“Tiktok” sosial platforması videoların üfüqi şəkildə göstərilməsini sınaqdan keçirib.
Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, videoları bu formada izləmək istəyənlər üçün tətbiqə yeni düymə əlavə olunacaq. Həmin işarə kvadrat formalı videolarda görünəcək.
Bunun əsas səbəbi “TikTok”un “Youtube” sahəsinə daxil olmasından xəbər verir. Belə ki, şirkət daha əvvəl videoların uzunluğunu 10 dəqiqəyə qədər yüksəltmişdi. Bu da uzun videolar çəkən istifadəçiləri “Tiktok”a çəkmək üçün bir addım idi.