“Bu ilin 10 ayı ərzində 41 min şəxsə əlillik təyinatı aparılıb”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O qeyd edib ki, komissiyanın tərkibində aidiyyəti dövlət qurumlarının ekspertləri dəvət olunur.
“Narazılıq edən kiçik qrup qalıb və 4-5 dəfə komissiyada olub, dəfələrlə deyilib ki, sizə əlillik təyinatı düşmür. Amma insan bununla razılaşmaq istəmir, onların hüququnu tanıyırıq və gedib 2 aydan sonra yenidən sənədləri ilə müraciət edir. Bir daha qəbul edirik və cavabı yenidən bildiririk. Bu gün müharibə ilə bağlı 6300 şəhadətləndirilmiş vətəndaş olub. Şəhadətlənmə əlillik üçün yox, yüngül yaraya da verilir ki, ona birdəfəlik sosial sığorta ödənişi verilsin. Onlardan 4021 nəfərə əlillik təyin edilib. Psixi xəstəliklərlə əlaqəli əlillik təyinatında isə 4021 nəfərin 43 %-i məhz kəllə-beyin travması və bunun nəticəsində yaranan psixi pozuntularla əlaqəli vermişik”,- deyə nazir bildirib.