Ardını oxu...
Tanınmış müğənni Rəqsanə İsmaoyılova paytaxtın əyləncə məkanlarının birində səhnə alıb.

Milli.Az xəbər verir ki, o, məşhur "Bivəfa" mahnısını sevənləri ilə birgə oxuyub. Dinləyiciləri bu anları mobil telefonları vasitəsilə qeydə alıblar.

Bundan əlavə, sənətçinin sinə dekoltesi diqqət çəkib.

Sözügedən görüntülər sosial şəbəkələrdə müzakirə mövzusu olub.

 

Ardını oxu...

Müğənni Türkan Vəlizadə və Nadir Qafarzadənin səmimi görüntüləri sosial media gündəmini alt-üst edib.

Musavat.com bakıvaxtı.az-a istinadən xəbər verir ki, məclislərdən birinə qatılan ifaçılar bir-birilərinə sarılaraq söhbətləşiblər.

Görüntüləri sosial media hesabında yayımlayan Türkan paylaşıma "sizi sevirəm, dəyərli sənətkarımız" başlığını yazıb.

Sözügedən görüntüləri təqdim edirik:

 
 
 
Ardını oxu...
Əməkdar artist Bəhram Bağırzadə barəsində inzibati iş başlanıb.

TEREF qaynarinfo-ya istinadən xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir.

Bu maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud İnzibati Xətalar Məcəlləsinin 353.2-ci (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır.

İttihamdan aydın olur ki, Bəhram Bağırzadə hansısa inzibati tənbehetmə haqqında qərarı icra etməyib.

İttiham sübuta yetirilərsə, Bəhram Bağırzadənin sürücülük hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırıla bilər.

İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Babək Pənahov iş üzrə hakim təyin edilib.
 
 
 
Ardını oxu...
Müğənni Nadir Qafarzadə növbəti açıqlaması ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Həmin Zaur” verilişində bildirib ki, sosial şəbəkədə müğənniləri təhqir edən saxta hesabları olan həmkarlarıdır.

“Bir qadın müğənni məndən soruşdu ki, sənin sosial şəbəkədə “fake” (saxta – red.) səhifən yoxdur? Cavab verdim ki, ““Fake” səhifə nədir? Mənim bir səhifəm var, onu da özüm işlədirəm.

Dedi ki, “Mənim 10 dənə “fake” səhifəm var. Kimlər xoşuma gəlmir, o “fake” səhifələrdən “döşüyürəm” onlara. Bizi söyən özümüzük. Xalqın mənimlə nə işi var? Onlar bunu paxıllıqdan edirlər. Mən qələt edərəm belə şey edərəm. Mən belə şeylərdən qorxmuram, sadəcə mənim başqaların həyatında nə işim var. Burnumu onların həyatına niyə soxmalıyam ki... Hər kəs öz həyatını yaşayır. Özü bilər...Mənim başım toylarıma, mahnı yazdırmalara, ailəmə qarışıb. Başqalarında mənim nə işim var”, - deyə Nadir vurğulayıb.
 
Ardını oxu...
Bu günlərdə Azərbaycan media camiyəsinə hücum edən Nüşabə Musayeva həddin aşmaqda ittiham edilir. Media resurslarına hücumu ilə gündəm olan bu müğənni sosial istifadəçilərində nifrətini qazanıb. O, media resurslarına report ataraq sosiol səhifələrin bağlanmasına səbəb yaradıb. Bir çox səhifələrin bağlandığı bir çoxunun isə paylaşımlarında ciddi problemlərin yaşandığı bildirilir. Bu gün “BakuNews.az”-a danışan “Xüsusitv” xəbər portalının rəhbəri Asim Abdullayeva istifadəsində olan İnstagram hesabına Nüşabə Musayeva tərəfindən report atıldığını bildirib. Etdiyim paylaşımda videonun üzərinə “bunu kimlər tanıdı” deyə ifadə yazılıb. Səhifəmizin izləyiciləri bu cür suallarımıza cavab verməkdə aktivdir. Lakin görünən odur ki, Nüşabə Musayevanın media qarşı qərəzli yanaşması bizim etdiyimiz paylaşımla bağlı deyil. O, şəxsin çox ciddi problemi olmasından şübhələnirəm deyə Asim Abdullayeva qeyd edib.
Bakıvaxtı.ax xəbər verir ki, Nüşabə Musayeva 15 yaşında olarkən, ailə üzvlərini avtomobil qəzasında itirib. Bundan sonra isə atasının onun doğma atası olmadığını öyrəndiyini etiraf edib. 1999-cu ildə baş vermiş hadisə göründüyü qədər xanım müğənnidə ağır travma yaradıb. Daha sonra başqa sirlər ortaya çıxıb deyə Nüşabə Musayeva xəbər portalına müsahibəsində “mənə dedilər ki, ölən kişi sənin doğma atan deyil. Mən travma üstünə travma almış oldum. Sonra doğma atamı tapdım. Lerikdə yaşayır, onun da 6 övladı var. 4 qızı 2 oğlu və münasibətlərim yaxşıdır. Çox istəyirəm. Səbrsiz insandır. Mən də inadçıyam. Yola gedə bilmədik. Evlərinə çatıb oturan kimi mənə dedi ata de. Sonra sənədləri göstərdi gördüm ki, məni axtarıb". Özünün də etirafına görə, aldığı travmalar şəxsin adekvat olmayan addımlara sürükləyir. Səhifəmizin daimi abunələrinə müğənnini tanıyıb tanımadıqları sualına görə REPORT atdırmağa bundan artıq qiymət verə bilmirəm.

Qeyd edək ki, “Xüsusitv” xəbər portalının rəsmi instagramda REPORT ataraq 222 min izləyicisi olan aktiv xəbər səhifəmi paylaşım blogunun bağlanma təhlükəsi ilə üz-üzə qoyub. Səhifənin kəşfeti, ortaq post paylaşım bölmələri blok edilib. Xüsusilə də səhifənin sahibi Asim Abdullayevə qarşı kiber hücumun öz paylaşımında etiraf edib. Daha sonra xanım müğənni xəbər portalarını izləyənləridə təhqir edib. Müğənni istagram postunda onun “rəqs videolarımı məndən icazə almadan maraq xətrinə özü kimi qoyun izləyicilərinə sosial səhifələrində paylaşanların səhifələrinə report ataraq sildirəcəyəm” deyə paylaşım edib....
Güman edirik ki, Hüquq mühafizə orqanları Nüşabə Musayevanın bu cür açıq şəkildə media resurslarını hədələməsi və təhdid etməsi azmış kimi səhifələrin bir çoxuna ciddi problem yaratması faktına qiymət verəcəkdir.

Qarşı tərəfin məsələ ilə bağlı münasibətini dinləməyə hazırıq.
 
 
 
Ardını oxu...
"De görüm bu gözlər nədir?!".

Titul.az xəbər verir ki, bu sualla Günay Baxşəliyeva aparıcısı olduğu verlişin qonağı olan gənc müğənni Elvin Babazadəyə müraciət edib.

İfaçı suala "İmic dəyişikliyi" deyə cavab verib

"Uzun müddətdir ki, məni Hz.Yusif kinosunda rol alan aktyora bənzədirlər. Onun da gözləri boz rəngədədir. Mən də istədim ki, o insanların fikrini tamamlayım", - deyə Elvin bildirib.

 
 

 



Ardını oxu...
Xəbər verdiyimiz kimi xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov Moskvada itkin düşüb.

Moderator.az əməkdaşı xalq artistinin bacısı Gülbahar Quliyeva ilə əlaqə saxlayıb. O saytımıza bunları bildirib.
"Xahiş edirəm onunla bağlı məndən heç nə soruşmayın. Mən sizə heç bir məlumat verə bilmərəm. Kimlər ki, efirə müraciət edib, onlara zəng edib soruşun" deyə sənətkarın bacısı bildirib.
 
Ardını oxu...
DJ Tural video paylaşıb, reklam etdiyi Çinin geydirmə avtomobil brendi “Zeekr”-in bundan sonra rəsmi dilerdən alınmayan avtomobillərinin Azərbaycanda işləməyəcəyini həvəslə danışıb. Ekranı bloklanacaq, multimedia sistemi işləməyəcək, CarPlay işləməyəcək və s.

Gununsesi.info-nun verdiyi xəbərə görə, üstəlik DJ Tural həmin avtomobilləri “qeyri leqal” adlandırır. Qeyri-leqal. Maşın Azərbaycana gəlir, gömrükdən keçir, DYP nömrə nişanı verir, amma dünən çıxan hansısa geydirmə Çin şirkətinə görə bu qeyri-leqaldır. Azərbaycanlılar 30 ildir Avropa, Amerikadan alman, yapon maşınları daşıyırlar. Təzə, köhnə. Hələ indiyədək biri səsini çıxartmayıb. Amma hansısa geydirmə Çin şirkəti artıq qadağalar qoyur.

Sizə yenə deyirəm, bu geydirmə Çin şirkətlərindən avtomobil almayın. Çoxlu problemlər var və ən əsası gələcəkləri bilinmir. Və indi də belə qudurğanlıq edirlər. İkincisi isə, konkret olaraq bu avtomobilləri reklam edən adamlara inanmayın.

Ardını oxu...

"Elə verilişlər var ki, ora getməyəndə, sevinirsən, deyirsən, nə yaxşı getmədim.Orada aparıcılar bizə lazım olmayan suallar verirlər. Sonra da bizim cavablarımızı düzüb-qoşurlar. İnsanların nəzərində illərdir ki, topladığım statusu salırlar aşağı. Bizim çıxışlarımızı sosial şəbəkədə paylaşırlar, insanlar da xoş olmayan şərhlər yazırlar. Sonra da deyirlər ki, yazılan o şərhlərə fikir verməyin. Elə deyil. Yazılan o şərhlər bu gün bizim alqışımızdır. İnsanlarda bizə qarşı aqressiya yaradırlar".

Bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Səhər görüşləri" verilişinə deyib. Sənətçi yazılan tənqidlərdən danışıb:

"Oğlum Hüseynin yeniyetmə vaxtlarıdır. Ona hər şey təsir edir. Bu yaxınlarda ailəm haqqında mənə sual verdilər. Ərimə zəng vurub aramızdakı münasibətlərin yaxşı olduğunu nümayiş etdirdim. Yəni bu insan həyatımda var və oğlum Hüseynin atasıdır. Həmin görüntülər sosial şəbəkədə paylaşıldı və haqqımızda çox sayda xoş olmayan şərhlər yazıldı. Oğlum orada o şərhi görəndə pis olub. Nənəsinin instaqram səhifəsi ilə daxil olaraq həmim qadına cavab yazıb. Anam iş xanımıdır. Səhifəsində anamın nömrəsi də var. Həmin qadın zəng vurub anamın nömrəsinə ki, bəs bizi bu səhifədən söyüblər. Oğlum qorxudan dovşan kimi başlayıb əsməyə. Uşaqdır da, əsəbiləşib və söyüş yazıb.

Oğlum əsə-əsə deyir ki, ana məni indi gəlib aparacaqlar. Nömrəni alıb, zəng etmişəm həmin qadına. Deyir ki, mənə siz maraqlı deyilsiniz. Cavab olaraq söylədim ki, əgər sənə mən maraqlı deyiləmsə, bəs nəyə görə haqqımda xoş olmayan, neqativ dolu şərh yazırsan. Ona elə başa saldım ki, o, məndən üzr istədi".//axşam.az


Dünyapress TV

Xəbər lenti