Qonşusunu qətlə yetirməkdə təqsirləndirilərək həbs olunan tanınmış meyxanaçı Rəşad Dağlının oğlu Yusif yenə diqqəti öz üzərinə çəkib.11 yaşlı Yusif bu dəfə söz ustadı Ağamirzəyə telefon açaraq, onu ad günü münasibətilə təbrik edib.
Qeyd edək ki, atasının həbsindən sonra Yusif sosial şəbəkə hesabındakı paylaşımları ilə qısa müddət ərzində məşhurlaşa bilib. O, az vaxt ərzində “Instagram”da hesabında izləyicilərinin sayını 2 dəfə artırmağı bacarıb.
Balaca Yusifin "baba" deyərək müraciət etdiyi Ağamirzəylə telefon danışığı sosial şəbəkə iştirakçıları təərfindən maraqla qarşılanıb.