RƏSMİ KİYEV DƏ MAKRONU BİABIR ETDİ -
Fransa lideri Emmanuel Makron Qərb liderlərini Putinlə "masa ətrafında" danışıqlar aparmağa çağırıb. Makron Ukraynada müharibə başlayandan sonra Qərbin Moskva ilə diplomatik kanalları açıq saxlamasının vacibliyini vurğulayıb. Bundan başqa, Fransa prezidenti ukraynalı həmkarını Putinlə sülh danışıqlarının mümkünsüzlüyü ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməyə səsləyib.

İngiltərənin “Daily Mail” qəzeti xəbər verir ki, Fransa liderinin bu çağırışına Ukraynanın cavabı gecikməyib.

Volodimir Zelenskinin müşaviri Mixail Podolyak Makrona sərt reaksiya verib.

Podolyak Ukraynanın qəsəbə və şəhərlərinin hücuma məruz qaldığı bir vaxtda “Kreml diktatoru” ilə danışmağı düşündüyünə görə onu qınayıb.

Zelenskinin müşaviri vurğulayıb ki, Makronun bu sözləri onun Rusiya işğalını “tamamilə səhv başa düşdüyünü” göstərir: "Belə bir addım yalnız Moskvanın xeyrinə olacaq. Makronun Ukrayna xalqının Rusiyanın qarşısında heç vaxt diz çökməyəcəyini bilməsi vacibdir. Ukrayna yenə də müqavimət göstərəcək. Əgər o, (Makron) ölkəmizdə uşaqların öldüyünü görmək və əlavə yardım etmək əvəzinə gözləmək istəyirsə, gözləsin".

“Daily Mail” bu açıqlamanı “Ukrayna Fransa prezidenti Emmanuel Makrona şillə vurdu” başlığı ilə oxucularına təqdim edib.

Xatırladaq ki, Makron daha əvvəl də oxşar çıxış etmiş, "Rusiyanı aşağılamamalıyıq" demiş, gələn reaksiyalardan sonra geri addım atmalı olmuşdu.

Həmin vaxt Kiyevə səfər edən Fransa lideri Zelenski tərəfindən yaxşı qarşılanmamışdı. İki liderin əl sıxdığı zaman çəkilən fotoda Zelenskinin narazı üz ifadəsi dünya mediasının gündəminə gəlmişdi.
 
 
 

Bölmənin digər xəbərləri

11 Aprel 2025 Lukaşenko: Qərb ölkələrində heç vaxt demokratiya olmayıb
11 Aprel 2025 Amerika Çinlə barışmaq istəyir
10 Aprel 2025 Lavrov Türkiyəyə niyə gedir?
10 Aprel 2025 Zaxarova: ABŞ-nin tarif siyasəti ÜTT-nin əsas qaydalarını pozur
08 Aprel 2025 Hakan Fidan İsrailə xəbərdarlıq edib
08 Aprel 2025 Prezident İlham Əliyev fərman imzaladı
08 Aprel 2025 “Putin ABŞ danışıqlarına məhəl qoymur” - Avropa Komissiyası
07 Aprel 2025 Özgür Özəl yenidən Cümhuriyyət Xalq Partiyasının sədri seçilib
07 Aprel 2025 NÖVBƏTİ BLEF, YOXSA İRANA REAL HÜCUM PLANI? – Fars rejimi ya masaya oturdulacaq, ya da...
06 Aprel 2025 Bayraktar: Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqda yeni səhifə açılır
06 Aprel 2025 Ərdoğan ABŞ-a gedir? - ÖZÜ DANIŞDI
06 Aprel 2025 Ermənistan rəsmən İlham Əliyevin sözlərini təsdiqlədi
06 Aprel 2025 “ABŞ ilə yalnız bu halda danışıqlara razılıq verəcəyik”
05 Aprel 2025 “Aİ bunu etsə, NATO-dan çıxacağıq” – ABŞ senatoru
04 Aprel 2025 Putinin adamı Ağ Evdə 2 gündür, nə edir: Trampın nümayəndəsi ilə Kreml elçisi arasında məxfi diplomatiya
03 Aprel 2025 Almaniya Prezidentindən Azərbaycan səfəri ilə bağlı paylaşım - VİDEO
02 Aprel 2025 İlham Əliyev bu tarixdə Çinə səfər edəcək
02 Aprel 2025 Ukrayna bu tarixədək AB-yə daxil olmalıdır - Litva
02 Aprel 2025 BMT İranı və ABŞ-ni dialoqa çağırıb
01 Aprel 2025 Pezeşkian Azərbaycana gəlir

Dünyapress TV

Xəbər lenti