Mənzilini sığorta etməyənlər cərimələnəcək –
Azərbaycanda daşınmaz əmlakın sığortalanması üçün qurulan yeni elektron sistem yaxın gələcəkdə işə düşəcək.

DİA.AZ xəbər verir ki, yeni sistem həm əmlakın sığortalanması prosesini sadələşdirəcək, həm də əmlakın sığortalı olub olmadığına daha yaxşı nəzarət etməyə imkan verəcək.
Türkiyədə zəlzələnin Bakıdakı effekti

Qeyd edək ki, hazırda Azərbaycanda icbari sığortalar sahəsində ən çox gerilik və boşluq olan istiqamətlərdən biri mənzil və evlərin sığortasıdır.

İndiyədək bu istiqamət sığorta bazarının genişləndirilməsi baxımından vacib sayılırdı, amma fevralın 6-da Türkiyədə baş verən zəlzələ və onun ağır nəticələri, xüsusilə də dağılan evlərin böyük hissəsinin sığortalı olmadığına görə ödəniş almaması riski hökuməti bu sahədə işləri sürətləndrməyə vadar edib.

50 milyard manatlıq əmlak riski

Təqribi hesablamalara görə, Azərbaycanda sığortalana bilən 1 milyondan artıq ev var. Orta hesabla qiymətləndirməyə görə, təkcə Bakı şəhərindəki mənzil və evlərin qiyməti 50 milyard manata yaxındır, mümkün zəlzələ baş verərsə, digər nəticələrdə yanaşı, əmlak sahiblərini belə miqyasda zərər də gözləyir.

Ev və mənzillərin cəmi cəmi 15%i sığortalanıb

Azərbaycanda icbari sığortalara nəzarəti həyata keçirən qurum- İcbari Sığorta Bürosunun açıqladığı yeni məlumatlara görə, 2022-ci ilin sonuna ölkədə ümumilikdə 151 min ev və mənzil sığortalanıb. «Biz hesab edirik ki, sığortalana bilən əmlakların potensial sayı 1 milyondur, bu da o deməkdir ki, əmlak sığortasında penetrasiya (yəni bazarın əhatə) göstəricisi 15% ətrafındadır. Dəyişikliklər bu rəqəmi azı 2 dəfə artırmağa imkan verəcək»- deyə İSB-nin rəhbəri Rəşad Əhmədov mayın 2-də jurnalistlər üçün keçirilən təlimdə bildirmişdi.

Evlər üçün «Sığorta radarı» hazırlanır

Mayın 3-də isə, bu dəfə Mərkəzi Bank sığorta, xüsusilə də mənzillərin icbari sığortasıf ilə bağlı planlarını və bu sahədə gözlənilən yenilikləri açıqladı. AMB-nin baş direktoru Ziya Əliyevin sözlərinə görə, ölkədə qeyri-yaşayış (yəni kommersiya) obyektlərinin sığortalı olub-olmamasına nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir.

Yaşayış evlərinin sığortasına nəzarət isə qanunla rayon icra hakimiyyəti orqanlarına həvalə edilib. Qanuna görə əmlakını sığorta etməyənlərin cərimələnməsi də nəzərdə tutulur, amma indiyədək bu sistemi işə salmaq mükün olmayıb.

FED.az xağtırladır ki, çünki bunun üçün bütün evlər daimi monitoriq edilməli, sığortası olmayanlar tapılmalı və cərimələnməli idi. İcra hakimiyyətlərinin isə buna nə vaxtı, nə həvəsi, nə də resursları var.

Nəticədə hökumət evlərin sığortasına nəzarətdə elektron sistem tətbiq etməyi qərara alıb. Bu üsul avtomobil sığortasında uğurla tətbiq edilib və nəticədə – hazırda avtomobillərin 100 faizinin icbari sığortası var.

Əvvəlcə Reyestrlə İSB «bir-birini görməlidir»

AMB-nin baş direktoru Ziya Əliyev bildirir ki, evlərin sığorta olunub-olunmadığı elektron şəkildə müəyyən ediləcək. Bunun üçün Əmlak Məsələləri Dövlət Xidmətini tabeliyindəki Daşınmaz Əmlakın Reyestri Xidməti ilə İcbari Sığorta Bürosu inteqrasiya olunmalıdır: «Bu proses artıq başlayıb yaxın aylarda bitəcək».

Bu birləşmə nəticəsində Azərbaycan Mərkəzi Bankı və İSB ölkədəki bütün qeydiyyat şəhadətnaməli – yəni «kupçalı evləri» görsünlər. Nəticədə həmin evlərin sığortalanması asanlaşacaq. Ev sahibi elektron sistemə daxil olub sığorta ala biləcək, avtomobillərdəki kimi.

Sonra cərimələr başlayacaq...

Bu birləşmə başa çatdıqdan və evləri elektron sığortalamaq mümkün olduqdan sonra ikinci mərhələ başlayacaq – yəni sığortasız evləri aşkar etmək sistemi işə düşəcək.

Bunun üçün İSB-nin sistemi ilə bu sahəyə nəzarət edən dövlət orqanlarının, yəni rayon icra hakimiyyətlərinin sistemləri inteqrasiya olunacaq.

Beləliklə İcra hakimiyyətləri həm ölkədəki «kupçalı evləri» həm də onardan hansının sığorta edilib-edilmədiyini görə biləcəklər. Bu da onlara imkan verəcək ki, sığortası olmayan evlərə kabinetdən çıxmadan elektron şəkildə cərmimə yazılsın. Avtomobillərdə olduğu kimi, sadəcə bu halda sığorta radarı küçələrdə deyil, icra hakimiyytlərinin kompüterlərində fəaliyyət göstərəcək.

«Bu çalışmalardan sonra biz artıq daşınmaz əmlak sığortasında penetrasiyanın bir neçə dəfə artmasının şahidi ola bilərik»-deyə AMB rəsmisi yeniliyin sığorta bazarına gətirəcəyi canlanmanın miqyasını açıqlayıb.
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti