“Əvvəllər Amerikada yaşamaq çətin idi, indi artıq öyrəşmişəm. Vatsap vasitəsilə görüntülü doğmalarımla danışıram. Azərbaycan vətəndaşları üçün Türkiyə və Amerika qərib ölkə deyil. Digər ölkələr qərib ölkədir. Düzdür, vətən üçün bir az darıxmaq hissi var. Amma məsafələr uzaq olsa da doğma olduğum insanlar var”.
DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Elariz Məmmədoğlu deyib.
“Amerikada bizneslə məşğul oluram, restoranda, toyda, adıma təşkil olunan konsertlərdə səhnə alıram. Müğənnilərimiz tərəfindən mənə çoxlu müraciətlər olur. Mən də bunu nəzərə alıram. Maestro Ceyhunun konsertini burada mən təşkil etdim. Azərbaycana birdəfəlik qayıtmaq fikrim var. Çoxu elə bilir ki, ölkəmə qayıtmağım maddiyatla bağlıdır. Mənim Azərbaycanda da maddi imkanlarım pis olmayıb. Hər zaman elit toylar kralı olmuşam. Amerikada bir film çəkiləcəkdi, mən də ərəb milyarderi rolunu oynayacaqdım. Film çəkilən ərəfədə başqa ştatlarda ard-arda toylara dəvət aldım. Hətta çəkilişin vaxtını da dəyişməyə razı idilər. Amma yenə də alınmadı. Amerikada yaşayan azərbaycanlılar deyir ki, Allah səni bizim üçün hədiyyə göndərib ki, xeyir işlərimizi aparasan” deyə müğənni bildirib.
“Elariz müəllim, bir müddət əvvəl Ramal İsrafilovla qalmaqal yaşamışdınız. İndi münasibətləriniz necədir?” sualına müğənni belə cavab verib.
“Heç bir münasibətim yoxdur. Heç kimin bostanına daş atan deyiləm. Ona görə də insanlar mənə hörmət edirlər. Mənimlə qalmaqal yaşayırlar ki, reklamları və reytinqləri artsın. Mən belə şeylərə gedən biri deyiləm. İnandırım sizi ki, heç şou-biznesi də izləmirəm. Vaxtım olmur, işlərim çox olur” deyə müğənni bildirib.