DYP-dən vətəndaşa “sürpriz” cərimə - VİDEO
Paytaxtın Xətai rayonunda yaşayan bir sakinin başına qəribə hadisə gəlib.

Xezerxeber.az xəbər verir ki, vətəndaş 3 aydır avtomobilindən istifadə etmir, amma ona cərimə yazılıb.

Bu iddia ilə çıxış edən Xətai rayon sakini Rafiq Bədəlovun sözlərinə görə, minik avtomobilini sonuncu dəfə bu ilin may ayında sürüb. Sonra isə nəqliyyat vasitəsinin mühərrikində problem yaranıb və sürülməyib.

“Avtomobil 3 aya yaxındır ki, həyətdə istifadəsiz qalıb.”

Rafiq Bədəlov bildirir ki, avqustun 15-də adına 50 manat cərimə gəlib.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq:

“Əgər nəqliyyat vasitəsi hərəkətdə olubsa, inzibati xətanın mövcudluğu barədə vətəndaşa məlumat veriləcək. Bu kimi halla qarşılaşan sürücülər varsa aidiyyəti üzrə İdarəyə müraciət edə bilərlər”, - deyə qurumdan bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Dünyapress TV

Xəbər lenti