"Şikayətim Sabunçu rayon icra hakimiyətindəndir. Həyətimdə hasarın üstünə 2 daş əlavə edirdik ki, çöldən içəri görünməsin. İşə bir gün olardı ki başlamışdıq "Məhəllənin Google map numayəndəsi" (qonşu) xəbər çatdırıb və "Niva" markalı avtomobillə 2 nəfər yaxınlaşdı ki, bəs sizin xəbəriniz yoxdur... Cənab prezidentin əmri var, bütün tikinti-təmir işləri dayandırılıb.
Nə isə... işi dayandırdım. Səhər icra hakimiyyətinə yollandım və pul verəcəyim tədqirdə tikintiyə davam edə bilərəm, dedilər.
İndi sual edirəm: Cənab prezidentin əmrini bu icra başçısı vətəndaşdan pul almaqla niyə pozur?"
Mənbə: "Şikayətim Var" SQ Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...