Adı Tərtər işində hallanan general Rasim Əliyev haradadır?
Vaxtiylə “mənəm-mənəm” deyən sabiq idarə rəisi 102 yaşlı qadının çətiri altında “gizlənir”

Son illərin ən çox müzakirə olunan olaylarından olan Tərtər hadisələri ilə bağlı media və ictimai rəydə bir sıra şəxslərin adı hallanmaqdadır ki, bunlardan da biri də Müdafiə Nazirliyinin sabiq idarə rəisi general Rasim Əliyevdir.
TEREF yazır ki, bunu poçtumuza göndərilən məqalədə müəllif yazıb. Daha sonra müəllif yazır:
Xatırladaq ki, vaxtiylə Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinə rəhbərlik edən Rasim Əliyev Tərtər işi ilə bağlı məhkəmələrdə şahid kimi ifadə verib. Məhz bu ifadələr zamanı zərərçəkənlər tərəfindən sabiq iadrə rəisinə qarşı ciddi ittihamlar səslənib, konkret iddialar yer alıb. Onların bəzisinə nəzər salaq.

Azpolitika.info saytında 26 iyun 2023-cü il tarixində yer alan məqalədə deyilir:

“Məhkəmədə zərərçəkənlər də, təqsirləndirilən polkovnik Vüsal Ələsgərov da general Rasim Əliyevin özünü günahlandırıb. İşgəncələrin şahidi olduğu halda, qarşısını almaqdan ötrü öz səlahiyyətlərindən istifadə etmədiyinə görə onu qınayıb.

“General-mayor deyir ki, gücüm çatdığı qədər müdaxilə elədim. Onda niyə o vəzifəni tutmuşdunuz? Burada oturası adam sizsiniz. Mən sizlərin cinayət zəncirinizdə 1000 halqadan 998-ciyəm...”, - təqsirləndirilən Vüsal Ələsgərovun sözləridir”. (https://azpolitika.info/?p=722714 ).

Bizimyol.info saytının 26 iyul 2023-cü ildə yer alan məqalədə də Rasim Əliyevə qarşı açıq ittihamlar var: “Zərərçəkənlər də generalı ittiham edib. Deyiblər ki, o, vaxtında öz səlahiyyətlərindən istifadə eləsəydi, bu hadisələrin qarşısı alınardı. Baş verənlərdə onun da rolu var”. (https://www.bizimyol.info/az/news/463367.html ).

Rasim Əliyev ötən il məhkəmə priseslərində şahid kimi çıxış etsə də, keçmiş idarə rəisinin harada olması, hansı işlə məşğul olması kimsəyə bəlli deyil. Apardığımız araşdırma nəticəsində məlum olub ki, vaxtiylə “mənəm-mənəm” deyən general bir ildən çoxdur ki, hörmətli Fatma Səttarovanın rəhbərlik etdiyi Respublika Veteranlar Təşkilatında “gizlənir”, proseslərin bitməsini gözləyir. Təşkilatda şöbə müdiri vəzifəsini daşıyan general vaxtı-vaxtında işə gəlib-getmir, əsas vaxtını öz biznesinin genişləndirilməsinə sərf edir. Xatıladaq ki, general həm də Bakıətrafı ərazilərdə hektarlarla torpaq sahəsinə malikdir və yaxın çevrəsində daşınmaz əmlaklarla bağlı “mülk müharibələri” gedir.

Görünən odur ki, Rasim Əliyev məsuliyyətdən və medianın diqqətindən yayınmaq üçün xalqın böyük sevgisini qazanan Fatma Səttarovanın çətiri altında daldalanmağa, onun mərhəmətinə sığınmağa çalışır. Ancaq 102 yaşlı qadından mədət uman general untumamalıdır ki, gizlənmək çıxış yolu deyil. O, etdiklərinə və etmədiklərinə görə gec-tez qanun qarşısında cavab verməli olacaq.
TEREF bildirir ki, məqalədə adları çəkilən məqalələrə general cavab vermsədə poçtumuza daxil olan məqalə ilə bağlı səhifəmizdə hörmətli generalımızında fikirlərinə yer verməyə hazıtıq!
 
 
 

Dünyapress TV

Xəbər lenti