Azərbaycan estradasının ən çılğın ulduzu Səidə Sultan "Dünya” adlı yeni layihəsini təqdim edib.
Dia-az.İnfo xəbər verir ki, ifaçı sözləri və musiqisi Şəhriyar Nağıyevə aid yeni mahnısı üçün fərqli klip çəkdirib.
Sənətçi ekran işində transparan kombinezonda rejissor Röyal Səfərovun (Eresmoon) kamerası önünə keçib.
Səidənin fərqli obrazı üzərində stilist Prins Jamal çalışıb.
Pop ulduz yeni klipini Bakının bir sıra küçələrində və sərnişin avtobusunda lentə alıb.