DİA.AZ: - "Bu cür məlumatlarla mənə qarşı təxribat edirlər. Əgər Allaha inamınız varsa, inanın ki, elə şey yoxdur. Mənim nəyim varsa, aşkardadır. Mən gizlində iş görən deyiləm". DİA.AZ bildirir ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun 27 dekabr 2022-ci ildə söylədiyi fikirləri xatırladan araşdırmaçı jurnalist Cavanşir Həsənli yeni faktları təqdim edərək sabiq NN şefinin yalanını bir daha üzə çıxarıb.
Cavanşir Həsənli yazır: "Sizə Malta Biznes Qeydiyyatı Dövlət Agentliyində Anar Məmmədovun adına qeydiyyatdan keçmiş şirkətin sənədlərini təqdim edirəm. "ZIZI FOOD COMPANY LIMITED" 2020-ci il fevralın 5-də Valettada qeydiyyatdan keçib. Bir müddət sonra Anar Məmmədov şirkətin adını dəyişdirərək onu AKSON ENERGY LIMITED adı ilə yenidən qeydiyyatdan keçirib".
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...