Bakinternetin pulsuz modem reklamları yalandır? FOTO
Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Yusif Ali Baktelecom-dan şikayət edərək yazır:
Demək, bizim əraziyə Baktelecom GPON çəkib. Şərtlərə diqqət edin: Optik routeri yalnız Bakinternet sata bilər. Başqasının evinə quraşdırılan bakinternetin gpon routerini abonent götürüb istifadə edə bilməz, dükandan bu routerdən ala bilməz. Bir il ərzində eviniz söküntü planına düşsə bu Bakinterneti maraqlandırmır - abonent 110 AZN modem üçün ödəniş etməlidir.
Rusiyada internet operatorları bu routerləri ayı 1 rubla (0,018 AZN) kirayə verirlər üstəlik də internet qiymətləri dəfələrlə bakinternetdən ucuz.
200 Mbit/s = 198 rubl (3.47 AZN)
https://www.akado.ru/services/internet/
1691689783_1.jpg
 

Dünyapress TV

Xəbər lenti