Bir qayda olaraq, belə bir fikir formalaşıb ki, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saat müəyyən edilib.
Lakin, Əmək Məcəlləsinin 91-93-cü maddələri, eyni zamanda Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli, 106 nömrəli qərarı ilə təsdiq edilmiş: "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin SİYAHISINA əsasən: İşçilərin bu səbəblərlə əlaqədar 24, 33 və ən çoxu 36 saat qısaldılmış iş həftəsində işləmək hüququ da vardır.
Azər Quliyev Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - DİA.AZ