Müəllimlər üçün yeni sistem: -
“Bir neçə il əvvəl Əmək Məcəlləsinə edilən dəyişikliklə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar üçün son yaş həddi 65 müəyyən edilib”.

Bunu Milli Məclisin iclasında deputat Musa Quliyev deyib. Deputat bildirib ki, son zamanlar isə sosial, səhiyyə, təhsil sahəsində yaşı 65-ə çatanların işdən çıxarılması kütləvi hal alıb:

“Sanki o işçilər neçə il işləməyib. Elə ad günündəcə onları işdən çıxarırlar, əlavə vakansiya isə təklif edilmir. Onların pensiyaları azdır, pensiyalarını sonrakı müddətdə işləyib artırmaq isə mümkün olmur. Yaş həddi insanların çalışmasına mane olmamalıdır. İnsanları yaş həddinə görə işdən kənarlaşdırmaq doğru deyil. Təklif edirəm ki, çalışmanın son həddi 65 yaşdan 70-ə qaldırılsın. Bu təklif qəbul edilərsə, qanun layihəsini hazırlayıb payız sessiyasında qəbul edə bilərik”.

Qeyd edək ki, son vaxtlar təhsil sahəsində yaş həddi ilə bağlı məsələ birmənalı qarşılanmır.

Doğrudanmı, bu gün müəllimlərin çalışmaq üçün yaş həddinin artırılmasına ehtiyac var?
Məsələyə münasibət bildirən təhsil məsələləri üzrə ekspert Elşən Qafarov qeyd edir ki, deputat müəllimlərin çalışma yaş həddinin (65) artırılmalı olduğunu təklif edib:

“Güya müəllim çatışmazlığı var imiş. Əksinə, müəllimlər üçün çalışma yaş həddini ən yaxşı halda 60 yaşa endirmək doğru olardı. Hər il vakansiyaya çıxarılan 10 000-ə qədər vakant yerə 60 000-ə qədər namizəd sənəd verir. Ölkədə müəllim-şagird nisbəti hazırda 1/10.5-dir. Ölkədə 4500-ə (dövlət və özəl birlikdə) qədər ümumi təhsil müəssəsində 89 600 sinif komplektində 1 600 000-dən çox şagirdlə 152 000-ə qədər müəllim çalışır.

Müəllim-şagird sıxlığı bir çox ölkələrdə necədir ? Braziliya - 32,1; Çin - 27,6; Cənubi Koreya – 18,2; İndoneziya – 17,4; Finlandiya – 16,5; Hollandiya – 16,4; ABŞ – 15,3; İrlandiya – 14,8; İsveç – 14,4; Sloveniya – 14,1; Almaniya – 13,7; Yeni Zellandiya – 13,5; Böyük Britaniya– 13,4; Yaponiya – 13,1; Danimarka – 12,7; Avstraliya– 12,6; Çexiya – 12,4; Macarıstan– 12; İsrail – 11,7; İsveçrə – 11,6; İslandiya – 10,9; İtaliya – 10,8; Fransa – 10,4; Avstriya – 10,2; İspaniya – 10,1; Belçika – 9,9; Yunanıstan– 9,7; Norveç – 9,2; Portuqaliya – 7,6. Türkiyədə bir müəllimə düşən şagirdlərin sayı 25, Rusiyada 18, Koreyada 35 nəfərdir”.

TEREF.AZ-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Cebhe.info-ya bildirib ki, qanunvericilikdə müəllimlərin yaş həddi 65 yaş müəyyən edilib:

“Yəni yaş həddini Elm və Təhsil Nazirliyi müəyyənləşdirmir. Müvafiq qanunvericilikdə çalışmanın son yaş həddi bu cür qoyulub. Ona görə də onu biz cavablandıra bilmərik. Müəllimlərin 65 yaşı olanda hamı kütləvi şəkildə işdən çıxmır. Orada müvafiq müddəalar var ki, müddəti uzana, müəllim hətta 65 yaşdan sonra da fəaliyyətini davam etdirə bilər. Bizdə kifayət qədər təcrübəli, bacarıqları yüksək olan müəllimlərimiz var.

O demək deyil ki, müəllimin 65 yaşı tamam oldusa mütləq işdən getməlidir. Hamısı əmək qanunvericiliyə uyğun nizamlanır. Göstərilir ki, hansı hallarda çalışma müddəti uzadıla, necə hallarda fəaliyyətini davam etdirə bilər. Bu gün məktəblərdə 65 yaşdan yuxarı çalışan kifayət qədər müəllimlərimiz var”.
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti