Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Son günlər Azərbaycanla Rusiya arasında gərginlik müşahidə olunur.
Yeniavaz.com xəbər verir ki, hər iki ölkənin mətbuatında qarşılıqlı ittihamlar səsləndirilir.
Yaranmış gərgin vəziyyət indiki mərhələdə iki ölkənin iqtisadi münasibətlərinə təsir etməsə də, bu gərginliyin gələcəkdə iqtisadi əlaqələrə də təsir edəcəyi gözlənilir.
Bəs görəsən, iki ölkə arasında iqtisadi münasibətlər pisləşərsə, bundan hansı ölkə daha çox zərər görəcək?
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, Rusiya İtaliya və Türkiyədən sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır:
“Qeyri-neft məhsullarının ixracında isə Rusiya ilk sırada yer alır. Rusiya Azərbaycan üçün əsas kənd təsərrüfatı bazarıdır. Xüsusilə pomidor, xiyar, nar, üzüm və digər meyvə-tərəvəz məhsulları Rusiyaya ixrac edilir. Rusiyanın bu məhsulların idxalına qadağa və ya məhdudiyyət qoyması Azərbaycanın fermerlərinə təsir edə bilər. Rusiya Azərbaycan məhsullarına qadağa qoyarsa, bunun Rusiya üçün də mənfi təsirləri ola bilər. Belə vəziyyət Rusiya bazarında bu məhsulların azalmasına, nəticədə qiymət artımına səbəb ola bilər”.
Ekspert bildirir ki, iki ölkə arasında münasibətlərin pozulması ölkələrdən hər hansı birinə ciddi təsir etməyəcək:
“Rusiya iqtisadiyyatı Azərbaycanla müqayisədə çox böyükdür. Rusiya iqtisadiyyatında Azərbaycanın payı elə də mühüm yer tutmur. Eyni zamanda, Rusiya da Azərbaycan üçün strateji əhəmiyyətli ölkə deyil. Azərbaycan iqtisadiyyatı daha çox enerji sektoru üzərində qurulub ki, burada da Rusiyadan asılılıq demək olar ki, sıfıra bərabərdir. Azərbaycanın əsas enerji bazarları Avropa ölkələridir. Rusiya Azərbaycanın neft və qaz ixracında heç bir rol oynamır.
Rusiya-Azərbaycan münasibətlərindən təsirlənəcək əsas sektor kənd təsərrüfatı hesab olunur ki, bu da yəqin ki, müvəqqəti xarakter daşıyacaq. Əgər Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsullarına qadağa qoyarsa, yeni bazarların tapılması çox uzun çəkməz. Hesab edirəm ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarına həm Avropada, həm də Yaxın Şərqdə tələbat yüksəkdir”.
“İndiki halda, Rusiya-Azərbaycan münasibətlərinin pozulmasından ən çox əziyyət çəkənlər Rusiyada yaşayan azərbaycanlılar olacaq. Hazırda Rusiyada milyondan çox azərbaycanlının yaşadığı və işlədiyi bildirilir. Onlar Azərbaycana da hər il yüz minlərlə vəsait göndərirlər. Yəni, Rusiya hazırda Azərbaycanda bir çox ailə üçün mühüm gəlir mənbəyidir”, - ekspert bildirib.
 
 
 

Bölmənin digər xəbərləri

20 Fevral 2025 “Sputnik-Azərbaycan”ın işçilərini hansı aqibət gözləyir? - AKTUAL
19 Fevral 2025 "Aysberq"in görünməyən tərəfi... Mənzil bazarında durğunluq var, amma qiymətlər yenə də artır - Araşdırma
18 Fevral 2025 “Yelo Bank” Arif Hacılının qardaşının evini əlindən alır – FOTO
17 Fevral 2025 Səhhəti ilə əlaqədar işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilə bilərmi?
17 Fevral 2025 Nikahdankənar doğulan uşaqların atası necə müəyyən edilir?
15 Fevral 2025 Deyəsən, xalqımız Sahil Babayevi gündüz “əli çıraqlı” axtarmalı olacaq... - GÖRÜNƏNİ BUDUR...
14 Fevral 2025 Məcburi köçkünlər üçün tikilmiş mənzillər SATIŞDA: Hansı ünvanları əhatə edir?
13 Fevral 2025 Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? - AÇIQLAMA
12 Fevral 2025  Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
12 Fevral 2025 “Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
11 Fevral 2025 Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin - AÇIQLAMA
10 Fevral 2025 BELƏ OLMAZ! Neftdən asılılığımız keçib vətəndaşdan asılılığa - Tural Abbaslı OD PÜSKÜRDÜ - VİDEO
08 Fevral 2025 “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
08 Fevral 2025 “Kupça”sız evlər necə satılır? - AKTUAL
07 Fevral 2025 GÜNÜMÜZÜN BƏLASI: "Topaz", "Misli" insanlarda qumar asılılığı yaradır
05 Fevral 2025 “Mənə heyvan verməmək üçün əllərindən gələni edirlər” - SAMUX SAKİNİ
05 Fevral 2025 RUSİYADAN QOVULAN AZƏRBAYCANLILAR VƏTƏNDƏ DOLANA BİLƏCƏKMİ? - BAKI SAKİNLƏRİNDƏN RƏYLƏR/VİDEO
05 Fevral 2025 Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
05 Fevral 2025 Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
04 Fevral 2025 Tərəflər arasında hər hansı bir əlavə hallar müəyyən edilərkən, İşçilərin əmək hüquqları məhdudlaşdırıla bilməz.

Dünyapress TV

Xəbər lenti