Gömrük limiti yenidən müzakirə predmetinə çevrilib. Maraqlı tərəflər onun azaldılması üçün yenidən fəallaşıb.
İndi necə yekunlaşacaq bu kampaniya?
Bunun üçün gömrük limiti ilə bağlı xronologiyaya diqqət yetirmək faydalı olardı :
1. 2013-cü il
Nazirlər Kabinetinin 2013-cü il tarixli 305 saylı qərarı ilə aşağıdakı gömrük limiti müəyyən olunub :
Fiziki şəxs özü ilə gətirərsə -1500 $
E-ticarət yolu ilə -1000 $
2. 2015-ci il
Dövlət Gömrük Komitəsi bu limitin 150 $-a endirilməsi üçün hökumətə müraciət edir. Ciddi müzakirələr başlayır.
O zaman NRYTN və İqtisadiyyat Nazirliyi bu təklifə mənfi rəy verirlər, DGK istəyini reallaşdıra bilmir, qərar qəbul edilmir.
3. 22 oktyabr 2015-ci il
DGK-nın bu limiti endirmək üçün vuruşduğu bir zamanda Prezidentin fərmanı ilə bu limit 10 000 $ müəyyən edilir. Hamı şokdadır .
Belə bir zamanda dərhal bəzi biznes assosiasiyalar, pərakəndə ticarəti himayə edən oliqarxlar DGK və digər əlaqəli orqanlara təsir etməklə bu fərmanın ləğvi üçün birləşirlər və qısa müddətdə buna nail olurlar.
4. 21 avqust 2020-ci il
Hökumət 2013-cü ildə qəbul edilən həmin məşhur qərara dəyişilik edir :
Fiziki şəxs özü ilə gətirərsə - 800 $
E-ticarət yolu ilə -300 $
5. Son bir neçə ildir ki, yerli sahibkarların bəzi assosiasiyaları müxtəlif nazirliklərlə, vergi və gömrük rəsmiləri ilə görüşlər keçirir, bəzi media və TV kanallara təsir etməklə ictimai fikir formalaşdırmaq istəyirlər ki, indiki limitlər sahibkarlığın inkişafına mane olur və onu azaltmaq lazımdır.
Düşünürəm ki, hökumətin indiki anda "maraqlı tərəflərin" basqıları altında gömrük limitinə deyil, biznes mühitinin inkişafına, daha effektiv gömrük-vergi siyasətinə, elektron ticarətin inkişafına fokuslanması daha doğru olardı.
Ümid edirəm bu dəfə də RİNN və İN mənfi rəy verər bu təşəbbüsə.
"Görəsən Ali hakimiyyət nə düşünür" sualını verənləri isə 3-cü bəndə baxmağı tövsiyə edirəm.
Osman Gunduz
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır