Belə absurd görünməmişdi...
Ötən ilin yanvarında ölkədə fəaliyyət göstərən bütün uşaq bağçaları Elm və Təhsil Nazirliyinin (ETN) balansına verildi. Bununla da 10 il öncə Təhsil Nazirliyindən alınaraq yerli icra hakimiyyətlərinin balansına keçən uşaq bağçaları yenidən Nazirliyə qaytarıldı.

Məktəbəqədər tədris müəssisələri ETN-in balansına keçdikdən sonra isə qeyri-ixtisas tərbiyəçi-müəllimlərin vəzifə dərəcələrinin dərəcələrinin və maaşlarının azaldılması ilə bağlı qərar qəbul olundu. Bu qərar ictimaiyyət tərəfindən kəskin etirazla qarşılandı və nəticədə qeyri-ixtisasların dərəcələri və əməkhaqları təkrar bərpa olundu. Amma...

Təkcə Bakı şəhəri üzrə! Təsəvvür edirsiniz? Azalma qərarı bütün ölkəyə şamil edilir, bərpa qərar sadəcə paytaxta. Absurd deyilmi?

Bundan xəbər tutan Sumqayıt, Abşeron və digər bölgələrdə çalışan bağça işçilərinin etirazları genişlənir. Elə bu məqamda daha bir absurda şahid oluruq. Belə ki, etirazını bildirən, ETN-ə və digər qurumlara şikayətlər ünvanlayan tərbiyəçi-müəllimlərin dərəcə və maaşları bərpa olunsa da, proses fərdi xarakter alıb və heç də hamıya şamil edilməyib...!

Teref.az bildirir ki, baş verənləri AYNA-ya şərh edən təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, məktəbəqədər tədris müəssisələrində müəllim və tərbiyəçilərin kütləvi şəkildə işdən çıxarılması və ya əmək haqqının ödəniş dərəcəsinin azaldılması yolverilməzdir: “Məlumdur ki, uşaq bağçaları uzun müddət Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərib. Sonradan yerli icra hakimiyyətlərinin balansına keçsə də, yenidən Elm və Təhsil Nazirliyinə qaytarılıb. Məktəbəqədər tədris müəssisələri Nazirliyin balasında keçəndən sonra müəllimlərin işə qəbulu, habelə təhsil proqramı Elm və Təhsil Nazirliyinin nəzarəti altında həyata keçirilir”.

“Nazirlikdən bildirirlər ki, uşaq bağçalarında qeyri-ixtisasdan olan fərqli peşə sahibləri, bu sahədə diplomu olmayan şəxslər fəaliyyət göstərirlər. Bəli, haqlıdırlar. Ancaq adama sual verərlər ki, bu qədər müəllim və tərbiyəçi hansı əsaslarla məktəbəqədər tədris müəssisələrinə cəlb olunub? Bu gün xeyli sayda qeyri-ixtisas olan müəllim və tərbiyəçilər bağçalarda çalışırlar”, - deyə həmsöhbətimiz bildirib.

Əfəndi birmənalı hesab edir ki, həmin şəxsləri kənarda qoymaq və ya məvaciblərini azaltmaq olmaz: “Qiymətləndirmə meyarları peşəkar olmalıdır. Deyək ki, müvafiq sahədə təhsilləri yoxdur. Lakin uzun müddətdir bu sahədə çalışırlar. Yəni, müəyyən təcrübə qazanıblar. Təcrübə və şəxsi bacarıqlar mütləq nəzərə alınmalıdır. O ki qaldı məvaciblərin tutulması və dərəcələrin aşağı salınması məsələsinə, bu, əsassız addımdır və hətta məhkəmə predmeti də ola bilər. Bu məsələdə ayrıseçkilik isə qətiyyən yolverilməzdir. Hesab edirəm ki, hüququ pozulan tərbiyəçi-müəllimlər aiddiyyəti qurumlara müraciət etməli, onlara qarşı əsassız münasibətə etirazlarını bildirməlidirlər. Elm və Təhsil Nazirliyinin borcudur ki, ədaləti bərpa etsin və baş verən ayrıseçkilik hallarına son qoysun”.

Teref.az -ın məlumatına görə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov da AYNA-ya şərhində deyib ki, eyni əmək qarşılığında bərabər ödəniş qaydası var: “Bu, respublikamızın ana qanununda - Konstitusiyada təsbit olunub. Deməli, mübahisə predmeti və mövzusu ola bilməz. Əgər Azərbaycan hökuməti hesab edirsə ki, uyğun olmayan peşə sahibləri məktəbəqədər tədris müəssisələrində çalışırlar, o zaman onları uyğun peşə istiqamətləri üzrə işlə təmin etməlidir”.

“Əmək qanunvericiliyinin tələbinə əsasən, işçilərin əmək haqqı və dərəcəsi kiminsə istəyi ilə azaldıla bilməz. Bu kimi addımlar atanda qanuna və qanunvericiliə istinad edilməlidir. Vətəndaşın hüququ var ki, məhkəmkəyə müraciət etsin və qanunla öz hüququnu bərpa etsin”, - deyə mütəxəssis bildirib.

Sonradan ETN-in qərarını dəyişdiyini, qeyri-ixtisas işçilərin ödəniş dərəcələrini bərpa etdiyini xatırladan müsahibimiz bunu doğru qərar sayır, lakin: “Bu prosesin bütün müəllim və tərbiyəçilərə şamil olunmaması, ayrıseçkiliyə yol verilməsi vətəndaşın əmək hüquqlarının pozulması deməkdir. Buna qətiyyən yol vermək olmaz”.

“Unutmaq lazım deyil ki, əmək münasibətləri qanunla tənzimlənir. Qanun qarşısında hamı bərabərdir və qanunun tələbləri yerinə yetirilməlidir. Xüsusən dövlət qurumlarının haqqı yoxdur ki, qanunun tələblərini pozsun. Bu, çox pis bir presedentdir. Hesab edirəm ki, məktəbəqədər tədris müəssisələrində çalşan bütün müəllim və tərbiyəçilərin ödəniş dərəcələri artırılmalıdır”, - deyə Məmmədov fikrini tamamlayıb.
 
 
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti