Əhməd İsmayılov müstəqil mətbuatı susdurmaq üçün əlindən gələni edir - FAKTLAR
Avropa Şurasının Venesiya Komissiyası “Media haqqında” Qanun layihəsi barədə rəyini açıqladı...

DogruXeber.az - Məlumdur ki, əmək fəaliyyətinə başladığı ilk vaxtlardan son təyinatına qədər mediaya aid olmayan sahələrdə çalışan Əhməd İsmayılov, son vaxtlar hansısa havadarlarının verdiyi sifariş əsasında müstəqil mətbuatı sıradan çıxarmaq üçün müəyyən oyunlar qurur, ictimaiyyəti çaşdıran rəngarəng açıqlamalar verir. Bir sözlə, bu şəxsin əsas məqsədi dövlət büdcəsi hesabına sözəbaxan mətbu orqanları formalaşdırmaqdır, müstəqil mətbuatı susdurmaqdır və onları MİA-nın təsir dairəsinə salmaqdır. Təəccüb doğuran hal odur ki, Əhməd İsmayılovun bu cür əməlləri ilə bağlı Prezident Administrasiyasının yüksək çinli vəzifə sahiblərinə şifahi qaydada müraciətlər çatdırılsa da, hələ də bu şəxsin əməlləri ilə bağlı araşdırmalar aparılıb rəsmi qaydada cavab verilməyib. Belə bir halın varlığı, bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Bütün bunlara baxmayaraq, müstəqil Azərbaycan mediasının inkişaf etdirilməsində müəyyən rolu, az-çox əziyyəti olanlar, bu gün də ümidlərini itirməyiblər. Çünki, “jurnalistlər mənim köməkçilərimdir” deməklə belə bir yanaşmasını ortaya qoyan ölkə rəhbəri cənab İlham Əliyev, heç cür inana bilmərik ki, bugünkü müstəqil mətbuatın susdurulmasına imkan versin. Əgər bu ölkənin vətəndaşı olaraq bizim haqq səsimiz eşidilməzsə və üz-üzə qaldığımız problkemlərin mahiyyəti cənab Prezidentə tam dəqiqliyi ilə çatdırılmazsa, o halda ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin diplomatik korpuslarına və beynəlxalq təşkilatların yerli nümayəndəliklərinə müraciət etməli olacağıq.

Faktdır ki, hal-hazırda ölkə mediasının durumu günbəgün pisləşməkdə davam edir və oxucuların böyük əksəriyyəti informasiya tələbatını xarici saytlar vasitəsi ilə ödəməyə məcbur olurlar. Hətta, ötən illər ərzində fəaliyyət göstərməklə öz ətrafında geniş oxucu auditoriyası toplayan xəbər saytlarımız, bu gün oxucularının sayına görə işğalçı Ermənistanın media qurumlarına uduzur. Bu da ölkəmizin təhlükəsizliyi baxımından ortaya ciddi problemlərin çıxmasına yollar açır. Söz yox ki, bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Unutmaq olmaz ki, ölkədəki siyasi və iqtisadi konyuktura obyektiv səbəbləri şərtləndirdiyi kimi, subyektiv səbəbləri də, mediaya nəzarət edən məmurların merkantil və korrupsiya maraqları yaradır. Sirr deyil ki, Azərbaycan hakimiyyətinin media siyasətini həyata keçirən Prezidentin Administrasiyasının bəzi məmurları və onların tapşırıqlarını canbaşla yerinə yetirən MİA-nın icraçı direktoru Əhməd İsmayılov, hal-hazırda Azərbaycanın ən varlı məmur-oliqarxlarından biri hesab olunur. Bəli, tam əksəriyyət təsdiq edə bilər ki, bu şəxslər sahib olduqları var-dövləti halal yolla deyil, məhz dövlətin büdcəsini media adı altında talamaqla əldə edirlər.

Onu da qeyd edək ki, ötən ilin iyun ayında Avropa Şurasının Venesiya Komissiyası “Media haqqında” Qanun layihəsi barədə rəyini açıqladı. 4 ekspertin hazırladığı 22 səhifəlik rəy Venesiya Komissiyasının 17-18 iyun tarixlərində keçirilmiş 131-ci plenar iclasında müzakirəyə çıxarılır və az sonra qəbul olunur. Komissiyasını qanun layihəsi ilə bağlı rəyində bildirilir: “Belə qənaətə gəldik ki, Azərbaycanda müstəqil jurnalistika və media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanun daha da “çəkindirici effekt”ə malik olacaq. Bir çox müddəalar ifadə və media azadlığı ilə bağlı Azərbaycan standartlarına uyğun gəlmir və mediaya “ictimai nəzarətçi” rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir. Bu səbəblərdən, Qanun olduğu kimi tətbiq edilməməlidir. Qanun bütünlüklə ləğv edilməzsə, Venesiya Komissiyası təcili olaraq Azərbaycan hakimiyyətini aşağıdakıları həyata keçirməyə çağırır: - Qanunun 26-cı maddəsi - KİV-lərin yaradılması, xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair geniş məhdudiyyətlər ləğv edilsin; - Media Resyestri ləğv edilməli və ya reyestrə daxil olmaq üçün tələb olunan həddən artıq şərtlər ləğv olunmalıdır; - akreditasiya üçün nəzərdə tutulan şərtlər ləğv olunmalıdır; - məzmunla bağlı qanundakı məhdudiyyətləri Avropa Konvensiyasının 10-cu maddəsinin presedentinə uyğunlaşdırmaq; - jurnalist mənbələrinin qorunması ilə bağlı müddəaları dəyişdirmək; - platforma yayımçıları üçün lisenziya tələbini ləğv etmək; - çap və onlayn media məhsullarının nəşri, yayılması üçün səlahiyyətli orqanlara yalnız məlumatlandırma yetərli olmalıdır; Venesiya Komissiyası Qanunun müəyyən etdiyi jurnalist anlayışının, gizli çəkilişlərin yayılmasının qəti qadağan edilməsinin qüsurlu olduğunu vurğulayıb. Qeyd edək ki, jurnalist anlayışı genişləndirilməli, gizli çəkilişlərə qadağalar ictimai maraqlar baxımından yolverilən olmalıdır. Rəydə teleradio sahəsində tənzimləyici qurumun formalaşdırılması modelinin yenidən işlənməsinin də gərəkli olduğu vurğulanır.

Bəli, Avropa Şurasının Venesiya Komissiyası ekspertlərinin hazırladıqları rəydən görünür ki, “Media haqqında” Qanun, Avropa Şurasının ölçülərinə uyğun gəlmir. Ona görə də bu qanun ləğv olunmalı, yaxud da əksər maddələri dəyişdirilməlidir. Faktdır ki, hazırlanmış rəydə qanunun mürtəce məzmunlu bütün müddəaları ətraflı təhlil olunub. Yəni, jurnalist anlayışından tutmuş, media reyestrinə qədər, bütün bu məsələləri tənzimləyən müddəaların ləğvi istənilib. Məsələn, aydın şəkildə rəydə vurğulanır ki, qanunda nəzərdə tutulduğu formada media reyestri yaradıla bilməz və bu müddəa da ləğv edilməlidir. Bundan əlavə, rəydə o da vurğulanır ki, media, jurnalistlər özünütənzimləmə imkanlarına sahib olmalıdır, ancaq qanun bütün bu imkanları onlardan alır, Media Agentliyi adı altında nazirlik yaradılır və s. Yəqin ki, “Media haqqında” Qanun dəyişdirilməzsə, ən yaxşı halda bu qanun hər dəfə beynəlxalq arenada pis nümunə olaraq qarşımıza çıxacaq. Bundan başqa, AŞ ölçülərinə uyğun gəlmməyən bu qanun, həm də AŞ üzvü olan ölkəmizin öz üzərinə götürdüyü öhdəliklərə əməl etməməsini də göstərir. Bir sözlə, Qanun dəyişdirilməzsə, bu paralel olaraq ifadə, media azadlığı ilə bağlı durumu daha da pisləşdirəcək, azad media öz rolunu oynamaq imkanlarını getdikcə itirəcək.//GundemXeber.Az

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti