“Əsasən oliqarx məmurlara məxsus şirkətlər öz təsərrüfatlarını sığortalayırlar”
Son günlər yağış və dolunun Azərbaycanın bir sıra rayonlarında əkin sahələrinə ciddi ziyan vurduğu deyilir. Xüsusilə Qərb regionunda fermerlərin tərəvəz məhsullarına aid sahələrinə ciddi ziyan dəydiyi ilə bağlı şikayətlər var. Amma bir çox fermerlər əkin sahələrini sığortalamadıqlarını etiraf edirlər.

Goranboy rayonunun Gürzallar kəndinin sakinləri mövzu ilə bağlı AzadlıqRadiosuna açıqlamalarında sahələrini sığorta etməmələrini bürokratik amillərlə izah etməyə çalışıblar. “Çünki çoxlu sənəd lazımdır. Bir hadisə baş verərsə, bizə ödənişin olacağına inanmırdıq heç”, – adının çəkilməsini istəməyən bir kənd sakini deyib.

Sakinlərin sözlərinə görə, məhsulları anbarlarda da ziyan çəkib. “Ən çox kartof xarab olub. Bəs bu ziyanı nə edək?”, – onlardan biri sual edib.

Kənd sakinləri dəymiş ziyanın həcmini hələ hesablaya bilməmələrindən də gileylənirlər. “Mənim təsərrüfatım yolun o biri tərəfindədir. Sel yolu yuyub aparıb və biz ora keçə bilmirik”.

Məsələ ilə bağlı rayon rəhbərliyi ilə danışmaq mümkün olmayıb. Amma Kənd Təsərrüfatı Nazirliyindən “Turan”a bildirilib ki, təbii fəlakət yaşanan ərazilərdə sahələrini sığortalamış fermerlərə dəymiş zərər ödəniləcək: “Aqrar Sığorta Fondunun əməkdaşları rayonlarda sığortalanmış meyvə bağlarına, əkin sahələrinə zərər dəyməsi ilə bağlı fermerlərin müraciətlərini araşdırmağa başlayıblar. Əkin sahələrini, təsərrüfatlarını sığorta etmiş fermer və sahibkarların müraciətləri qeydə alınır. Müstəqil aqrar sığorta ekspertlərinin iştirakı ilə araşdırılır”.

Nazirlikdən əlavə edilib ki, dünən, mayın 1-dən etibarən ekspertlər sığorta hadisəsi baş vermiş ərazilərə baxış keçirməyə başlayıblar: “Ekspertlər hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar. Araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək”.

Aqrar Sığorta Fondundan da “Turan”a bildirilib ki, qeyri-sabit hava şəraitinin təsərrüfatlara vurduğu zərərlə bağlı onlara, hələlik, 92 müraciət daxil olub: “Sığortalanmış təsərrüfatlara dəymiş zərər müəyyən olunduqdan sonra fermerlərə sığorta müqaviləsi əsasında ödənişlərə başlanacaq”.

Fonddan vurğulanıb ki, ötən il bitkiçilik və heyvandarlıq sığortası üzrə fermerlərə 2.39 milyon manat sığorta ödənişi həyata keçirilib: “Bu, 2021-ci ilin göstəricisini 3.9 dəfədən çox üstələyir. Ötən il ərzində ödənilən məbləğin 70.3 faizi bitkiçilik, 29.7 faizi isə heyvandarlıq üzrə sığorta ödənişinin payına düşüb. 2022-ci ildə 249 min 946 hektar ərazi və 13 min 102 baş heyvan sığortalanıb. Zərər dəyən ərazi 27 min 912 hektar, tələf olan heyvan sayı isə 418 baş təşkil edib”.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmli isə AzadlıqRadiosuna bildirib ki, sığorta məsələsi uzun illərdir Azərbaycanda öz həllini tapmır: “İndi intensiv yağışlar yağıb, sel suları əmələ gəlib və kəndlilərin təsərrüfatına ziyan dəyib. Bu quraqlıqdan əziyyət çəkən fermerlərin sayı ilə müqayisədə çox cüzidir. Amma quraqlıqla bağlı sığorta müqavilələri bağlanılmır”.

Ekspertin sözlərinə görə, kiçik fermerlər təsərrüfatlarını sığortalamağa maraqlı deyillər: “Hər il dolu düşür, sel suları əmələ gəlir. Amma fermerlər əksər halda sığorta hadisənin baş verdiyini əsaslandıra bilmirlər… Fermerlərin sığorta şirkətlərinə etibarı yoxdur. Çox az sayda – 3-4 faiz xırda fermer öz təsərrüfatlarını sığortalayırlar”.

O vurğulayıb ki, əsasən iri fermer təsərrüfatları, oliqarx məmurlara məxsus şirkətlər öz təsərrüfatlarını sığortalayırlar.
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti