Çin Çin və ABŞ silahlı qüvvələri arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verir, lakin Vaşinqton Pekinin əsas maraqlarına hörmət etməlidir.
Bunu Çinin Dövlət Şurasının üzvü, Müdafiə naziri Vey Fenghe Pentaqonun rəhbəri Ostin Lloyd ilə görüşündə bildirib.
Vey həmçinin ümidvar olduğunu bildirib ki, Birləşmiş Ştatlar vədlərinə əməl edəcək, iki dövlət başçısı arasında razılaşmaların həyata keçirilməsinə kömək edəcək və Çinə qarşı ehtiyatlı və praqmatik siyasətə sadiq qalaraq ikitərəfli münasibətləri sağlam və davamlı inkişaf yoluna qaytarmağa kömək edəcək.