İşçilərə pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar hansı qaydada verilməlidir? 1. Əmək Məcəlləsinə əsasən: işçilərə pulsuz müalicə - profilaktik yeməklər, süd və ya ona bərabər tutulan məhsulların verilməsi, İşəgötürənin əsas vəzifələrindən biridir. 2.İşçilərə pulsuz müalicəprofilaktik yeməklər, süd və ya ona bərabər tutulan məhsullar iş yerlərinin attestasiyasının nəticələrinə görə həmin iş yerləri zərərli və ağır və ya xüsusilə zərərli və xüsusilə ağır qiymətləndirildikdə verilir. 3.Əmək şəraiti zərərli, ağır qiymətləndirilən iş yerlərində çalışan işçilərə iş vaxtı (növbəsi) ərzində 0,5 litr pulsuz süd verilməlidir. 4.Pulsuz müalicə-profilaktik yeməklər və süd əvəzinə işçilərə pul kompens-nın ödənilməsi qadağandır. 5. Pulsuz müalicə-profilaktik yemək verilən işçilərə süd verilmir. 6.Pulsuz m/profilaktik yeməklər:iş vaxtı və ya növbə ərzində, iş yerinə yaxın bufetlərdə və ya yeməkxanalarda istirahət və nahar fasiləsi zamanı yeyilməlidir. 7.Süd və ona bərabər tutulan digır məhsullar iş vaxtı və ya növbəsi ərzində iş yerinə yaxın bufetlərdə, yeməkxanalarda və ya sanitariya gigiyena tələblərinə cavab verən otaqlarda paylanmalı, istirahət və nahar fasiləsi və ya qısa fasilələr zamanı içilməli və yeyilməlidir. 8.Kollektiv müqavilədə, əmək müqaviləsində işçilərə pulsuz m/profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsullardan daha artıq normada verilməsi nəzərdə tutula bilər. Azər Quliyev. Teref.az