Ardını oxu...
"Sənət adamları, daim yaradıclıqda bir şey edən insanı tutub saxlamaq mümkün deyil. Doğuş da arada öz vətənin gedir. Ora gedir vay, bura gəlir vay. Yazıq nə etsin? Adamın işi ordadır, hər şey ora bağlıdır".

Dia-az.info xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" proqramında deyib.O, həyat yoldaşı Doğuşun verilişdə olmaması haqda sualları cavablandırıb.

Aparıcı daha sonra formada qalmağının sirrini açıqlayıb:

"Gündə 3 saat idman edirəm. Qalan hər şey yeyirəm. Sadəcə, nəyi nə zaman yeyirsən bilməlisən. Bir dietoloq mənə pəhriz yazdı: 2 zeytun, yarım yumurta. Cırdım atdım kənara. 1 aya 14 kiloqram atdım. Nə istəyirəm yeyirəm. O, enerjini çıxartmaq lazımdır. Yuxunu normal yatmaq lazımdır. Axşam 11 tamamda yatırsan. Sofi Lorenin gənc qalmasının sirri yuxu və normal rejim idi".
 
Ardını oxu...
"Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı müğənni Aslan Hüseynova həsr olunub.

Aslan Hüseynov 1967-ci il mayın 17-də Qazaxıstanın Canbul vilayətində anadan olub. Ailədə iki bacı, iki qardaş olublar. Orta məktəbi elə orada bitirən Aslan daha sonra təhsilini uğurla bitirdiyi Qırğız Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Musiqiyə həvəsi çox olduğundan o, Qazaxıstanda Abay adına Qazax Milli Vokal Studiyasında musiqi təhsili alıb.

Jurnalist Rövşanə Ağasəfqızı mərhum müğənni barədə xatirələrini bölüşüb: "Mənə sarı güllər gətirmişdi ki, evimin həyətinə əkim. Dedim "niyə sarı gül gətirmisən, deyirlər ki, sarı ayrılıq rəmzidir", o da zarafatca deyirdi ki, "komsomolun canı it canıdır, bizə heç nə olmaz". Yenə də o gülləri əkdim. Hələ də baxanda deyirəm ki, Aslanın gülləridir".

Müğənni Sevda Kazımova Aslan bəyin anasına olan sevgisindən danışıb: "Aslanla anası bir-birinə çox bağlı idi. Anası Aslanın Moskvaya getməsini istəmirdi. Deyirdi "yol pulunu da qaytaracağam, pensiya pulumu da sənə verəcəyəm, təki sən getmə, mənimlə qal". Aslan gedəndən üç gün sonra anası həyatını itirdi".

Daha ətraflı Baku TV-nin videomaterialında:

 

Ardını oxu...
Müğənni Sevda Əliqızı "7 tamam" verilişində qonaq olub.

Pproqram zamanı sənətçi aparıcı Nanə Ağamalıyevanın "Hansı mahnını oxuyacaqsınıız" sualına belə cavab verib:

"Bu gün lirikaya qətiyyən yer vermək istəmirəm. Bu gün pozitiv mahnılar oxuyacağam. Çünki keçən dəfə verilişində lirik bəstə ifa etdim, bir həmkarım iradını bildirdi. Dedi ki, "Sevda xəstədir, özünə aid mahnı oxudu". Mən də cavab verdim ki, bunun heç bir adiyyatı yoxdur. Xoşuma gələn mahnıdır. İllərdir ki, bu mahnını ifa edirəm. Bəlkə də pis məna ilə deməyib. Mən heç bu bəstəni özümə aid etməmişəm. Əksinə, çox gözəldir. Mahnıda "Öləndə torpağa tapşırma məni, son mənzil olacaq torpağım sənsən" sözləri var. Dedilər ki, gərək bunu oxumazdın".

Nanə Ağamalıyeva isə cavab olaraq bildirib ki, sözügedən mahnıda sənətçi qəmli notlara toxunduğu üçün həmkarları ondan belə neqativ mahnını ifa etməməsini demişdilər.

Qeyd edək ki, süd vəzisində şiş aşkarlanan müğənni ötən il əməliyyat olunmuşdu.
 
Ardını oxu...
Mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirov Moskvada itkin düşüb.

Bu barədə Xoşqədəm Hidayətqızı “Səni axtarıram” proqramında məlumat verib.

O bildirib ki, Orxan ötən ilin 23 sentyabrında Moskvadan Türkiyəyə uçmaq üçün hava limanına yollanıb.

Sonra isə ondan heç bir xəbər alınmayıb.

Qeyd edək ki, O. Nadirov əvvəllər iki dəfə dələduzluq faktına görə həbs edilib, lakin sonradan azadlığa buraxılıb.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, müğənnilər Türkan Vəlizadə ilə Vəfa Şərifova rasında qalmaqal yaşanır.
Moderator.az xəbər verir ki, bu barədə "İncə səhər" verilişində açıqlama verən Vəfa gərginliyi daha da alovlandırıb.

Qarşı tərəfin sosial media hesabından canlı yayım açaraq təhqir etdiyini deyən sənətçi Türkanı içkili vəziyyətdə olmaqda ittiham edib.

"Ceyranım" mahnısına görə qalmaqal yaşadıqlarını deyən Şərifova bunları deyib:

"Bir ildən çoxdur ki, dayanmadan mənə söz atırlar. Kənddən gəlib, kəndçi qızıdır, deyirlər. Geyimlərimi və danışıq tərzimi lağa qoyurlar. Artıq içkili vəziyyətdə "Tiktok"da canlı yayım açaraq məni təhqir etmələrinə dözə bilmədim. Mən də onların videolarını paylaşaraq cavab verirəm. O sənətçilərin hamısı mənə qarşı birləşiblər".

Daha ətraflı videomaterialda:

 
 
 
Ardını oxu...
Çap xidmətləri adı altında fəaliyyət göstərən ofisdə "TikTok" oyunları keçirərək səs-küy salan şəxslər məsuliyyətə cəlb ediliblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Referans.az-a verilən məlumata görə, ayın 21-də gecə saatlarında bir nəfər polisə məlumat verərək "TikTok" sosial şəbəkəsində "Samka" ləqəbli şəxsin idarəçiliyi ilə aparılan verilişdə özünü şəhid ailəsi kimi təqdim edən qadının nalayiq ifadələr işlətdiyini və şəxsi maraqları üçün şəhid ailəsi adından istifadə etdiyini bildirib.

Araşdırmalarla həmin verilişin paytaxtın Nərimanov rayonu ərazisindəki çap xidmətləri adı ilə fəaliyyət göstərən ofisdə təşkil olunması, həmin ünvana gecə saatlarında xeyli sayda vətəndaşların gəlməsi və orada səhər saatlarınadək keçirilən şou-proqramlar nəticəsində yaranan səs-küyün sakinlərin haqlı narazılığına səbəb olması müəyyən edilib.
Həmçinin həmin iaşə obyektinin icarə müqaviləsi olmadan fəaliyyət göstərdiyi də aşkar edilib.
Polis əməkdaşları tərəfindən qeyd olunan məkana toplaşaraq ictimai qaydanı pozan 14 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Ardını oxu...
 
“Aidiyyatı qurumlara məktub yazmaqdan yorulmuşam. Milli Məclisin Mədəniyyət komitəsinə məktub yazmışam, onlar da həmin məktubları Mədəniyyət Nazirliyinə göndəriblər. Mədəniyyət Nazirliyində də məktubları oxumurlar. Səfalətli yaşayışım haqqında onlara məktub yazıb haqqım olan mükafatı, təqaüdü istəmişəm. 70 yaşım tamam olur, 53 ildir ki, sənətdəyəm. Nazirliyin Sevil Kərimova adlı işçisi məktubuma cavab olaraq yazıb ki, fəxri adları biz vermirik. Guya mən onlardan fəxri ad istəmişəm. Məktublardan belə xəbərsizdirlər”
 
Ardını oxu...
Bunu Moderator.az-a açıqlamasında əməkdar artisti Ədilə Əflaki deyib. O daha sonra əlavə edib.
 
“Bəs mən nə etməliyəm? Sözümü kimə deməliyəm?! Himayəmdə fiziki qüsurlu olan oğlumla səfalət içərisində yaşayırıq. Ev şəraitim dözülməzdir. Onda xahiş edirəm ki, mənə vaqon evlərdən alsınlar, mən də  orada yaşayım. Əfsuslar olsun ki, modul evləri də  qoymağa torpaq  lazımdır. Gərək mənim 10-20 kv. metr  torpağım olsun ki, modul evi qoyum. Mənim bir santimetr də torpağım yoxdur. Məni insanlar, xalq sevir, o qədər gözəl rəylər yazırlar verilişlərimə. O vaxt Almaniyada fəaliyyət göstərirdim. Düzdür, vətən şirindir, indi də vətənimi çox istəyirəm. Amma balam da əldən gedir, özüm də. Ən fəxri, şərəfli adları daşıyan mən görün nə gündə ömür sürürəm!” deyə müğənni bildirib.
Ardını oxu...
Azərbaycanda toyda qeyri-adi hadisə yaşanıb.

TEREF lent.az-a istinadən bildirir ki, hadisə Bakıdakı şadlıq saraylarından birində baş verib. Bəy öz atasını və müğənnini toyundan qovub.

Hadisəyə müğənninin açıq-saçıq geyimi səbəb olub. Məlumata görə, atanın başı toydan çox həmin müğənniyə qarışıb. Onunla çox rəqs edib və uzun müddət ətrafında dolaşıb. Bu da bəyin xoşuna gəlməyib.

Nəticədə əsəbiləşən bəy atasını və müğənnini toydan qovub.

Xanım müğənninin adı çəkilməsə də, onun tanınmış və fəxri adı olduğu bildirilir.
 
Ardını oxu...
Türkiyənin sosial media fenomeni, müğənni Banu Parlak çirkli pulların yuyulmasına görə həbsdə olan fenomenlər Engin və Dilan Polata qarşı qaldırdığı iddianı geri götürüb.

O, bu haqda özünün instaqram hesabında paylaşım edib.

O qeyd edib ki, cütlüyün ailəsi ilə görüşdükdən sonra bu addımı atıb:

“Yaşadığım dəhşətli hadisədən sonra dostum Dilan Polat və ailəsi ilə çətin dönəmdən keçdiyimiz üçün görüşə bilməmişdik. Yaxın zamanda ailə mühitində bir araya gəldik və bir-birimizə yaşadığımız çətinliklərdən danışdıq. Dilanın qızı Nildanın mənə dediyi “Banu bacı, sənin vurulduğun gün anam çox ağladı” sözlərindən sonra bu iş mənim üçün bağlandı”.

Xatırladaq ki, Banu Parlaka məxsus gözəllik mərkəzinə 1 oktyabr 2023-cü ildə motosikletdə olan iki nəfər tərəfindən silahla atəş açılıb. Parlak hadisə ilə bağlı hazırlanan ittiham aktı çərçivəsində Dilan və Engin Polat cütlüyünü də günahlandırıb.
 
Ardını oxu...
Müğənnilər Türkan Vəlizadə və Vəfa Şərifova arasında qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, buna səbəb Türkanın “TikTok” video platformasında canlı yayım açaraq əvvəlcə həmkarı Vəfanın fanatlarının, sonra isə onun özünün ünvanına xoşagəlməz sözlər deməsi olub.

T.Vəlizadə bunları söyləyib:

“O bəzi fanatlar, ağzınızı cıraram. Özü də elə cıraram ki, tikməyə iynə, sapınız olmaz. Açıq-aşkardırsa, sizin ağzınızı cıraram. Sizin başınızın üstündə dayanan böyüyünüz var, onun da ağzını cıraram. Bu mahnının “peçatını” vurdum. Bu “peçat” necə vuruldusa, vurulandan sonra obirilərinə (Vəfanı nəzərdə tutur – red.) dəydi. Aləm dəydi bir-birinə. O “peçatı” qoydular alınlarına”.

Türkanın bu görüntüləri sosial şəbəkəyə yayıldıqdan sonra Vəfa “Instagram” səhifəsində məsələ ilə bağlı videoaçıqlama yayıb:

“Bir ildən çoxdur ki, bu insanlar “Story”lər çəkərək, “TikTok”da canlı yayımlar açaraq dayanmadan mənə söz atırlar. Elə bir mövzu yoxdur ki, onlar buna toxunmasınlar. Mən kəndçi qızıyam bunlar isə şəhərli qızlardır. Bunlar müasir, dəbli, mən isə müasir və dəbli deyiləm.

Danışığıma, oxumağıma, mahnılarıma, geyimimə söz qoşub mövzu edirlər. Elə bir mövzu yoxdur ki, bunlar toxunmasınlar. Bəsdirin! Niyə özünüzü gülünc vəziyyətinə qoyursunuz? Mən susduqca, siz biraz da üstümə gəlirsiniz. Bu gündən sonra mənə hansınız söz atsanız, ağzınızı açsanız, səhifəmin “Story” bölümündə paylaşacağam ki, qoy, insanlar görsünlər ki, kimdir davakar.

Nə vaxt payınızı verirəmsə, davakar və pis adam mən oluram. Sizin bu şeylərinizə də susmalıyam? Mahnının “peçatını” vurmusan. Çox gözəl, təbrik edirəm. Amma hələ də “TikTok”da canlı yayım açıb o kasıb insanın 3-5 hədiyyəsinə möhtacsan. Bilirsən niyə? Çünki o qazancın haram yolladır.

Çünki sən mənim haqqıma girmisən. O haqla da qazandığın pulun bərəkəti heç bir zaman olmayacaq. Görüb, görəcəyin də elə o mahnı olacaq. Bundan sonra isə heç bir mahnın tutmayıb, tutmayacaq da. Çünki hamilə bir qadının ahını Allah heç bir zaman yerdə qoymaz. Heç kimdə qoymaz nəinki, səndə”.
 

Dünyapress TV

Xəbər lenti