Bakı Apellyasiya Məhkəməsinin sədri məhkəmə tərkibinin- Şərafət Məmmədova , Cahangir Yusifov, Pərviz Yusifov- qərəzinə etiraza niyə baxmır?
Məhkəmə hakimləri etiraz etmək hüququna da qadağa qoyublar
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 19-cu, İnzibati Prosessual Məcəlləsinin (İPM) 18-ci maddəsi “Hakim tərəfindən işə baxılmasına yol verilməməsi” adlanır və MPM-in 19.1.3 maddəsinə görə, əvvəllər hakim kimi birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında işin mahiyyəti üzrə baxılmasında iştirak etmiş ; MPM-in 19.1.7 , İPM-in 19.1.5 maddəsinə görə, şəxsən, birbaşa və dolayı yolla işin nəticəsində maraqlı olmasına, OBYEKTİVLİYİNƏ, QƏRƏZSİZLİYİNƏ dair ŞÜBHƏ doğuran KİFAYƏT QƏDƏR ƏSAS olan hakim(lər)in İŞƏ BAXMASINA YOL VERİLMİR. Belə hallarda hakimlər özləri -özlərinə etiraz etməlidirlər. Etirazın həll edilməsi qaydası isə MPM-in 22-ci maddəsi ilə tənzimlənir. MPM-in 22.3 maddəsinə görə, apellyasiya və kassasiya instansiyasında işə baxan bir neçə hakimə və ya bütün məhkəmə tərkibinə edilən etiraz apellyasiya və kassasiya instansiyası məhkəmələrinin SƏDRLƏRİ tərəfindən həll edilir.
Qanunvericiliyin tələbini vurğulamaqda amacımız məhkəmə hakimlərinin eiraz hüququna qadağa qoymasını diqqətə çatdırmaqdır. Bu sətirlərin yazarının DİN və ƏƏSMN-ə qarşı iddiası üzrə Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun qərəzli, birtərəfli hakimliyinə, süründürməçiliyinə etirazı prosessual qanunvericliyin tələbinə uyğun məhkəmə sədrinə verilməyib. Təsəvvür edin, hakim cavabdeh DİN-in nümayəndəsi kimi etibarnaməsi olmayan 3 ilin vəkili Orxan Babayevi dövlət hesabına işə buraxıb, amma 1-ci dərəcəli Qarabağ əlilinə dövlət hesabına vəkil ayırmaqdan imtina edib, digər cavabdeh ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə Konstitusiyaya qarşı olan DSMF-in Məhkəmə Mübahisələri ilə İş İdarəsi- 39 saylı vəkil bürosu ilə təmsil olunub. (?) Hamının qanun və məhkəmə qarşısında bərabərliyi pinsipinə baxın! Belə hüquqla heç apellyasiya instansiyasına da getmək olmur, Orxan Həsənov MM rəhbərliyinə şikayətdən sonra 5 günə göndərməli olduğu şikayəti 3 aydan sonra (?) Bakı Apellyasiya Məhkəməsinə göndərib.
Bakı Apellyasiya Məhkəməsinin Şərafət Məmmədova, Pərviz Hüseynov və Cahangir Yusifovdan ibarət eyni heyəti iki ayrı nömrə və sədr dəyişikliyi ilə eyni işə məhkəmə tərkibi kimi təyin olunub. “Məhkəmələr və hakimlər haqqında” qanunun 16-cı maddəsi və yuxarıda sadaladığımız prosessual məcəllə normaları belə təyinatı yolverilməz sayır. Lakin məhkəmə tərkibi nəinki özünə etiraz edib, heç 10-dan çox (!-M.B.) etirazı Bakı Apellyasiya Məhkəməsinin sədrinə verməyib. Sədrin özünə portaldan birbaşa verilən etiraz da görməzliyə vurulub. Bu özbaşınalıqdan ruhlanan heyət həm apellyasiya , həm də HƏTTA kassasiya instansiyasında dövlət hesabına hüquqi yardımdan imtina ilə nəticələnib. QƏRƏZ, BİRTƏRƏFLİLİK, SİFARİŞ O HƏDDƏ ÇATIB Kİ, ŞƏRAFƏT MƏMMƏDOVA, PƏRVİZ HÜSEYNOV , CAHANGİR YUSİFOVDAN İBARƏT MƏHKƏMƏ TƏRKİBİ 05.07.2023 TARİXLİ QƏRARDADLA 1-Cİ DƏRƏCƏLİ QARABAĞ QAZİSİNƏ VƏKİL AYRILMASINDAN İMTİNANI ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQU , MƏHKƏMƏYƏ MÜRACİƏTİ, MƏHKƏMƏ QƏRARLARININ MÜBAHİSƏLƏNDİRİLMƏSİNİ , KASSASİYA ŞİKAYƏTİ HÜQUQUNU isə “HÜQUQDAN SUİ-İSTİFADƏ” sayaraq KONSTİTUSİON HÜQUQA QADAĞA QOYUB. Başqa sözlə, məhkəmə tərkibinin QƏRƏZİNİ, OBYEKTİVSİZLİYİNİ-BİRTƏRƏFLİYİNİ sübut etməyə ehtiyac yoxdur, məhkəmə özü 1-ci dərəcəli Qarabağ qazisinə QƏRƏZİNİ, NİFRƏTİNİ 05.07.2023 tarixli aktla ortaya qoyub.
Ali Məhkəmə (İlqar Hüseynov , Rahib Nəbizadə , Kəmaləddin Bədəlov) 13.07.2023 tarixli, 2-1(102)-1658/2023 saylı məktubla Bakı Apellyasiya Məhkəməsinin sədri, MHŞ üzvü Mübariz Əkbərova məhkəmə tərkibinin qanunsuzluqlarını çatdırıb. İş yenidən ŞƏRAFƏT MƏMMƏDOVAnın sədrlik etdiyi eyni heyətə verilib.(?) Yenə də məhkəmə tərkibinə etiraz edilib. Bu qərəzli heyətdən obyektiv, ədalətli, vicdanlı nəsə gözləməyə 6 aylıq qeyri-prosessual özbaşınalıq (f)aktları yol vermir. Heyətin işə baxmasına isə qanun yol vermir.
Görəsən, Bakı Apellyasiya Məhkəməsinin sədri, Məhkəmə Hüquq Şurasının üzvü Mübariz Əkbərovun görəvini icra edib, Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov üçlüyünə etiraza baxmasına kim qadağa qoyub?
Məğrur Bədəlsoy
P.S. Şərafət Məmmədovanın sədri olduğu heyətin iddianı təmin etməsi ilə rədd etməsində elə böyük ayrıntı yoxdur. Guya təmin etsə, nə olacaq ki , yenə də cavabdehlərin rüşvət sifarişi ilə icraya belə yönəldilməyəcək, tələbkar Qarabağ qazisi borclu çıxarılacaq. Bakı İnzibati Məhkəməsinin (keçmiş 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin) 20.06.2016 tarixli, 2-1(81)-1095/2016 saylı cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin (hazırda Sosial Xidmətlər Agentliyi) üzərinə iddiaçı 1-ci dərəcəli Qarabağ əlilinin mənzillə təmin edilməsi öhdəliyini qoyması barədə QƏRARI 8-ci ildir QƏRƏZLƏ, MƏHKƏMƏYƏ RÜŞVƏT VERMƏKLƏ nəinki İCRA OLUNUR, heç İCRAYA belə YÖNƏLDİLMİR!(?) Qərarı qəbul etmiş hakim kim olsa yaxşıdır? Həmin bu Şərafət xanım Məmmədova!

 

Dünyapress TV

Xəbər lenti