Ardını oxu...
"Geyimlərimin mahnı, musiqi ilə heç bir əlaqəsi yoxdur. Bəziləri sənətə gəlib, amma ona dəyər vermirlər".

TEREF axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan həmkarı Rəşad İlyasovun "Danışır musiqi" verilişində deyib. Müğənni səhnə geyimlərindən danışıb:

"Sənətdən alırlar, amma 1 faizini sənətə hədiyyə etmirlər. Sənətdən qazanırsan, hörmət əldə edirsən. Ancaq xərcləməyə əlləri gəlmir. Xalq istəyir ki, bizi rəngarəng görsün. Mən sadə olanda yaxınlaşırlar ki, hanı sizin geyimləriniz? Tərz deyilən bir şey var. Biri var kimdənsə götürürsən, biri də var özün yaradasan. İndi bolluqdur, alırlar, geyinirlər. Amma yenilik gətirən yoxdur".
 

Ardını oxu...
Aparıcı Xoşqədəm Hidayətqızı mərhum Xalq artisti İlhamə Quliyevadan aldığı hədiyyədən danışıb.

Xoşqədəm İ.Quliyevanın ona brilyant boyunbağı hədiyyə etdiyini, lakin saxta çıxdığını vurğulayıb:

"Ad günüm günü idi. İlhamə Quliyeva dedi ki, sənə gözəl bir brilyant boyunbağı hədiyyə edəcəyəm. Qaşlı boyunbağı idi. And olsun Allaha o boyunbağını boğazımdan çıxarmadım, gecə onunla yatdım. Səhər baxıb gördüm ki, boğazım qapqaradır. Etmədim tənbəllik yoxlatdırmaq üçün getdim həmin boyunbağını zərgərə göstərdim. Zərgər mənə dedi ki, bu nə qızıl, nə də brilyantdır. Bu bijuteriyadır. Bəlkə onun özünü də aldadıblar, deyə bilmərəm. Amma ilk aldığım brilyant hədiyyə idi, o da saxta çıxdı. Özüm hədiyyə edəndə adıma layiq edirəm. Hədiyyəni sevirəm. Xüsusilə, ad günlərimdə gözləyirəm".
Ardını oxu...
Azərbaycan estradasının ən çılğın ulduzu Səidə Sultan "Dünya” adlı yeni layihəsini təqdim edib.

Dia-az.İnfo xəbər verir ki, ifaçı sözləri və musiqisi Şəhriyar Nağıyevə aid yeni mahnısı üçün fərqli klip çəkdirib.

Sənətçi ekran işində transparan kombinezonda rejissor Röyal Səfərovun (Eresmoon) kamerası önünə keçib.

Səidənin fərqli obrazı üzərində stilist Prins Jamal çalışıb.

Pop ulduz yeni klipini Bakının bir sıra küçələrində və sərnişin avtobusunda lentə alıb.

 
Ardını oxu...
Azərbaycanın əməkdar artisti tanınmış şoumen Qorxmaz Əlili “Azərlotereya” Aqçı Səhmdar Cəmiyyətini məhkəməyə verib.

32gun.az xəbər verir ki, onun iddiasına Səbail Rayon Məhkəməsində baxılacaq.
Mədinə Bağırova iş üzrə hakim təyin edilib.
İşin mahiyyəti əmək münasibətlərinə dair mübahisələrdən ibarətdir.

Qorxmaz Əlili uzun müddət “Azrlotereya”da çalışıb. Lakin sonradan işdən çıxarılıb. Şoumen özü bu barədə mediaya açıqlamasında deyib: “Mənə gələn təklifə əsasən "Azərlotereya"da çalışmağa başladım. Bəxtimdən buranın da müdirin dəyişdilər. Yeni müdir gələndən sonra məni gözümçıxdıya saldı. Mənim üzümə qarşı dedi ki, sənin bu qədər maaş almağın məni yandırır. O anlamadı ki, lotonun adı mənimlə bağlı idi. O zaman 250 ”“ 300 min loto bileti satılırdısa, indi bu məbləğ 50- 60 minə düşüb. Sonra ona deyiblər ki, Qorxmazı qaytar işinə. O da cavab verib ki, mən işdən çıxaram, amma onu bura qaytarmaram”.
Qorxmaz Əlili tanınmış aktyor və rejissor Məmməd Əlilinin oğludur.
Ardını oxu...
 
Ardını oxu...
“Ən çox pul və yaxşı məclislər kabinetlərdə olur”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Təranə Musayevanın ifaçı qızı Qumral qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.

Qumral bildirib ki, iş adamlarının bahalı restoranlarının kabinetlərində təşkil etdiyi məclislərdə iştirak edir:

“Kabinetlərdə elə gözəl məclislər keçirilir ki, şou proqram da yalan olur, toy da. Orada olan pullar heç yerdə yoxdur. Artıq müğənnilər pulları kabinetlərdəki məclislərdən qazanırlar. Bəlli iş adamları var ki, onlar öz məclislərinin kabinetlərdə keçirirlər və məni də ora dəvət edirlər. Elə gəşəng qonorar verirlər ki... Kabinet dediyimiz yer bahalı restoranların kabinetləridir. Bəzi məclislər isə böyük bağlarda təşkil olunur. Bahalı restoranların kabinetlərinə getmək üçün külli miqdarda depozit ödəmək lazımdır. Buna görə də ora hər adam girə bilmir. Orada bəlli iş adamları oturur. O iş adamlarının “uzkiy kruqu” (kiçik çərçivəsi) var. Onlar da sevdiyi müğənniləri öz məclislərinə dəvət edirlər. Mən də o məclislərdə ifa edib gəşəng pul qazanıram”.

Qeyd edək ki, Qumral 17 yaşında ailə qurub. Onun bir övladı var.
 
Ardını oxu...
Müğənni Afət Fərmanqızı Arb televiziyasında yayımlanan "Həmin Zaur" verilişində şəxsi həyatından danışıb.

Teleqraf.com xəbər verir ki, Afət Fərmanqızı ikinci həyat yoldaşı Mamed Nanacanov haqqında bu sözləri deyib:

"Rusiyada həyat yoldaşımın şadlıq sarayı var. O, məndən əvvəl iki dəfə evli olub. İlk evliliyindən bir, ikinci nikahından isə iki övladı var. Biz rəsmi nikah bağlamışıq. Rəsmi nikah olmadan evliliyi qəbul etmirəm. Kimsə deyir ki, dini kəbin kəsdirmişik. Bu, mənə çatmır. Öncə rəsmi nikah olmalıdır, dini kəbin isə insanın istəyinə uyğun olmalıdır.

Onun restoranında çıxış etmişdim. Beləliklə, tanışlığımız başlamışdı. Həyat yoldaşım restoranında toy məclisi edən hər kəsə deyirmiş ki, Afət Fərmanqızı kimi ifaçı yoxdur, onu dəvət edin. Mənimlə evlənməyi düşünürmüş".

 
Ardını oxu...
  

Xanəndə Eldəniz Məmmədov qızı Nəzrinə toy edir.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi verilişlərin birində danışıb.

O, məclisin iyunun 11-də Bakıda keçiriləcəyini bildirib.

Qeyd edək ki, Eldəniz Məmmədovun qızı ötən ilin noyabrında Kamran adlı bəylə nişanlanıb.

Xanəndənin bir qızı və bir oğlu da var.

Ardını oxu...
Əməkdar artist Mətanət İsgəndərli illərdir ki, qalmaqal yaşadığı keçmiş gəlini Cananaya (Aynur Vaqifqızı) ev alıb.

TEREF bizim.media-ya istinadən bildirir ki, bu haqda Canana qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində danışıb.
"Mən hər zaman Mətanət xanımın hörmətini saxlayıram. O mənim anamdır. Artıq mən Mətanət xanımın evində qalıram. Uşaqlarımın yanındayam. Bizə Mətanət xanım ev də alıb. Sağ olsun! Kaş ki, onunla aramızda bu kimi söhbətlər olmazdı. Lənət şeytana!", - deyə Canana vurğulayıb.

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. Onların üç övladı isə anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.

 
 
 
Ardını oxu...
Müğənni Ayan Babakişiyevanın qızı Selena ilə bağlı paylaşımı gündəm olub.

Bizim.Media xəbər verir ki, sənətçi övladı ilə çəkdiyi selfisini sosial şəbəkə hesabında yayımlayaraq onunla bağlı arzularını yazıb.

"Qızımla fəxr etmək istəmirəm. İstəyirəm ki, o, öz həyatını yaşasın. Sənə qurban olum, Selena. Necə tez böyüdün. Səni verən Allaha şükür, mənim fəxrim. Mənim dünyam, sevgim", - deyə Ayan bildirib.
Ardını oxu...
Ardını oxu...
 
 

 


Dünyapress TV

Xəbər lenti