Ucar rayonu Yuxarı Çiyni kənd sakini Ələkbərova Aynur Üzeyr qızı tərəfindən
ŞİKAYƏT
Mənim övladım 2011-ci ildə anadan olmuş Ələkbərov Anar Yaşar oğlu anadan gəlmə serebral iflicdir.Bu xəstəliyə görə uşağıma təyin edilmiş əlilliyin müddəti bitdi deyə xəstəlik sənədlərin Tibbi Sosial Ekspertiza Komissiyasına göndərsəkdə qanunsuz imtina verilib.Hansı ki, övladım Anar heç vaxt sağalan deyil.Onun 12 yaşı olsada danışa bilmir əqli geri ağır xəstədir.Onun paltarın mən geyindirirəm, mən yuyundurub yeməyin yedizdirirəm.Xəstə övladıma əlillik təyin edilmədiyi üçün dolanışığımız çox ağırlaşıb.Ağır xəstəyə baxdığım üçün işləyə bilmirəm. Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə müraciət edib xahiş edirəm ağır sağalmaz xəstə olan 12 yaşlı oğlum Anara əlillik dərəcəsi verilməsinə köməklik göstərəsiniz. Teref. Xocanın Blogu Səhifəmiz hamnın üzünə açıqdır Facebook-da paylaş