraq adı Gəncə Dövlət Universitetində də gedir, buradan da maaşını alır. Amma bu heç vaxt işə gəlməsə də tam maaşını verən Yusif Yusibov laborantların 270-300 manatına göz dikir, onların beş-altı dəqiqə işə geçikmək dəqiqələrini sayır. Universitetdə özü Rusiyada olub, burada texniki işçi və ya müəllim işləyən şəxslər onlarladır.

Universitet daha bir ilkə də imza atıb. Universitetin saytına baxanda məlum olur ki, 15 il bundan qabaq rəhmətə gedən universitet əməkdaşları hal-hazırda elmi iş aparır, hətta uğurlu elmi nəticəər əldə ediblər. Fəxrəddin Süleymanov, Cəlal Zeynalov, Nurəddin Əliyev, Mayıl Mustafayev, Maya Rəhimova 10 -15 il bundan qabaq rəhmətə gediblər. Amma onlar Yusif Yusibovun qabaqçıl iş təcrübəsi nəticəsində dirilib gəlib universitetin elmi-tədqiqat işlərinə sanballı töhfələr verirlər. http://rif.gdu.edu.az/?page_id=358 Lingə baxın, hər şey oradan açıq-aydın görünür. İqtisadiyyat fakültəsinin saytı bərbad gündədir, rəhmətə gedən adamlar burada da elmi iş aparır,Menecment və turizm kafedrasında isə kafedra, onun əməkdaşları haqqında məlumat belə yoxdur. http://iif.gdu.edu.az/?page_id=4951 Filologiya fakültəsinin bəzi kafedralarında da vəziyyət belədir, müəllimlər haqqında heç bir məlumat yoxdur. http://filologiya.gdu.edu.az/?page_id=226 Bu sayta ümumi nəzarəti erməni qardaşlar və Təhsildə Keyfiyyətin Təminatı şöbəsinin müdiri, sabiq icra başçısı Elmar Vəliyevin yaxın qohumu İsmayıl İsmayılov həyata keçirir. Bunların özlərini gördüyü işin səviyyəsi budur, amma bunlar da gəlib kollektiv üzvlərində nöqsan axtarır,dərsə davamiyyəti yoxlayır, imtahanları bunlar götürür. Dərsi deyən müəllim qalır kənarda, bütün imtahanları "hərşeyşünas" İsmayıl İsmayılov götürür.

Gundeminfo.az olaraq qarşı tərəfi də dinləməyə hazırq.

Dünyapress TV

Xəbər lenti