Murat Boz indi də məşhur aktrisa ilə SEVGİLİDİR? - FOTO
Həmkarı Alp Navruzla təzə ayrılan aktrisa Ayça Ayşin Turanın adı müğənni Murat Bozla hallanır.

Lent.az xəbər verir ki, Ayça ötən gün məkanlarından birindən çıxarkən jurnalistlərin suallarına cavab verib. O, “Yaxşı-pis bir il keçirdim, yeni ili də evimdə ailəm və sevdiklərimlə qarşılacağam”, - deyə, media nümayəndələrinə cavab verib.

“O Ses Türkiye” mahnı yarışmasına qatılmayacağı deyilən, lakin bunu təkzib edən 30 yaşlı aktrisa Murat Bozla yayılan sevgi iddialarına da aydınlıq gətirib. Jurnalistin “Yarışmaya qatılmamaq qərarının səbəbi adınızın sevgi dedi-qodularında Murat Bozla hallanmasıdır?” – sualına isə Ayça “Xeyr, onunla bağlı deyil. Öz qrafikimlə əlaqəli bir şey idi. Boş gün təyin edə bilmirdik. Uyğun bir zamanda qərar verib qatıldım”, - cavab verib.

Qeyd edək ki, Ayça Ayşin Turanın Murat Bozdan saç əkdirməsini istədiyi də iddia olunur.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-12_1672039473_2.jpg
 
 
 

Dünyapress TV

Xəbər lenti