“Şəraitsiz evdə yaşayıram, vanna qoyub evdə çimirəm”
Minayə Laçınlı! Onu tamaşaçılar “Tanıdım səni” layihəsindən sevib tanıdılar. O ölkəmizdə zurna alətinin ilk və tək qadın ifaçısıdır.

DİA.AZ bildirir ki, moderator.az-a açıqlama verən Minayə xanım zurna aləti ilə tanışlığını belə xatırlayıb.

“İstedadımı atam kəşf edib. Dünyaya gələndə bu aləti gördüm, səsini eşitdim. Atam məni istiqamətləndirdi, müəllimlik etdi. Sözün düzü ilk dəfə bu aləti əlimə götürəndə yerə qoydum. Çünki həm səs baxımından güclüdür, həm də nəfəs baxımından güc tələb edən musiqi alətidir. Düşündüm ki, xanım üçün çətin olar. Vaxt-zaman keçdikcə hər şey yerini aldı. Bu alətin ilk və tək qadın ifaçısıyam. Qadın klarnet ifaçısı var, amma zurna ifaçısı yoxdur. Bəzən paylaşım edəndə yazırlar ki, bu alət qadın üçün deyil. Amma məni dəstəkləyənlər çoxdur. Əgər normal ifa edirəmsə, niyə də etməyim?! Düşmənlər bu aləti öz adlarına çıxarmaq istəyirlər. Düşünürəm ki, peşənin qadını, kişisi yoxdur. Əsas o sahədə uğur qazanıb, məsuliyyətli olmaqdır. Tamaşaçılar məni “Tanıdım səni” layihəsindən tanımağa başladılar. “Tanıdım səni-2” layihəsinin anonsları efirdə getməyə başlayanda içimdə ümid yarandı ki, mən də o yarışmada iştirak edəcəyəm. Onlar istedadlı insanları gəlib rayonlardan seçirdilər. 2012-ci il may ayının 26-da məni gəlib Ağcabədidə seçdilər. Böyük bir izdiham var idi. Zaur Baxşəliyev başda olmaqla bütün münsiflər mənə “hə” dedi” deyə o bildirib.

Minayə Laçınlı bildirib ki, şəraitsiz evdə yaşayır.

“Görmə əngəlli olsam da bu sənəti seçdim. Təəssüf ki, mən bu gün sənətimi, yaradıcılığımı istədiyim kimi davam etdirə bilmirəm. Bunun bir neçə səbəbi var. Birinci səbəb mənim şəraitsiz evə yaşamağımdır. Mən qaçqın gələndən Ağcabədi rayonunda məskunlaşmışam. Laçın rayonundan məcburi-köçkünəm. 31 ildir ki, Ağcabədi rayonunda köhnə, uçuq yataqxanada yaşayıram. Çox bərbab vəziyyətdəyəm. Hər şey uçur, tökülür. Adicə sanitar qovşaq belə yoxdur. Mən vanna qoyub evin içində başımı yuyuram. Burada yaşamaq mənim üçün çox çətindir. Həm səhhətimə görə çətindir, həm də sənətimə görə. Bu şəraitsiz yerdə mən özüm-özümü doğru-düzgün idarə edə bilmirəm. Yataqxanada yaşadığım üçün zurna aləti ilə məşqlər etmək müşkül məsələdir. Səs-küy qonşuları narahat edə bilər. Rayonda qalmağımın özü mənim həm səhhətim, həm də sənətim üçün çətinliklər yaradır. Bakıya gəlib vaxtı-vaxtında müayinələrdən keçə bilmirəm. Gözümdə dəhşətli ağrılar olur. Ara-sıra Bakıda tədbirlərə dəvət alıram. Gedib iştirak edə bilmirəm. Sağ olsun Xuraman xanım Şuşalı bu mövzuda mənə böyük dəstək göstərir. Heç olmasa Bakı şəhərində bir otaqlı evlə təmin olunsaydım problemlərimin əsas qismi həll olmuş olardı. Bəlkə də mən şəfa tapmış olardır. Yazılı və şifahi şəkildə aidiyyatı qurumlara müraciət etsəm də, bir cavab hələ ki, gəlməyib. Problemlərimin heç biri həll olunmayıb. Bu günlərdə Laçında şəhər günü qeyd edildi. Təəssüf ki, mən ora da çağırılmadım. Gözüm qaldı.. Heç bir sənətçimizdən dəstək görmürəm. Sənətimlə maddi gəlir qazanmalıyam ki, başqa problemlərimi həll edim. Keçən il İsrailə göz müalicəmlə bağlı sənəd yolladım. Həkimlər 70-80 faiz görməyimə şans veriblər. Daha dəqiq proqnozu mən gedib orada müalicə olunandan sonra deyə bilərlər. Mənim ora getməyim üçün 17 min manat lazımdır. Əgər müayinələr müsbət nəticələnsə əməliyyat gözlənilir. Əməliyyatın qiyməti isə 50 min dollardır. Hesab kartımı paylaşsam da çox cüzi məbləğ toplanıb” deyə musiqiçi bildirib.
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 “Sosial yardım üçün verilən müavinət kartım boş çıxıb” – ASTARA SAKİNİ
23 Noyabr 2024 Lerik sakini əlilliyə görə müavinətinin səbəbsiz yerə kəsildiyini İDDİA EDİR – ŞİKAYƏT
23 Noyabr 2024 “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
22 Noyabr 2024 26 saniyəyə 1300 dollar qazanan müğənni və 453 manat qazanan elmi işçi VİDEO
22 Noyabr 2024 Nazirin dediyi 130 min boş iş yeri hardadır? - İqtisadçı ekspertdən açıqlama
22 Noyabr 2024 Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür?
21 Noyabr 2024 Bakıda taksi problemi: Avtobus zolağına girişə icazə verilməlidir - AKTUAL
20 Noyabr 2024 Əmək pensiyaları yanvardan bu qədər artacaq
19 Noyabr 2024 Müəllimlərə təhsil kartı ilə güzəşt ediləcək yerlər AÇIQLANDI: geyim mağazaları, supermarketlər, restoranlar, nəqliyyat..
19 Noyabr 2024 Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
19 Noyabr 2024 Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
18 Noyabr 2024 Cənub rayonlarımız “qocalıb”?
17 Noyabr 2024 İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
17 Noyabr 2024 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
15 Noyabr 2024 Məhkəmə müstəvisinə çixdiği halda bu fakt artiq özü bir hüquqi xətadir
14 Noyabr 2024 Həqiqətən körpə uşağın "40"ı var? - Din və tibb nə deyir? (FOTO)
13 Noyabr 2024 Məktəb və universitetlərdə dəyişiklik başlayır: Öncə nədən?
13 Noyabr 2024 Mal-qarası tələf olan sahibkarlar necə və nə qədər sığorta ödənişi ala bilərlər?
13 Noyabr 2024 Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... - AÇIQLAMA
12 Noyabr 2024 Pensiyalar artırılacaq - Nazirdən şad xəbər

Dünyapress TV

Xəbər lenti