"Ərlə-arvad birgə mülkiyyətlərini boşanmadan, yəni nigah dövründə də bölə bilərlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov ümumi birgə mülkiyyətin bölünməsi haqqında danışarkən deyib.
Vəkil qeyd edib ki, qanunvericilik nikah pozulmadan birgə mülkiyyətin bölünməsinə imkan verir:
"Ərlə-arvadın birgə yaşadığı zaman onlara məxsus mülkiyyətləri və əmlakları olur. Bunun 50%-i ərin, 50%-i isə arvadındır. Onlar boşansalar da, hər ikisi bu mülkiyyətdən və əmlaklardan istifadə edə, orada qala bilərlər. Tərəflərdən biri bunu istəmirsə, əmlakın bölünməsi üçün məhkəməyə müraciət etməlidir".
"Bu bölgü necə aparıla bilər" sualına cavab olaraq Əkrəm Həsənov bildirib ki, burada bir neçə variant mövcuddur:
"Tərəflərdən biri digərini qane edən pulu ona verə və əmlak, mülk tamamilə qarşı tərəfi adına keçə bilər. Lakin tərəflər razı olmasa məhkəmə onlara məxsus mülkü hərraca çıxarmalıdır. Əmlak ərracda satılacaq və pul yarı bölünəcək. Bu, ümumi, uzun və çətin prosedurdur”.