Dəfələrlə yazmışıq və yenə təkrar etməyə məcburuq ki, insanlar səhər yuxudan oyananda xoşməramlı əməllər barədə düşünərlər, çalışarlar ki, gün ərzində savab əməllərin sahibi olsunlar. Müqəddəs kitablarda da qeyd olunur ki, insan axirət dünyasını bu dünyada qazanmalıdır. Müqayis Verdiyev üçün axirət-zad yoxdur, onun üçün ancaq mərdimazarlıq, neqativ əməllər var. Söhbətin kimdən getdiyi az-çox mətbuatı, medianı izləyənlərə məlum olar. Söhbət özünü iş adamı kimi qələmə verən, əslində isə “moşşennik”liklə məşğul olan Müqayis Verdiyevdən gedir. Bu məxluq hər səhər düşünür ki, bu gün kimə şər atmalıyam, hansı məmuru şantaj etməliyəm, kimin evini yıxmalıyam, kimdən pul qopartmalıyam, hansı jurnalisti, hansı saytı özümün şər-böhtan şəbəkəmə qoşmalıyam... Bəli, təəccüblənməyin. Bu adam uzun illər ərzində xeyli qəzeti, saytı, TV-ni, medianı özünün şər-böhtan şəbəkəsinə qoşa bilib. Bu adamın şər-böhtan şəbəkəsində hər cürə sort var, falabaxan, dua yazan, manıs, muzdlu vəkil, qadın alverçisi, məmur və daha kimlər... Müqayis Verdiyev özünü vacib şəxs kimi göstərir, oturub-durduğu (yalan deyir) məmurların adını çəkərək ətrafındakıları inandırmağa çalışır. Müqayis Verdiyev onu adam yerinə qoymayan məmurlar barəsində sifarişli yazılar yazdırır, yuxarı dairələrə şər-böhtan dolu teleqramlar göndərir... Hərdən özünün də guya, yaxın zamanlarda mühüm vəzifəyə gedəcəyini deyərək ətrafındakılarda özünə inam hissi yaratmağa çalışır. Bu adam hamını özünə borclu çıxartmağa çalışır. Guya, hansısa rayonlarda mühüm işlər görüb, amma məmurlar onun pullarını vermirlər. Bu adamdan soruşan lazımdır ki, sən özün neçə-neçə Qarabağ qazisini işlədib pulunu verməmisən, yaxud veteranın şirkətindən inşaat materialları almısan pulunu verməmisən... Xeyli sayda Qarabağ veteranı, qazilər Müqayis Verdiyevin evinin qabağında etiraz aksiyası keçirəndə Müqayis Verdiyev qaçıb gizlənib... Bax, bu adamın əsl siması budur... Görəsən, heç bir təhsili olmayan, inşaatçı olmayan bu adam necə ölkə səviyyəsində layihələri həyata keçirə bilərdi..? Elementar təhsili olmayan bu adam necə böyük tikintilərin layihəsini hazırlayıb tenderi uda bilərdi..? Amma çoxlarına deyir ki, tenderi udmaq üçün sizə kömək edəcəm... Elə bu əməllərinə görə də, Müqayis Verdiyev 5-6 dəfədir ki, həbsxana həyatı yaşayır, göz yaşları axıdır, aman diləyir, hansı yollasa həbsxanadan çıxa bilir. Amma yenə də düzəlmir ki, düzəlmir... Atalar deyib ki, sağ əlin verdiyini sol əl bilməz. Amma Müqayis Verdiyev kimə bir stəkan çay alıbsa, yaxud 5-10 manat veribsə, hər yerdə car çəkir, filan məmurun uşaqlarını mən saxlayıram, filan baş redaktora hər ay 500 manat verirəm...filan sayt rəhbərinə kostyum almışam...daha nələr... Son zamanlar Müqayis Verdiyevin ŞƏR-BÖHTAN, ŞANTAJ şəbəkəsinə daxil olanlar ondan uzaqlaşmağa başlayıblar, hamısı başa düşür ki, bu adamla uzağa getmək olmaz... Və daxil olan digər məlumata görə, Müqayis Verdiyevin obrazlı desək ÇETESİNƏ daxil olan saytlar, media qurumları barədə məhkəmə prosesi başlayacaq. Bax onda Müqayisi ağlamaq tutacaq. Çünki bütün media rəhbərləri Müqayisin əməllərini açıb ortaya qoyacaqlar. Və Müqayis Verdiyevi yenidən Kürdəxanıya aparacaqlar. Hazırlaş, Verdiyev...