Üçuşaqlı ailələrə əlavə yardımlar veriləcək? –
Milli Məclisin noyabrın 21-də keçirilən plenar iclasında millət vəkili Siyavuş Novruzov, ailələrə ikinci uşaqdan sonra yardımların verilməsinin vacibliyini diqqətə çatdırıb.

Ailələrə uşaqlarla bağlı təminatın verilməsinin daha məqbul olduğunu söyləyən deputat vurğulayıb ki, ailədə 5 uşağın olması fonunda ona hansısa təminatın verilməsi kimi yanaşma doğru deyil:
“Təklif odur ki, iki uşaqdan sonra ailələrə bu təminatlar nəzərdə tutulsa, daha yaxşı olar”.
Hazırda uşaqlar üçün hansı təminatlar mövcuddur?
Bizim.Media-nın bu və digər suallarını cavablandıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov, ilk növbədə, bu gün ölkədə sosial təminat sisteminin əhatə etdiyi kateqoriyalardan birinin də uşaqlar olduğunu diqqətə çatdırıb:
“Buna görə də “uşaqlarla bağlı hər bir sosial yardım və müavinətlərin ləğv edilməsi” barədə qeyd edilənlər doğru deyil. Belə ki, hazırda 18 yaşadək əlilliyi olan şəxslər (50 min uşaq), ailə başçısını itirmiş uşaqlar (160 mindən çox uşaq), aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki uşaqlar (160 minədək uşaq), şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, beşdən çox uşağı olan qadınların və müddətli hərbi xidmət qulluqçularının uşaqları (30 min uşaq) və s. aylıq sosial ödənişlə təmin olunur”.
Şöbə müdiri, 3 yaşadək uşaqlara qulluq edən işləyən valideynlərə də 40 minədək uşağa görə aylıq müavinət verildiyini əlavə edib. Onun sözlərinə görə, 18 yaşadək əlilliyi olan şəxslərə qulluq edənlərə aylıq təqaüd verilir:
“Bundan başqa, valideyn himayəsindən məhrum uşaqların qəyyumlarına (50 min şəxs) aylıq müavinət, habelə uşağın anadan olmasına görə birdəfəlik müavinət (illik 120 min uşaq üçün) ödənilir. Bir sözlə, uşaqlarla bağlı sosial ödənişlər, ümumilikdə, 600 mindən çox şəxsi əhatə edir və bu ödənişlər üçün illik 650 milyon manat xərclənir.
Həmin sosial ödənişlərin məbləğinin mütəmadi artırılması təmin olunur və son beş ildə icra olunan dörd sosial paket çərçivəsində bu sahədə ciddi artımlar edilib.
Məsələn, 18 yaşadək əlilliyi olan şəxslərlə bağlı ödənişlər beş il əvvəl yalnız 82 manat məbləğində sosial müavinətdən ibarət idisə, sonrakı islahatlar çərçivəsində onlarla bağlı aylıq sosial ödənişlərdə dəfələrlə artım edilib.
Bu gün artıq əlilliyi olan 18 yaşadək uşaqlardan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olanlara həm 270 manat müavinət, həm 200 manat (gözdən əlilliyi olanlar üçün 300 manat) təqaüd, həm də onlara qulluq edənlər üçün 100 manat təqaüd təyin olunur, yəni bu istiqamət üzrə sosial ödəniş 570 manata (gözdən əlilliyi olan 18 yaşadək şəxslər üçün 670 manata) çatıb. Eləcə də uşaqlarla bağlı digər sosial ödənişlərdə ciddi artımlar baş verib”, - deyə, F.Talıbov qeyd etdi.
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti