Məşhur yol tikinti maqnatı Xəlil Göyüşovun 300 min manatlıq şirkəti barəsində protokol hazırlandı
“Körpü-Bina-Tikinti” MMC məhkəməlik olub.
Teref.Az-ın məlumatına görə, şirkət barəsində 198.2-ci maddəsi ilə (Siyasi, Sosial Və Əmək Hüquqlari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb. Hazırlanmış protokol İsmayıllı Rayon Məhkəməsinə təqdim edilib.
Bldirək ki, nizamnamə kapitalı 300 min manat olan "KÖRPÜ-BİNA-TİKİNTİ" MMC-nin qanuni təmsilçisi məşhur iş adamı Göyüşov Xaliq Avdil oğludur. Şirkətin hüquqi ünvanı isə Nərimanov rayonu Əhməd Rəcəbli küçəsidir.
Mətbuatda gedən məlumata görə, MMC-nin qanuni təmsilçisi əvvəllər Göyüşov Xəlili Əbdul oğlu olub. Hazırda isə qanuni təmsilçi kimi Göyüşov Xaliq Avdil oğlu göstərilir. MMC-nin nizamnamə kapitalı 2016-cı ilə qədər 40 manat olub.06.29. 2016-cı il tarixdən şirkətin nizamnamə kapitalı 300 000.00 manata qaldırılıb. Qeyd edək ki, şirkət yarandığı tarixdən Bakıda və bölgələrdə çox milyonluq dövlət sifarişli layihələri həyata keçirib.
MMC-nin qanuni təmsilçi kimi Göyüşov Xaliq Avdil oğlu göstərilsə də, şirkətin başında ölkədə yol tikinti maqnatı kimi tanınan Xəlil Göyüşov dayanır. Bakıda inşa edilən körpü və tunellərdə tikinti işlərini həyata keçirən «Körpü-Bina-Tikinti» MMC Xəlil Göyüşovun rəhbərliyi ilə qatıldığı böyük layihələrdə böyük məbləğlərdə pulların yeyildiyinə dair məlumatlar yayılıb. Onun adı bir neçə dəfə böyük tenderlərin "udulmasında” və dövlət qurumları ilə bazarlıq etməkdə hallanıb. Xəlil Göyüşovun geniş biznes şəbəkəsinə malik olduğu deyilir.