Bir şagirdin məktəbə getməsi neçəyə başa gəlir? - Di gəl yaşa, kasıb...
"Məktəbli ləvazimatlarının çeşidi ötən illə müqayisədə bu il daha çoxdur. Satışda hər rəngdə, hər keyfiyyətdə məktəbli çantası var. Amma ötən illə müqayisədə bu il qiymətləri də artıb".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında "28 may keçid ticarət mərkəzi"ndən övladları üçün məktəb bazarlığı edən valideyn Gülnar Səfərova söyləyib. Onun sözlərinə görə, ötən il 18 manata aldığı məktəbli formasının qiyməti 25 manata qalxıb.

Çeşid də artıb, qiymətlər də
G.Səfərova dəftələrin də qiymətində 10-20 qəpik bahalaşma olduğunu söylədi:
"Bizim evdən bir uşaq məktəbə gedir. Amma elə ailələr var ki, iki-üç övladı məktəblidir. İndiki qiymətlərdə uşaqların bütün məktəbli geyimi və ləvazimatlarını almaq belə ailələr üçün çətin olacaq. Çünki biz bu ay aldığımız əmək haqqı ilə uşağın dəftər, qələm və sair əşyalarını almağa güclə pul çatdırırıq. Gələn ayın maaşından isə məktəbli forması alacağıq".

Həmsöhbətimiz bir uşağın məktəbə getməsi üçün minimum 250 manat pul tələb olunduğunu söylədi.

Qiymətlərin bahalaşmasının səbəbi nədir?
Məktəbli ləvazimatlarının satışı ilə məşğul olan ticarətçilər də ötən illə müqayisədə bu qiymətlərin bahalaşdığını təsdiqlədilər. Bildirdilər ki, buna səbəb bu il məktəb ləvazimatlarının çoxunun Türkiyədən gətirilməsidir.
Rauf İmanov adlı satıcı Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, əvvəllər məktəbli çantaları və digər ləvazimatlar əsasən Çindən gətirilirdi. Bu il isə bazarda əsas üstünlük Türkiyədə istehsal olunan məktəbli ləvazimatlarına verilib. Türkiyədə isə qiymətlər bahalaşıb. Bu da ölkəmizə gətirilən məhsulların qiymətinə təsir göstərib.
"Gördüyünüz çantaların hamısı Türkiyə istehsalıdır. Ötən il biz ən ucuz çantanı 12-18 manata satırdıq. İndi ən ucuzunun qiyməti 25 manatdır".

Rusiya istehsalı olan dəftərlərin qiymətində 20 qəpik bahalaşma
Satıcılar Türkiyə istehsalı olan dəftərlərlə yanaşı Rusiyanın istehsal etdiyi dəftərlərin də bahalaşdığını söylədilər. Bildirdilər ki, ötən il Rusiya istehsalı olan 96 vərəqli dəftəri 1 manat 50 qəpiyə satırdılarsa, indi qiyməti 1 manat 70 qəpikdir. Yerli və Türkiyə istehsalı olan dəftərlərin qiyməti isə 20 qəpik bundan ucuzdur.

Ən ucuz çanta 25, ən bahası 130 manatdır
Beləliklə, məktəbli ləvazimatlarının satış bazarında qiymətlər aşağıdakı kimi dəyişir.
Məktəbli çantalarının əksəriyyətinin qiyməti 25-130 manat arasındadır. Satışda 15 manata olan məktəbli çantalarının isə digərləri ilə müqayisədə keyfiyyəti aşağıdır.

Türkiyə və yerli istehsal olan dəftərlər: 12 vərəq- 35 qəpik, 24 vərəq- 50 qəpik, 48 vərəq- 80 qəpik, 60 vərəq- 1 manat 10 qəpik, 96 vərəq-1,50 qəpik. Rusiya istehsalı olan dəftərlərin qiyməti isə 20 qəpik bundan bahadır:

Sadə qələmlərin qiyməti 10-0,80 qəpik arasında dəyişir
Sadə qələm 30-90 qəpik, rəngli karandaşlar 2,50- 35 manat
Marker 60 qəpik-1 manat
Qələmyonan 50 qəpik-1.60 qəpik
Yapışqan 60 qəpik-1 manat 10 qəpik
Plastilin 3 manat 50 qəpik-7 manat
25 ədədlik dəftər üzləri 3 manat 70 qəpik
Kitab üzləri 12 ədəd 4 manat 10 qəpik
Qələm qabları 4-15 manat
Su qabları 4 manat 50 qəpik-18 manat.
Apardığımız müşahidələr zamanı Türkiyənin "President" markalı çantalarının daha baha qiymətə satıldığının şahidi olduq. Satıcı bu firmanın məktəbli çantalarının qiymətinin 98-130 manat arasında dəyişdiyini söylədi.

Rəsm albomları 2 manat 20 qəpik-5 manat 60 qəpik, pərgar- 3 manat 80 qəpik-7 manatdır.
Gündəliklərin 1iyməti 1 manat 70 qəpik-3 manatdır. Lüğət dəftərləri 1 manat 60-2 manat arasında dəyişir.

Türkiyədən gətirilən məktəbli formaları satışda
Məktəbli formaları tikiş müəssisələrinin mağazaları ilə yanaşı, pərakəndə satışda da satılır. Satıcılarla söhbət zamanı öyrəndik ki, Türkiyə istehslaı olan məktəbli köynəklərinin qısa qolu 15 manat, uzun qollusu isə 25 manatdır. Şalvarlar 25-35, ətəklər isə 20-28 manat arasında dəyişir. Məktəblilər üçün "krossoovka"ların (idman üslubunda ayqqqabı-red.) qiymətləri isə 30-65 manatdır.
Valideynlərlə söhbət zamanı öyrəndik ki, bir şagirdin məktəbə yola salınması minimum 250 manatdır. Əgər şagirdin məktəbli forması, çantası, ayaqqabısı da yenilənirsə bu xərc 300 manata çatır.

Yeni məktəbli formalarına keçid bu tədris ilindən tam baş tutacaq!
Onu da yada salaq ki, bu il tədris ilindən - respublikanın ümumtəhsil müəssisələrində yeni məktəbli formaları tətbiq edilədək. Çünki, dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi haqqında" qərara əsasən, orta məktəblər üçün yeni geyim formaları təsdiq edilib. Artıq məktəbli geyimlərinin qiyməti də müəyyənləşib və satışa çıxarılıb. Hazırda 26 ölçüdən 54 ölçüyə qədər həm uzunqol, həm də qısaqol polo köynəklərin qiyməti 15 manatdır. Şalvar və ətəklərin qiyməti isə 25 manatdır. Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, məktəblər üçün forma 4 rəngdə nəzərdə tutulub.
Oğlanlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan düzünə və manjetsiz tikilir.Qızlar üçün ətək - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), açıq-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan çoxsaylı şaquli qırçınlı, yarımdairə klyoş və ya trapesiyaşəkilli tikilir.
Qızlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, 4 poliester 40%) iplikdən toxunmuş parçadan düzünə və manjetsiz tikilir.

Qısaqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye) parçadan (100% pambıq) polo tipli tikilir.
Uzunqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye), (100% pambıq) orta qalın toxunma parçadan tikilir.
Önü bağlanılan cibli jaket - rəngli (göy, boz, yaşıl, qəhvəyi-yaşıl (xaki) yarımyun (yun 50%, akril 50%) tərkibli qalın toxunma parçadan tikilir.
Təhsilalanların geyimi qış və yay formalarından ibarətdir (rənglər dəyişə bilər).
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti