“Allahın dənizi”, yaxud 21-ci əsrdə Bakı çəpərləmələri
İki prezident sərəncamıəndan və bir fərmandan güclü olan kimdir?
Xəzər dənizinin sahil zolağının özəlləşdirilməsi, vətəndaşların çimərliklərdən maneəsiz və
ödənişsiz istifadə edə bilməsi üçün indiyədək ölkə Prezidenti tərəfindən 2 sərəncam və 1
fərman imzalanıb. Lakin problem hələ də həll olunmamış qalır. Qanunların icrasına cavabdeh
olan qurumların və məmurların bu məsələdəki məsuliyyətini sorğulamaq isə qeyri-mümkün
səviyy
16-cı əsrdə İngiltərədə torpaq sahibləri kəndlilərin istifadə etmədiyi torpaqları qoyun otarmaq
üçün çəpərləməyə başladılar. Onlar kəndlilər üzərində imtiyazlarından istifadə edirdilər.
Kəndlilərin torpaqlarından zorakılıqla qovulması “çəpərləmə” adı ilə tarixə düşdü. Torpaq
sahələrinə yaxın buraxılmayan kəndlilər öz əmlakını, yəni əmək alətini, evini və torpağını itirirdi.
İngilis filosof və şair Tomas Morun “Qoyunlar adamları yeyir” ifadəsi həmin dövrdə yaranmışdı.
XVI əsrdə İngiltərədə çəpərləmə nəticəsində torpağı və əmək aləti olmayan çoxlu azad adamlar
meydana çıxdı. Onlar kapitalistlər üçün ucuz işçi qüvvəsi idi…

“Hər yer bağlıdı. Dənizə getmək üçün uzun bir yol qət etməlisən. Sahilə girişi hər tərəfdən
bağlayıblar. Pulsuz çimərliklər üçün kiçik bir yer qoyublar, ora da getmək üçün taksiyə 5-10
manat verməlisən”, – bunu adının çəkilməsini istəməyən Buzovna sakini deyir.
Buzovna qəsəbəsində yaşayanlar deyirlər ki, qayalıq olan ərazilər əvvəlki illərlə müqayisədə
sadə insanların üzünə açıqdı. Amma orada şərait yoxdu. Onların fikrincə, ərazidə müəyyən qədər
təmizlik işləri aparılıb, amma çimərlik mövsümü başlayanda ailə üzvləri ilə pulsuz yerlərdən
istifadə etmək o qədər münasib deyi
İrəliləyiş var, amma…
Buzovna və Bilgəh qəsəbələrində girişi pullu olan çimərliklərin sayı-hesabı yoxdu. Sahil boyu
sırayla düzülən istirahət mərkəzləri göz oxşayır. Yoldan ötənləri valeh edir, amma qapıda duran
gözətçiyə yaxınlaşıb qiymətlərlə maraqlananda üzündəki sevinc hissi kədərlə əvəzlənir.
Hər qəsəbədə pulsuz çimərliklər var. Əmması odur ki, bu çimərliklər sadə insanlar üçün əlverişli
deyil. Elə Buzovna qəsəbəsindəki qayalıq deyilən ərazidəki pulsuz çimərliyi götürək. Sakinlər
deyir ki, əvvəlki illərlə müqayisədə indi gəlib çimə, istirahət edə, hətta balıq da tuta bilərlər.
Amma ərazidəki natəmizlik, yaxınlıqdakı bağ evlərindən, eləcə də istirahət mərkəzlərindən axan
kanalizasiya suları ətrafı üfunətə bürüyür. Sanki bilərəkdən edilir, insanlar onlar üçün ayrılan
balaca, yöndəmsiz pulsuz çimərliklərdən yox, hər addımı pul olan xidmətlərdən yararlansın.
1697732433_1.jpg
Ağlar və qaralar
Bilgəh qəsəbəsində Bilgəh sanatoriyası deyilən ərazidə çimərlikdən istifadə etmək olar, amma
necə? Əgər qəsəbədə, yaxınlıqda yaşayan deyilsənsə, pulsuz çimərliyə gedən yolu tapa
bilməyəcəksən. Girişdə nə elan var, nə də buna işarə edən hər hansı söz. Kənardan keçəndə
sadəcə sanatoriyanın həyətinə bir giriş olduğunun fərqinə varırsan. Bir avtomobilin hərəkət edə
biləcəyi yerdən keçmək üçün gözətçilərə 2 manat ödəyib, sahilə düşürsən. Həngamə də bundan
sonra başlayır.
Bir tərəfdə sırayla düzülən pullu çimərliklər, o biri üzdə “Bilgəh Beach” istirahət mərkəzinin
ərazisidi. Bunların arasında heç 100 nəfərin dincələ bilməyəcəyi uzun, ensiz pulsuz çimərlik.
Qanunla qadağan olunsa da, “Bilgəh Beach” öz ərazisini hasara alıb, necə deyərlər, çəpərləyib.
Dəniz sahilində futbol, voleybol, günəşdən qorumaq üçün ərazilər xüsusi dəmir lövhələrlə ayrılıb.
Düzdür, buradakı pullu çimərlik hasara alınmayıb. Amma əraziyə ayaq basırsansa, hansısa
xidmətdən istifadə etməlisən. Beləliklə, bir tərəfdə “Bilgəh Beach”in hasara alınmış ərazisi, o biri
tərəfdə pullu çimərlik və ortada yöndəmsiz, girişi yasaq olmayan kiçik çimərlik. Yuxarıdan
baxanda çimərlik ərazisi şahmat taxtasına bənzəyir: ağlar və qaralar. Ağlar yenə üstün tərəfdi.
1697732516_1.jpg
1697732517_2.jpg
20 ildir icra olunmayan sərəncam
Bəs qanun nə deyir? Hələ 2003-cü ildə Heydər Əliyev Xəzər dənizi sahilinin 130 metrlik
zolağında yerləşən torpaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
inzibati və ya məhkəmə qaydasında, hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri
alınmasını təmin edilməsi barəsində sərəncam vermişdi. Sərəncama əsasən dəniz sahilinin 130
metrlik məsafəsində heç bir iaşə obyekti, bağ evi və başqa obyektlər tikilə, fəaliyyət göstərə
bilməz. Amma bu sərəncamın üzərindən 20 il ötsə də görünən odur ki, problem həllini tapmayıb.
Düzdür, ötən illərlə müqayisədə pulsuz çimərliklər, bəzi yerlərdə hasarlanmış ərazilərin
sökülməsi var, amma ümumilikdə problem hələ də qalmaqdadı. Bilgəh, Buzovna, Şıx, Nardaran,
eləcə Bakının digər sahil qəsəbələrində dənizin qarşısı kəsilib. Obyektlər, bağ evləri dənizə
gedən yolları keçilməz hala salıb.
Baxmayaraq ki, 2003-cü ildə Prezident Heydər Əliyev tərəfindən imzalanan sərəncamda məhz
bu amillər nəzərə alınmışdı.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-10_1697732384_1.jpg
Eyni problemlə bağlı 2015-ci il 18 dekabr tarixində Prezident İlham Əliyev də “İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.
Fərmanla Xəzər dənizinin Azərbaycan sahilində gediş-gəlişi məhdudlaşdıranların
cəzalandırılması ilə bağlı qanun qüvvəyə minib.
Dəyişikliklərə əsasən, Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsində sahilboyu 20-50
metr zolağın altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə cərimələr
müəyyənləşib. Bu cür pozuntuya yol verən fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi
şəxslər 40 min manat cərimə olunmalıdır.
Məhz bu fərman qüvvəyə minəndən sonra Xəzər dənizinin bəzi sahilyanı ərazilərində obyektlər
söküldü, “çəpərlər” dağıdıldı, amma bir müddət sonra, ərazidə yaşayanların dediklərinə görə,
başqa bir formada yenidən bərpa edildi. Necə deyərlər, işbazlar iş başına
Avropa və biz…

Mütərəqqi dünyanın hər yerində dəniz, göl ətrafında obyektlər inşa edilir, vətəndaşlara və
turistlərə xidmət göstərir. Təbii ki, icazəylə yaradılan, inşa edilən istirahət mərkəzlərindən
istifadə haqqı da olmalıdır. Bir iş adamı nəsə qurursa, burdan qazanc götürməlidir.
Amma birincisi, bu, bazar qiymətlərinə uyğun olmalıdır, ikincisi də bütün sahil boyu ərazilər iş
adamlarına həvalə edilə bilməz. Yəni sadə vətəndaşların da pulsuz və maneəsiz obyektlərə girişi
olmalıdır. Amma Azərbaycanda bunun tam əksidir.
1697732659_1.jpg
Uşaqlığı dəniz sahilində keçənlər…
Bilgəhdə taksi fəaliyyəti göstərən kənd sakini deyir ki, sanatoriyanın aşağı hissəsində çimərliyə
giriş sərbəstdir. Amma orada elə bir şərait var ki, istər-istəməz məcburiyyətdən pullu
çimərliklərə üz tutursan. Onların sözlərinə görə, ya girişdən bir kilometrə yaxın məsafəni piyada
getməlisən, ya da avtomobilə görə 2 manat ödəniş etməlisən.
“Maşını olanlar onu harada saxlasın? Yol kənarında dayanmağa icazə yoxdur, gəlib cərimə
edirlər. İçəri də keçirsənsə, ödəniş etməlisən. Allahın dənizinə də insanları buraxmaq üçün pul
alınmalıdır? Niyə insanlar, burada doğulub boya-başa çatanlar, uşaqlığı dəniz sahilində
keçənlər indi dəniz buraxılmamalıdır? Nədən onlardan pul tələb edilməlidir?”, – taksi sürücüsü
deyir.
1697732660_2.jpg
Niyə, necə və nə cür?
Bilgəh, Buzovna qəsəbələrində uzun-uzadı sahil zolağı obyektlərlə insanların üzünə qapadılıb.
Vətəndaşın obyekti adlayıb sahilə getməsi üçün imkan yoxdu. Bəzən kilometrlərlə yol qət edib,
kiçik bir yolla sahilə çıxmağa imkanı var. Amma orada da sərbəst deyilsən, yenə sağ-sol pullu
fəaliyyət göstərən obyektlərdi. Bəs, bu obyektlər necə fəaliyyət göstərir? Kimlər buna icazə verir?
Bilgəh və Buzovnada üz tutduğumuz obyektlərin sahibləri danışmaqdan imtina etdilər. Onlar
qanuni fəaliyyət göstərdiklərini, “aidiyyəti qurumlardan” icazə aldıqlarını dilə gətirdilər. Amma
bunun necə olduğunu demədilər.
1697732722_1.jpg
İnsanlar hələ də ümidlidirlər, inanırlar ki, bir gün Xəzər dənizi onların üzünə taybatay açıq olacaq.
Necə deyərlər, ümid sonda ölür…
Ramin Deko
pressklub
 

Dünyapress TV

Xəbər lenti