Füsunkar Bakı gecələrinə nur ələyən işıqlar - FOTOREPORTAJ
Elə ki şəhər gecə köynəyini əyninə geyinir, o zaman hər şey başqa cür görünür. Zülmət gecəyə Bakının al-əlvan işıqlarından don biçilir...

AZƏRTAC-ın fotomüxbirləri məhz füsunkar Bakı gecələrinin nur süzülən mənzərələrini lentə alıblar.

İşıqları sayrışan Bakı gecələri şairləri, bəstəkarları, rəssamları ilhama gətirib. Onların hərəsi gecənin bağrına xal salan işıqları bir cür vəsf edib. Mavi Xəzərə söykənən şəhərin sahilyanı işıqları ona daha da füsunkarlıq verir. Şairin məşhur misraları yerinə düşür: “Bir dön bizim Bakıya bax, sahilləri çıraq-çıraq...”

Bakının gecə həyatı nağıllar aləmini yada salır. Bu işıqlardan yanıb-sönəni, göz vuranı da, közərəni, gur yananı da var, səhərədək işıq saçanı da. Şəhərin gecə mənzərəsi çox romantik və əsrarəngiz təsir bağışlayır. Elə bil kimsə bir ovuc ulduz topasını şəhərin üstünə səpələyib...

Neon lampalarından süzülən işıqlar qara paltar üzərinə çəkilmiş zərli geyimi xatırladır. İllərdən bəri eşidilən və hər eşidildikcə sanki gəncləşən məşhur mahnının misraları qulağımızda səslənir:

Bəzən sakit həyatlıdır,
Bəzən toylu büsatlıdır.

Göy göyərçin qanadlıdır,

Bizim Bakı gecələri...
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-03_1710128695_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-03_1710128695_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-03_1710128695_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-03_1710128695_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-03_1710128695_5.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-03_1710128696_6.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-03_1710128696_7.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-03_1710128696_8.jpg
 

Dünyapress TV

Xəbər lenti