"On beş il pensiya almışam, 2 ildir kəsiblər və yoxlayırlar. Nə zaman qurtaracaq bilinmir...."- Şikayət
Teref.az yazır ki, 15 il 2 qrup əlil kimi pensiya alan əski polis işçisi 2 ildir pensiyasının kəsilməsi ilə bağlı Prezidentə müraciət ünvanlayıb. Müraciəti təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Göyçay rayon Potu kənd sakini Səlimov Ağalar İlyas oğlu tərəfindən

MÜRACİƏT

Hörmətli cənab Prezident!

2006-cı ildə xəstəliyimlə əlaqədar 15 il işlədiyim polis sıralarından xaric olunmuşam. Həmin vaxtdan «Hərbi xidmət dövrü ilə əlaqədar» səbəbindən ikinci qrup əlil kimi pensiya almışam. 15 ilə yaxın aldığım pensiya iki ildir ki, kəsilib. Əlilliyimin bərpası üçün bu iki il ərzində gəzmədiyim dövlət idarəsi, döymədiyim məmur qapısı qalmayıb. İki dəfə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim komissiyası tərəfindən əyani müayinədə olmuşam Sonuncu əyani müayinədən sonra 31 dekabr 2022-ci il tarixində 70 faiz orqanizmin pozulması ilə nəhayət ki, əlilliyim bərpa olunub. Lakin artıq dördüncü aydır ki əlilliyim bərpa olunsada pensiyamı ala bilmirəm. Bununla bağlı əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 çağrı mərkəzinə zəng etdim. Təxminən bir saata yaxın araşdırmadan sonra məlum oldu ki, əlilliyim sistemdə «Hərbi xidmət dövrü ilə əlaqədar» səbəbi ilə verilib. Amma arayışda bu umumi xəstəlikdən verilmiş əlillik kimi göstərilib..

Təkrar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə şikayət etmişəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyir ki, əlilliyin müəyyən olunması üçün göndəriş göndərən tibb müəssəsi «Hərbi xidmət dövrü ilə əlaqədar» səbəbindən olan şəhadətnaməni göndərişə əlavə etməyib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə etdiyim şikayətə cavab verirlər ki, artıq mənim sənədlərim nazirliyə göndərildiyinə görə agentlik tərəfindən heç bir köməklik edə bilməyəcəklər..

On beş il pensiya almışam. Artıq iki ildir bu pensiyamı kəsilib, ala bilmirəm. Mənə yemək lazımdır, mənə içmək lazımdır, mənə dərman lazımdır, mənə müalicə lazımdır. Mən pulsuz bunlar; necə edim və müalicəni necə alım? Mənə qarşı bunu edən vəzifəli şəxslərin azcada olsa vicdanları varmı? Özlərinin yarıtmaz fəaliyyətləri ilə məni özünü öldürmə həddinə gətiriblər. İki ildir yazmadığım, müraciət etmədiyim yer yoxdur. İndidə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən deyirlər ki, gözlə göndərişə cavab verilsin, imtina verilsə yenidən müraciət edin əyani müayinədə olun. Bu prosesdən keçmək üçün 6 aydan çox vaxt tələb olunur.

İki ildir yoxlayırlar. Belə çıxır ki, daha altı ayda mən yoxlanmalıyam. Başqa gəlir yerim yoxdur, əliləm, sağlam adam iş tapa bilmir. Dəfələrlə müraciət etmişəm ki, sağlamlıq arayışı verin gedim hardasa işə düzəlim. Heç olmasa çörək pulumu qazanım.Onuda vermirər. Deyirlər ki, xəstəsən sənə sağlamlıq arayışı verə bilmərik.

Hörmətli cənab Prezident!

Sizdən xahiş edirəm mənim bu müraciətimi şəxsi nəzarətinizə götürəsiniz və əlilliyimin bərpası üçün maneələr yaradan vəzifəli şəxslər barəsində ciddi tədbir görülməsinə tapşırıq verəsiniz.

Sonda bütün mətbuat orqanlarından xahiş edirəm bu müraciətimin işıqlandırılmasında və cənab Prezidentə çatdırılmasında mənə köməklik etsinlər.

Hörmətlə: Səlimov Ağalar İlyas oğlu

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti