Bildiyimiz kimi FETÖ-nun Turkiyədə aktiv olduğu zamanlarda dünyanın hər yerindən olduğum kimi, Azərbaycandan da bir çox gənclər uzmanliq təhsili almaq üçün adı çəkilən ölkəyə getdilər. Bu gənclər təhsil aldıqları dövrdə orada dolanışıqları çətin olduğu üçün, həm də məvacib ala bilmədiklərindən FETÖ-culara qosuldular. Təhsillərini bitirdikdən sonra ölkəmizə dönüş edən həmin gənclər, Azərbaycana qayıtdıqdan sonra özləri kimi gənclərə yol açmağa başladılar. 2015-ci ildə Turkiyədə baş vermiş çevrilişə cəhd hadisəsindən sonra onlarin bəziləri təcili Həcc ziyarətinə getdilər. Bu Həcc ziyarətinə gedənlərin içərisində Barat Yusubov da var idi. Həmin Barat Yusubov ki, hal-hazırda FETÖ-cu həkimlərin əksəriyyətini başına yığaraq EGE hospitalda və HB Güven klinikasinda işləyirlər. Qeyd edək ki, bu klinikalarin ikisinidə Barat Yusubov idarə edir. Amma bir məsələni də nəzərinizə çatdıraq ki, Barat Yusubov həm də Yeni Klinikanın rəhbəridir. Özünüz fikirləşin, necə ola bilər ki, Barat Yusubov tək canı ilə 3 klinikanı idarə edə bilsin. Barat Yusubov indi də FETÖ-cu dostlarının koməyi ilə FETÖ-cuları Yeni Klinikaya və dövlətin digər muəssisələrinə yerləşdirir. Bir məsələni də nəzərinizə çatdıraq ki, Barat Yusubov bu yaxınlarda öz həyat yoldaşını və doğma oğlunu tabeçiliyinə işə qəbul edib. Araşdırmalarımız davam edir. Mövzunu diqqətdə saxlayacağıq. gundelik baki.com