DogruXeber.az: - Hər dəfə min bir bəhanə ilə sözügedən bölgənin mədəniyyət işçilərinin vəzifə maaşları aylarla gecikdirilir. Sanki bu idarənin keçmiş rəhbəri Mirvari xanım işdən gedərkən bütün ruzi-bərəkəti də özüylə aparıb. Belə ki, onun yerinə kimi təyin edirlərsə altı ay, bir il belə işləyə bilmir. Və işlədiyi müddətcə yalnız problemlərlə üzləşir desək, yanılmarıq. Bu ilin mart ayı ərəfəsində bu mövzuya qayıtmışdıq. Belə ki, bir neçə ayın vəzifə maaşlarını ala bilməyən mədəniyyət işçiləri, hətta Novruz bayramı ərəfəsində kasıb təbəqədən sayılan kənd mədəniyyət evlərinin işçiləri maaşsız qalmışdılar. Sağolsunlar nazirliyin işçiləri məsələyə müdaxilə etdikdən sonra maaşlar verildi. Mirvari xanımdan sonra Tərlan, Azər müəllim xeyli işlədilər. Daha sonra Ağaəli adlı bir nəfər bir müddət bu vəzifəni icra etdi. Bu gün yenə də, bu vəzifəni başqa adam idarə edir, həm də, müvəqqəti. Nargilə Qafarova da, rəisin səlahiyyətlərini müvəqqəti icra etməyə gəlib, həm də necə gəlib???Bu artıq ayrı bir mövzudur, buna da, ayrıca bir yazı yazacağıq. Görünən odur ki, hər dəfə rəis dəyişilən zaman mütləq bir problem yaşanır, bu dəfə yenə də, mədəniyyət işçilərinin vəzifə maaşları gecikdirilir. Deyirlər ki, struktur dəyişikliyi olmalıdır. Ay qadan alım struktur dəyişikliyi edirsən et, əvvəlcə bu kasıbların maaşlarını verin, sonra nəyi dəyişirsinizsə dəyişin dəəəə, bəlkə bu pulları faizlə,sələmə buraxırsınız????????Hamı bilir ki, mədəniyyət sahəsinin işçiləri ən az maaş alanlardandır,bu insanların övladları bu ayı ac qalmalıdır ki, mədəniyyət sahəsində struktur dəyişkənliyi gedir?!Mədəniyyət naziri Əbülfəz Qarayev vəzifəsindən azad olunduğu gündən bu sahədə də, problemlər bitmir ki, bitmir.
Mən bir ziyalı kimi, araşdırmaçı jurnalist kimi deyə bilərəm ki, burada günah Mədəniyyət nazirinin üzərinə düşür. Anar Kərimov təyin olunduğu gündən min bir problemlər yaşandı. Sonunda korrupsiya, həbslər vəs. Bundan sonra yeni Mədəniyyət naziri Adil Kərimli təyin olundu. Maaşlar verilmir, bu sadə kəndlinin günahı nədir bilmirəm?!!!! Bəlkə yenə də, yeyinti üçün yollar axtarılır, bəlkə də, yenə korrupsiya və həbslər olacaq?Onu da bilmirəm, ancaq nə olursa olsun insanları ailəsini dolandıracaq çörək puluyla imtahan etmək Prezident İlham Əliyevin daxili siyasətinə qarşı çıxmaqdır. Prezident İlham Əliyev Ali Baş komandan kimi Bizə Zəfər yaşatdı, Qarabağımızı azad etdi, bütün dünya tərəfindən ona xüsusi simpatiya olunan bir vaxtda, cənab Prezidentin təyin etdiyi məmurlar naxələf çıxırlar?! Xalqı dövlətdən narazı salmaqla Siz nə düşünür və kimə işləyirsiniz??? Nargilə Qafarova gəldiyi gündən yalnız yerli mədəniyyət idarə rəhbərlərinə barmaq silkələməklə yaddaşlarda qalmağa başlayıb, uçub tökülməkdə olan heç olmasa bir mədəniyyət müəssisəsi haqqında öz nazirinə yardım üçün müraciət etsəydi, yerlərdə sadə insanların da, sevgisini qazanardı. Cənab Nazir, hörmətli Adil müəllim, müraciətim sizədir, Siz hüquq sahəsini gözəl bilirsiniz, güman ki, hesab-kitabdan da, pis deyilsiniz. 300 azn maaş alan ailə başçısı bu günkü bahalıqla ailəsini güclə dolandırdığı bir vaxtda bu sahənin işçilərinin maaşlarını niyə vaxtında vermirsiniz? Necə olur ki, Qəbələ rayonundan bura Regional Mədəniyyət idarəsinə rəis göndərirsiniz?Məgər bu bölgədə bir nəfər belə savadlı mədəniyyət işçisi yoxdur?, əgər bu belədirsə bütün mədəniyyət müəssisələrini bir əmrlə bağladın, kimə lazımdır savadsız işçilər? Nəzərinizə çatdırım ki, Şimal-qərb bölgəsində, məhz mədəniyyət sahəsində elə savadlı insanlar vardır ki, nazir belə ola bilərlər. Vəzifə elə şeydir ki, bu bir taleh quşudur, qonur insanın başına. Odur ki, Siz və yerlərə təyin etdiyiniz Nargilə xanım kimi rəis əvəziləri bu təbəqənin insanlarına hörmətlə yanaşın.
Mən dəqiq bilirəm ki, 300 azn lə yaşamağın, xeyir-şərə getməyin, geyinməyin, xəstələnməyin vəs. nə olduğunu Sizin kimi məmurlar bilmirlər.
Sizi Dövlət başçımızın apardığı daxili siyasətə kölgə salmamağa dəvət edirəm. Ən azından bunu bir Ziyalı, Veteran YAP-çı kimi sizdən tələb edirəm. Ailələrini güclə dolandıran təbəqənin hissiyatları ilə oynamaq dövlətimizin siyasətinə ziddir. Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və Jurnalistlər Birliyinin Üzvü. Azərbaycan Yazıçılar Birliyinin Şimal-qərb regional Bölməsinin sədri. Yazı Əlmaniz Ələkbərlinin səhifəsindən götürülüb..//Teref.az