“Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Filologiya üzrə fəlsəfə doktoru, jurnalist Anar Vəziroğlu tez-tez qalmaqallarla gündəmə gəldiyi üçün qardaşı, Əməkdar incəsənət xadimi Baba Vəziroğluya şikayət edilməsinə etirazını bildirib.

A.Vəziroğlu Pravda.az-a açıqlamasında deyib ki, Baba Vəziroğlu orta xətdədir, hamısının gözü onu görür.

“Həm də yumşaq adamdır, nə desələr, deyir ki, “başına dönüm, Anar uşaq deyil ki, mən ona nə deyim?” Sözlərini yumşaq mənada deyir. Mənə zəng etməzlər axı. Bilirlər ki, sərt şəkildə yerlərinə oturduram. Mənim 68 yaşım var, Babanın 70 yaşı. Aramızda nə qaldı? İki bayram. Bunlar öyrəncəlidirlər. Baba yumşaq adamdır deyə ondan şeirləri alırlar, mahnıları qoşurlar. Havayı yerə. Bir gün Xalq artistlərindən biri dedi ki, mənim mahnımı filankəs oxuyub. Sonra evə zəng etdilər ki, bu nə deməkdir? Dedim ki, sən o Xalq artistindən soruş, mahnını ona satmısan, ya yox? Soruşdu, o da dedi ki, yox, satmayıb. Bunlar öyrəşiblər. Hamı çıxıb Babanın yazdığı mahnılara deyir ki, “mənim mahnımdır”. Şair bir kənarda qalır, bəstəkar bir kənarda. Nə var, nə var, 2 min pul verib. Ac şairi tapıblar. Bunların ən zəif cəhətləri budur ki, mən danışdıqca, kiminsə üstünə getdikcə Babaya zəng edirlər. Deyirlər ki, sənin qardaşın belə... Ay balam, daha Baba açıqlama verdi ki, bu adam belədir, Anarı təpiyimin altına salası deyiləm axı. Nə etməlidir? Məni danlamalıdır? Hərdən deyir ki, qınanılası verilişlərə getmə. Yenə də deyirəm ki, mənim öz ağlım, öz başım... Düzdür, Baba müəllimin yanında adicə qız adı çəkməyə qorxuram. Amma bilirəm ki, müğənnilər yumşaq tərəfini tutublar, Baba müəllim belə gəldi, elə getdi. Anar müəllimi isə deyən yoxdur, çox qəribədir. Baba müəllimə tanınmış müğənnilər, onunla dost olanlar zəng edirlər, mənim barəmdə ürəklərini boşaldırlar. Mənimlə danışa bilmirlər, çünki birdəfəlik rədd edirəm. O gün də bir qız zəng edib, mənə deyir ki, sən efirdə ssenari oynayırsan. Dedim, elə olsaydı, nə var idi ki? İndi ortada olardım. Bədbəxtliyim budur ki, susa bilmirəm. Danışanda sözlərini kəsirəm, deyirəm ki, belə deyil. Mən söz adamıyam, filologiya üzrə fəlsəfə doktoruyam. Sənin oxuduğun mahnıdan görünür ki, qandığın “qrafa” yoxdur. Bunu açıq deyirəm. Meyxananı gətirib xalq mahnısına çeviriblər. Az qala televiziyada rinqə çıxırlar. Elin qızısan, müğənnisən, ortadasan. Bir-birilərinə hədə-qorxu gəlirlər, nədir, nədir, pulları var. Hörmətli hökumət bunları eşitmir? Çağırıb pullarını alsın, özlərini də salsın içəri. Anası məşhurdur deyə guya qızı da məşhurlaşır. Başlayıblar efirdə hamını yıxıb-sürüməyə. Abır-həya yoxdur. Abırlı kişidən, abırlı qadından həmişə nümunəvi övlad çıxıb..

Bölmənin digər xəbərləri

20 Fevral 2025 Azərbaycanlı məşhur müğənni keçmiş prokurorun oğlu ilə həbsxanada GÖRÜŞÜRMÜŞ
20 Fevral 2025 Bloqerlərin mərci: Yandırılan milyonlarla dollarlıq avtomobillərin aqibəti necə oldu? – ETİRAF / VİDEO
19 Fevral 2025 Əməkdar artistin “qırmızı lent” ÜSYANI - VİDEO
19 Fevral 2025 Firuzə İbadova buna görə daha toylara getmir
19 Fevral 2025 Açıq-saçıq geyimi Xatirənin başına "bəla oldu" - VİDEO
18 Fevral 2025 Anar daha bir türkiyəli məşhuru bəzədi - VİDEO
18 Fevral 2025 Məşhur bakılı stilistə ağır xərçəng diaqnozu qoyuldu - FOTO
17 Fevral 2025 “Aygün Kazımova evsiz qalar, amma səhnəsiz qalmaz”
17 Fevral 2025 İnternetin sürətinə və qiymətinə görə Azərbaycan regionda neçənci yerdədir? – SİYAHI
17 Fevral 2025 İkinci dəfə boşanan Aysun İsmayılova: “Heç bir ailədən söhbət gedə bilməz”
17 Fevral 2025 “Kaş, Azər yox, sən ölərdin” - VİDEO
16 Fevral 2025 Əmilərindən Azərin qızına maşın hədiyyəsi — VİDEO
15 Fevral 2025 “Ağlım olsaydı qətiyyən müğənni olmazdım”
14 Fevral 2025 “Quzumu da götürdüm, gedirəm” - Demetdən Anara
14 Fevral 2025 "Vicdanlı kişi var-dövlətə yox,..." - Aytən Leylaqızından QALMAQALLI AÇIQLAMA
13 Fevral 2025 "Sən demə, yoldaşımı əmisi qızı ilə "göbək kəsdi" ediblər" - müğənninin qeyri-adi həyatı
12 Fevral 2025 "Saç boyası, xına kişi üçündür"
12 Fevral 2025 “Ayağım tutulub, gəzə bilmirəm” - rəqqasə Renka
12 Fevral 2025 “O restorandan qovuldum” - Əməkdar artist
11 Fevral 2025 “Qovuşum sənə, sevgilim...” - Boşanma ərizəsi verən Aysundan maraqlı paylaşım

Dünyapress TV

Xəbər lenti