Ortabab həyatın BABLARI...
Ölkədə bütün sahələrdə tüğyan edən bir ortabablıq mühiti var. Ortabablığın cəmiyyət həyatına huzur gətirdiyini, mütəşəkkilliyini qoruduğunu bir dəfə yazmışdım, bunun elmi izahını da ABŞ-da yaşayan, adının doğma vətəndə heç yerdə çəkilməsini istəməyən azərbaycanlı fizika professoru okeanın o tayından pay göndərmişdi.
İndi bu "huzurverici mütəşəkkil ortabablığın" təbiətdəki təzahürlərinə baxaq.
Amma əvvəlcə yada salaq ki, bütün dinlərin, ideologiyaların davası insanlığı huzura qovuşdurmaq üçün ortabablıq mühiti yaratmaq uğrundadır: Kommunizm sosial boyu uca olanlardan kəsib sosial boyu balaca olanlara yapışdırmaqla, faşizm irqi eyni olanların düzsəthli tarlalarını yaratmaqla, kapitalizm sosial boyu və irqi fərqli olanların hüquqi bərabərliyinə zəmanət verməklə özlərinin ortabablıq mühitinin huzuruna can atırlar.
Dinlər isə ilahi huzura qovumağın yolunu mənəvi ortabablıq mühiti yaratmaqda görürlər, mənəvi boyu uca olanları budayır, mənəvi boyu balaca olanların isə ayağının altına daş qoyurlar.
Tanrı dinin əlində həm də sulama və budama alətidir. Məsələn, Həllacın, Nəsiminin, Şirvanının mənəvi boyu islamın ortabablıq standratını keçdi deyə qıcıq və qısqanclıq yaratdı, kəsib atdılar. Çünki islam dünyasının mənəvi ortabablığının huzurunu pozurdular.
Bu pozuculuq baş verməsin deyə ortabablıq mühiti rəqabət hissini daim nəzarətdə saxlamalıdır. Sosial ortabablıq daha zəngini, mənəvi ortabablıq daha mənəviyyatlını düşmən kimi gördüyündən, sosial ortabablıq maddi, mənəvi ortabablıq mənəvi böyüklüyü daim gözdən salmalıdır ki, ortabablığın standart mütəşəkkilliyini qoruya bilsin.
Elm də cisimlərin molekulyar quruluşunda baş verən "sinfi mübarizə"yə əsaslanaraq sübut edir ki, ortabablıq zatı pislik etmək olan varlığın mövcudluq şərtidir. Mən fizikəm, sadə dillə izah etməyə çalışacağam (alim deyir). Cisimləri təşkil edən molekulların içindən enerjisi çox olan bir molekul ümumu səviyyədən həmişə yuxarı çıxır, enerjisi az olan, amma sayca çox olan digər molekullar o ümumi səviyyədən yuxarı çıxan "dahi molekulu” çəkib aşağı salır, onun enerjisini neytrallaşdırırlar. Dəmir ona görə bərkdir ki, onun molekulyar cəmiyyətində ortabablıq qanunu daha sərt qorunur, bu qanun qazların cəmiyyətində qorunmadığından qaz azadlığa çıxan kimi yox olur. Durğunluq mümkün olmadığından orta səviyyəli molekulların bir-biriylə toqquşmasından hər dəfə bir molekulun enerjisini artırıb ümumi səviyyənin üstünə çıxması qarşısıalınmaz prosesdir. O biri ortabab molekulların işi isə hər dəfə mövcudluğuna məsul olduqları varlığın yox olmaması üçün onu cəkib aşağı salmaqdır. Buna elmdə "Maksvell-Boltsman qanunu” deyirlər.
Yəni bir cismin və ya cəmiyyətin mövcudluğunun məsuliyyəti ortababların çiynindədir.
Dahi molekulların ümidinə qalsa cisim məhv, varlıq yox olar. O biri ortabab molekullar enerjisi artıq olan molekula ona görə "nifrət edirlər ki” birincisi, molekulyar səviyyədə pislik, yaxşılıq deyə mücərrəd ölçülər yoxdur, ikincisi, heç bir fiziki proses enerjisi artıq olanı davamlı yuxarıda saxlaya bilməz.
Ortabab molekullar (kütlənin və ya xalqın nümayəndələri) sistemin dağılmaması üçün məcburdurlar ki, o yuxarı çıxan dahi molekula "sən də bizim kimi ol” prinsipini təlim etsinlər. Cəmiyyətləri, xalqları idarə edən liderlər, peyğəmbərlər də həmişə ortabablığın maraqlarına xidmət edirlər. Bu maraqlara xidmət etməyən digər dahilər ortabablığa düşmən olduqları üçün həmişə ortabablıq mühitindən qaçırlar. Əgər onların ayağından tutub ümumi yorğanın altına dartmasalar sistem dağılar.
Ona görə də ortabablar ya onları biryolluq rədd etməlidirlər, ya da dartıb özlərinə oxşatmalıdırlar. Sistemin dayanıqlığı bir boyda olan ortababların ümumi müqavimət gücündən asılıdır. İstənilən sistemin ortabablarını məhv etsən, sistem öz-özünə dağılar, çünki bütün fiziki varlıqlar kimi xalqlar, cəmiyyətlər də molekulyar quruluşun təzahürləridir.
Gələk təbiətdəki ortabablığın mütəşəkkilliyinə.
Ağacların sürü halında yaşadığı meşələrin, suların sürü halında yaşadığı dənizlərin, zirvələrin sürü halında yaşadığı dağlarin, ortaq ümumi səthi səviyyələri var və bu səviyyəni aşmağı təbiət qadağan edir. Məsələn, heç bir zirvə qudurub 9 kilometrdən artıq yüksəkliyə ucala bilməz, yerin ağırlıq qüvvəsi təpəsini dağıdar.
Yəni təbiətdə də bizim kimi, canlı, cansız sürü halında yaşayan nə varsa, hamısı bu ortabablıq qanununa tabedir.
Çünki ortabablıq təbiətə də huzur verən sürü dəyəridir.
Və bu huzura giriş ən ucuz halda 5 manatdır!

Aqşin YENİSEY - DİA.AZ

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti